“Unibank”da sədrə müşavir təyin edilib - 19 illik iş təcrübəsi var...
Tarix: 28-01-2025, 12:59 |
Çap et
“Unibank KB” ASC-nin İdarə Heyətinin sədrinə yeni müşavir təyin edilib.
Banker.az xəbər verir ki, Natalya Sandler İdarə Heyətinin sədrinin İnsan resurslarının idarəetməsi üzrə müşaviri təyin edilib.
N.Sandler 2019-cu ilin dekabrından “Unibank”da İnsan Kapitalının idarəedilməsi departamentinin direktoru təyin edilib.
Onun insan resursları üzrə ümumilikdə 19 illik iş təcrübəsi var.
Sandler buna qədər isə “PwC”, “KFC”, “Falcon Group”, “JW Marriot Absheron Baku Hotel”, “Vision Fund AzerCredit”, “Azsığorta” kimi iri şirkətlərdə çalışıb.
Ali təhsilini 2002-2006-cı illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında alıb. Onun menecment üzrə bakalavr dərəcəsi var.