"Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma .....                     Azərbaycanda Dubay şirkətinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Restoranlardan İLGİNC FIRILDAQ .....                     Qabil Məmmədov Baş Prokurorluğa çağırıldı: 24 maddə ilə ittiham edilir .....                     Bakı üçün yazılan məktub rezonans doğurdu: .....                     Trampın xüsusi elçisinin Bakıya sirli gəlişi, yaxud Yəmənlə savaşın pərdəarxası .....                     Çin də Ukraynanı seçdi .....                     "Bəs başqa rayonlarda yaşayanlar? .....                     O böyük adamın doğum günüdür... .....                     Kredit və depozitlər üzrə faiz dərəcələri artıb .....                     İlham Əliyevdən “İsgəndər M”-lə bağlı sual: Rusiya 5 ildir bu suala cavab verə bilmir... .....                     İranın yeni pulunun üstündə QARABAĞ ATI... .....                     Kreml danışıqları pozmaq məqsədilə Ukrayna ordusunu Kursk vilayətində hərbi cinayətdə suçlayacaq .....                     Şəmkirdə şəhid atasını incidirlər .....                     Tramp Güney Azərbaycana azadlıq verəcək? .....                     “Aftandil deyirdi ki, Gövhər, səninlə fəxr edirəm, heç birimiz not bilmirdik” .....                     General Sırski Donbasda: əsir düşə bilər .....                     Sevindik Hətəmovun işçiləri qanunları BELƏ POZUR .....                     Vətən çağırdı.. o getdi: İNDİ DƏ... .....                     Ağcabədidə təhsil işçiləri etiraz edir .....                     "Aktrisa üçün bundan böyük sevinc və xoşbəxtlik ola bilərmi?" .....                     Trampın üç ərazi planında fiasko: Rusiyaya ehtiyac var .....                     Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi... .....                     Qulu Məhərrəmli televiziyaları “yıxıb-sürüdü” .....                     Azərbaycanda neft hasilatı bir az da azalıb: .....                     Sülhün bircə addımlığında: Hər şey həll olundumu? .....                     “ABŞ Kiyevə yardımı dayandırsa, Rusiyanın hərbi cinayətlərinə şərik olacaq” .....                     “Sülh bəyanatları verməklə silahlanma bir araya sığmır” .....                     "Məncə, qadının ən böyük silahı..." .....                     Ukrayna “Long Neptun” raketini sınaqdan keçirib .....                     MSK üzvü vəfat etdi .....                     Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi .....                     Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib .....                     Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb, .....                     “Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı müraciəti sürətləndirməlidir” .....                     “Mən hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” .....                     Bu günkü iməclikdə Bakının 551 küçəsi yuyuldu .....                     Sülhə yaxınlaşma və: yenə də erməni hiyləsi .....                     "Sülhün imzalanması üçün əsas şərt Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir" .....                     Tiflisdə “qanuni oğru”nun qardaşını öldürüdlər: .....                 

Rusiyadakı azərbaycanlılara qarşı kütləvi repressiya - Səfirliyimizdə “Bülbüloğlu ənənəsi” davam edir
Tarix: 14-02-2025, 00:51 | Çap et
Rusiyadakı azərbaycanlılara qarşı kütləvi repressiya
“Rusiyanın Moskva, Sankt-Peterburq və başqa iri şəhərlərində azərbaycanlı miqrantlara qarşı kütləvi reydlər başlayıb. Polis küçədə, bazarda, ticarət mərkəzlərində adi bəhanə ilə, çox vaxt isə bəhanəsiz soydaşlarımızı saxlayıb sorğu-sual edir, daha sonra saxlama məntəqələrinə aparır. Orada məhkəməsiz-filansız üstündə pulu olanlara dərhal bilet aldırıb, pasportuna “deport” vurub yola salır, qalanlarını isə təcridxanada 10-15 gün dözülməz şəraitdə saxlayıb, daha sonra Azərbaycana göndərirlər”.

Bunu Pressklub.az-a açıqlamasında Moskvada meyvə-tərəvəz ticarəti ilə məşğul olan azərbaycanlı İsmayıl Dadaşzadə deyib.

Azərbaycanla Rusiya hökumətləri arasında davam edən gərginlik qonşu ölkədə ticarətlə məşğul olan azərbaycanlılara qarşı təzyiqlərə rəvac verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə hüququ mühafizə orqanlarının miqrantlara qarşı xüsusi reydlər təşkil etdiyi, onlara qarşı amansız davranış sərgilədiyi görünür.

Daha əvvəllər də iki dövlət arasında anlaşılmazlıq baş verən kimi, Rusiya hakimiyyət orqanları dərhal azərbaycanlı miqrantlara qarşı təqiblərə başlayaraq, bundan rəsmi Bakıya qarşı təzyiq vasitəsi kimi yararlanmağa cəhd edir. Azərbaycan hökuməti də cavab tədbiri kimi müəyyən addımlar atır, amma heç vaxt Azərbaycanda yaşayan rus əsilli əhalini incitmək niyyətinə düşməyib...

Həmsöhbətimiz bildirir ki, Rusiya miqrasiya qanunvericiliyində ciddi dəyişikliklər aparıb, miqrantlara qarşı “mübarizədə” polisə geniş səlahiyyətlər verilib. Həmçinin iş icazəsi almaq, qeydiyyata düşmək və s. prosedurların tətbiq olunmasına sərt nəzarət tətbiq olunub. Daha əvvəllər rüşvət, tanışlıq vasitəsi ilə bu məsələləri qoluna qoymaq mümkün idisə, hazırda heç bir qurum belə təklifləri yaxına qoymur.

İsmayıl vurğulayır ki, son iki həftədə tanıdığı onlarla azərbaycanlı Rusiyadan deport edilib, bu zaman hətta sənədləri tam qaydasında olanlara, iş icazəsi alanlara da fərq qoyulmayıb.

“Onsuz da Rusiyada ticarət “ölüb”, iş demək olar ki, yox dərəcəsindədir. Bazarlarda, böyük ticarət mərkəzlərində günlük ticarətdən pul qazanmaq tam sıradan çıxıb. Kim ki, əvvəldən dükan, kafe sahibdir, onun işi bir balaca gedir, daha mövsümi alverə gəlib evə pul aparmaq mümkün deyil. Həm də rubl dəyərdən düşüb, nə qədər qazanasan ki, özünü orada saxlaya, evə də çörəkpulu aparasan?!” – o qeyd edir.

Bu günlərdə İrkutsk şəhərindən Azərbaycana qayıdan Vüsal da deyir ki, Rusiyaya dönmək niyyəti yoxdur. “Bizim tanıdığımız, pul qazandığımız Rusiyadan əsər-əlamət qalmayıb. Əhalidə pul yoxdur, ticarət dayanıb, rubl da dəyərdən düşüb. Sibir şəhərlərində işləyənlər Moskvaya, Sankt-Peterburqa üz tutdular, indi oralarda da sadə azərbaycanlılar üçün çörək yoxdur”, - o əlavə edir.

Vüsal bildirir ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlılara qarşı əsl vəhşilik göstərirlər: “Harada gəldi tutub saxlayır, sorğu-sualsız polis məntəqəsinə aparır, yerə yıxıb saatlarla buz kimi döşəmə üstündə saxlayır, döyüb-incidirlər. Tanıdığım nə qədər adam təcridxanalarda deport olunacağını gözləyir, elə bizim təyyarədə xeyli sayda azərbaycanlı vardı, hamısının pasportuna deport vurmuşdular”.

Həmsöhbətimiz deyir ki, indi müxtəlif şirkətlərin Azərbaycandan cəlb etdiyi işçi miqrantların güzəranı bir az yaxşıdır: “Ölkənin bir neçə bölgəsində sənaye müəssisələri tikilir, orada çalışanların bir qismi azərbaycanlılardı, ayda 2 min manata qədər maaş alırlar, sığortaları, qalmağa yerləri var. Amma di gəl, kəskin şaxtalı havada işləmək çox çətindir, bir çoxu xəstələnir, zədələnir, geri qayıdır. Bir sözlə, bizimkilərin işi zülmdü, çörək daşdan çıxır”.

Müxtəlif mənbələrin açıqladığı rəqəmlərə görə, Rusiyada 2 milyon nəfərə yaxın azərbaycanlı yaşayıb-işləyir, ailələrinə pul göndərir. Ölkənin statistika qurumlarının məlumatına görə, onların 600 min nəfərdən artığı Rusiya vətəndaşlığı alıb. Onlar ilin əsas hissəsini ailə üzvləri ilə birlikdə bu ölkədə yaşayır. Yüz minlərlə azərbaycanlı isə ilin bir neçə ayını Rusiyada keçirir, ticarət, xidmət sahələrinə çalışıb, ailəsinə pul göndərir. Statistika qurumlarının açıqladığı rəqəmlər də Rusiyadan göndərilən vəsaitlərin ildən-ilə kəskin azaldığı görünür. Ötən il bu rəqəm yarım milyard dollar ətrafında olub. Əlbəttə, bu, ancaq banklar, pulköçürmə sistemləri vasitəsi ilə qeydə alınan məbləğdir. Həvalə sistemi ilə əsasən iri həcmli vəsaitlər Azərbaycana göndərilir ki, ondan daşınmaz əmlak alınmasında, yerli sərmayələr yatırılmasında və s. məqsədlər üçün istifadə olunur.

Kremlin rəsmi təbliğatı, onun ruporları, deputatlar, ekspertlər miqrantlara, xüsusən azərbaycanlılara qarşı basqıların artırılmasında fəal rol oynayır. Rusiya hakim elitasında hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı eyni vaxtda yüz minlərlə miqrantı qəbul etmək imkanında deyil, bu ölkədə xaosa səbəb ola bilər. Ona görə bu təzyiq rıçaqını işə salıb, öz maraqlarını diktə etmək mümkündür. Bu hesablama reallığa yaxındır, amma miqrantların da yaratdığı dəyər hesabına sosial-iqtisadi sabitliyin təmin oldunduğu ölkədə təzyiq siyasətinin ikibaşlı olduğunu nəzərə almırlar. Ukraynaya qarşı işğalçı müharibənin təsirləri getdikcə daha çox hiss olunduğu Rusiyada digər xalqların nümayəndələrinə qarşı artan basqılar ölkədə sosial vəziyyətin daha da ağırlaşmasına gətirib çıxarır. Bunu statistik rəqəmlər də, bəzi rus ekspertləri də deyir.

Milli Məclisin deputatı, iqtisadçı alim Əli Məsimli də Rusiyada çalışan azərbaycanlılara qarşı çirkin təzyiq əməllərindən xəbərdardır: “Rusiya Azərbaycana təzyiq vasitəsi kimi növbəti dəfə miqrant amilindən istifadə edir, soydaşlarımıza qarşı təzyiqlər, çirkin kampaniya getdikcə gücləndir. Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin dili ilə təhqirlərlə müşayiət olunmuş formada Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, iş adamlarının biznesinin məhdudlaşdırılması, bu ölkə ərazisində yaşayan azərbaycanlı miqrantların qovulması, vətəndaşlığı olan azərbaycanlıların isə hərbi uçota alınaraq Ukrayna ilə müharibəyə göndərilməsi təklif edilir”.

Millət vəkili qeyd edir ki, Rusiyanın Qərbin sanksiyalarına məruz qalaraq zəiflədiyi və getdikcə daha çox təklənməyə doğru getdiyi bir şəraitdə onun təsərrüfatının həyati əhəmiyyət kəsb edən sahələrinin hələ də ayaqda qalmasında miqrantların rolu çox böyükdür. “Ona görə də Rusiyanın Azərbaycana qarşı bu qərəzli mövqeyi, təhdidlər və şovinist xarakterli çağırışlar bumeranq effekti verib, onun təkcə Azərbaycanla yox, əksər MDB ölkələri ilə münasibətlərdəki soyuqluğun daha da artmasına gətirib çıxarmaqla, daha çox onun özünə qarşı çevriləcək, onsuz da daralmış nəfəsliklərini daha da daraldacaq”, - o, əlavə edib.

Deputat vurğulayır ki, Rusiyanın davranışları növbəti dəfə göstərdi ki, Rusiyadan bizə, ümumiyyətlə, postsovet məkanına aid olan yeni müstəqil dövlətlərin heç birinə strateji müttəfiq olmaz: “Ona görə ki, bunun üçün Rusiya gərək özünü fikirdə, sözdə və əməldə etibarlı müttəfiq olmaq bacarığını nümayiş etdirə bilsin. Hələlik, Rusiya bunu heç bir postsovet ölkəsinə münasibətdə davamlı şəkildə nümayiş etdirə bilməyib. Ona görə də Rusiya ilə yalnız dövlət maraqları üst-üstə düşən zaman kəsiklərində və konkret situasiyalarla bağlı bir müddət birgə addımlamaq, tərəfdaşlıq etmək olar... Qalan vaxtlarda bütün ölkələrə münasibətdə olduğu kimi, Rusiyaya da münasibətdə qarşılıqlı hörmət, qarşılıqlı etimad və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan bərabərhüquqlu əməkdaşlıq münasibətləri əsas götürülməlidir”, - Məsimli bildirib.

Sonda qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyi hələ də soydaşlarımıza qarşı basqıları dilə gətirməyib. Bu səfirlik həmişə öz vətəndaşlarının haqlarının pozulmasına biganəlik nümayiş etdirib, amma ümidlər vardı ki, Polad Bülbüloğlunun 18 illik dönəmindən sonra vəziyyət dəyişər. Təəssüf, işartı hələ də yoxdur...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma - İFLAS?
Bu gün, 12:09
Azərbaycanda Dubay şirkətinin külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
Bu gün, 12:06
Restoranlardan İLGİNC FIRILDAQ - görün, nə edirlər...
Bu gün, 11:59
Qabil Məmmədov Baş Prokurorluğa çağırıldı: 24 maddə ilə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakı üçün yazılan məktub rezonans doğurdu: - İsraildən gözlənilməz qərar
Bu gün, 11:51
Trampın xüsusi elçisinin Bakıya sirli gəlişi, yaxud Yəmənlə savaşın pərdəarxası - GƏLİŞMƏ
Bu gün, 11:47
Çin də Ukraynanı seçdi
Bu gün, 11:00
"Bəs başqa rayonlarda yaşayanlar? - Onlar baxmasın? Nə etsinlər?
Bu gün, 10:54
O böyük adamın doğum günüdür... - ANIM
Bu gün, 10:50
Kredit və depozitlər üzrə faiz dərəcələri artıb – Diqqət banklara
Bu gün, 10:45
İlham Əliyevdən “İsgəndər M”-lə bağlı sual: Rusiya 5 ildir bu suala cavab verə bilmir... - FAKT BUDUR!
Bu gün, 10:32
İranın yeni pulunun üstündə QARABAĞ ATI... - FOTO
Bu gün, 10:28
Kreml danışıqları pozmaq məqsədilə Ukrayna ordusunu Kursk vilayətində hərbi cinayətdə suçlayacaq
Bu gün, 10:22
Şəmkirdə şəhid atasını incidirlər - GİLEY
Bu gün, 10:21
Tramp Güney Azərbaycana azadlıq verəcək? - "Gözləmək əbəsdir"
Bu gün, 10:11
“Aftandil deyirdi ki, Gövhər, səninlə fəxr edirəm, heç birimiz not bilmirdik”
Bu gün, 10:07
General Sırski Donbasda: əsir düşə bilər - “Haber Qlobal”
Bu gün, 10:01
Sevindik Hətəmovun işçiləri qanunları BELƏ POZUR - AXI NİYƏ?..
Bu gün, 09:58
Vətən çağırdı.. o getdi: İNDİ DƏ... - Keçmiş döyüşçü işsiz qalıb...
Bu gün, 09:54
Ağcabədidə təhsil işçiləri etiraz edir - BUNA GÖRƏ
Bu gün, 09:43
"Aktrisa üçün bundan böyük sevinc və xoşbəxtlik ola bilərmi?"
Bu gün, 09:37
Trampın üç ərazi planında fiasko: Rusiyaya ehtiyac var - NƏ BAŞ VERİR?
Bu gün, 09:33
Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi... - Görünəni odur ki...
Bu gün, 09:30
Qulu Məhərrəmli televiziyaları “yıxıb-sürüdü” - “Etik normaların pozulması...”
Bu gün, 00:49
Azərbaycanda neft hasilatı bir az da azalıb: - Proqnozlar yenə özünü doğrultmaya bilər
Bu gün, 00:43
Sülhün bircə addımlığında: Hər şey həll olundumu? - AKTUAL
Bu gün, 00:38
“ABŞ Kiyevə yardımı dayandırsa, Rusiyanın hərbi cinayətlərinə şərik olacaq” – SAMUS
Bu gün, 00:36
“Sülh bəyanatları verməklə silahlanma bir araya sığmır” - deputat
Bu gün, 00:32
"Məncə, qadının ən böyük silahı..." - FOTO
Bu gün, 00:26
Ukrayna “Long Neptun” raketini sınaqdan keçirib - Zelenski özü açıqladı
Bu gün, 00:18
MSK üzvü vəfat etdi
Bu gün, 00:17
Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 00:13
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib - DETALLAR
Dünən, 19:20
Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb, həbslər var
Dünən, 19:19
“Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı müraciəti sürətləndirməlidir”
Dünən, 17:49
“Mən hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” - Fuad Ələsgərov
Dünən, 17:46
Bu günkü iməclikdə Bakının 551 küçəsi yuyuldu - FOTO
Dünən, 17:31
Sülhə yaxınlaşma və: yenə də erməni hiyləsi - NƏ BAŞ VERİR?
Dünən, 14:02
"Sülhün imzalanması üçün əsas şərt Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir"
Dünən, 14:00
Tiflisdə “qanuni oğru”nun qardaşını öldürüdlər: - Lənkəranskini bıçaqlamışdı
Dünən, 13:06
İndi xəbər ŞAHİN ucalığındadır...
Dünən, 13:02
Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib - FOTO
Dünən, 12:51
"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Dünən, 12:41
Əməkdar artist ONLARI QINADI: - “Qalmaqal sənət adamını...”
Dünən, 12:25
Aşıq Əli 35 kiloqram arıqladı - FOTO
Dünən, 12:24
Azərbaycanda iki yüksək vəzifəyə TƏYİNAT - FOTO
Dünən, 12:18
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması bu il gözlənilmir - ÇÜNKİ...
Dünən, 12:13
“Bakı Köçəryan və Sərkisyanı tələb edir” - Erməni nəşri
Dünən, 12:10
"Mən də bir ravvin olaraq bu sənədə imzamı atmaq istərdim" - AZƏRBAYCAN NAMİNƏ
Dünən, 12:09
Xəzər Universitetinə rektor əvəzi təyin olunub - BUNDAN SONRA...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru