
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yanvarın 17-də baş tutan telefon danışığının təfərrüatları bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşr yazır ki, tərəflər xüsusilə “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini, mümkün referendum məsələsini müzakirə ediblər.
Məlumata görə, Putin bununla bağlı Paşinyana xəbərdarlıq edib.
“Rusiyadan cavab addımları olacaq. Bütün nəticələr barədə xalqı xəbərdar etməlisən, Ermənistan vətəndaşları bunu bilməlidir”, – deyə o bildirib.
Paşinyan isə bunun Avropa İttifaqına qoşulmaq üçün ilkin istək olduğunu deyərək məsələdən yayınmağa çalışıb:
“Deməyə sözüm yoxdur, xalq özü Avropa İttifaqına qoşulmaq istəyir və nəticələrə hazırıq”.
Qeyd edək ki, sözügedən qanun layihəsi bu ilin yanvarında hökumət tərəfindən təsdiqlənib. Baş nazir Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır.