"Maraqlı faktdır, Rusiya 44 günlük müharibədə faktiki olaraq Naxçıvana hücum cəhdində iştirak edib..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli daha sonra “Caliber”ə istinadla aşağıdakı məqama diqqət çəkir:
"2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan Rusiya helikopteri həmin gecə transponderləri söndürərək, sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonunu müşayiət edirmiş..."
Təbii ki, bu, olduqca mühüm məqamdır və illərdir 44 günlük savaşda Azərbaycanın qüdrətinə kölgə salmaq, onu şübhəyə almaq istəyənlər üçün də vacib bilgidir. Elə Cavanşir Həsənli də buna diqqət çəkərək əlavə edir:
"Azərbaycan ordusunun qələbəsinin arxasında Moskvanın dəstəyini, Rusiya faktoru axtaranlar vardı... onlar 3 dəfə... 3 azdır hətta 5 dəfə oxusunlar...."