TAYFA İŞĞALINA MƏRUZ QALMIŞ AĞSU
Tarix: 21-09-2012, 11:41 | Çap et
ƏNVƏR SEYİDƏLİYEV AĞSULULARI GİROV GÖTÜRÜB
Yaxın şərqdə baş verən inqilabi proseslərdən sonra Azərbaycan hakimiyyətinin yadına korrupsiya, məmur özbaşanılığı, dövlət qurumlarında vətəndaşlarının hüquqlarının kobud surətdə pozulmasına qarşı “mübarizəyə” start verdi. “Mübarizə” sözünü ona görə dırnaq arasında yazırıq ki, antikorrupsiya tədbirləri sadəcə ərəb inqilablarından doğan narahatçılığını təzahürüdür. Əslində Azərbaycanın bölgələrində məmur ozbaşınalığı durmadan artır. İndiki həssas dönəmdə xalqın səbr kasasının daşıra biləcək addımların qarşısını almaq əvəzinə hakimiyyət nədənsə icra başçılarının özbaşınalıqlarına göz yummaqdadır. Qısası, hakimiyyət korrupsiya, məmur özbaşınalağı və bu kimi digər problemlərin aradan qaldırılmasında səmimi deyil.
Əgər səmimidirsə, onda daha bir faktı dövlət başçısının diqqətinə çatdırmaq istərdik. Baxmayaraq ki, bundan əvvəl ölkə mediasında diqqətə çatdırılan faktlar hələ də araşdırılmayıb.
Növbəti faktlardan biri kimi Ağsunun icra başçısı Ənvər Seyidəliyevin qanunsuz əməlləri ilə bağlı məlumatlar daxil olub. Ənvər Seyidəliyev Ağsu rayonunun Pirhəsənli kəndindən olmağına baxmayaraq ağsululara günün bu günü qənim kəsilib. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirən Ağsunun hal hazırkı icra başçısı müxtəlif vəzifələrdən sonra 2007-ci ildə Cavid Qurbanovun “Azəryolservis” ASC-də idarə rəisiliyindən birbaşa “taxta” çıxıb. Beləliklə də Ənvər Seyidəliyev 5 ildir ki, Ağsunun icra başçısı vəzifəsində çalışır. Ağsulular Ənvər Seyidəliyevi icra başçısı olduğu müddətdə rayonun inkişafı üçün bircə işini belə xatırlamırlar. Hər kəs onu Ağsuda “xaç atası” kimi tanıyır. Rayonda hansı ərazini neçəyə satmasından danışılır. Fəaliyyəti yalnız rayonda qohum-əqrəbalarını başına toplamaqdır. Ənvər Seyidəliyev buna görə də "xaç atası" ləqəbəni qazanıb.
Rayon sakinlərinin “qurbanlıq” arzuları
Ağsuda özbaşınalıqlar sərhəd tanımır. Rayonda baş verən müxtəlif qanunsuzluqlarla bağlı ölkə mətbuata dəfələrlə yazılıb. Ancaq bunlara baxmayaraq hakimiyyət Ənvər Seyidəliyevi başqa icra başçıları kimi digər rayonlara “ekstradisiya” edə bilmir. Bu günü Ağsulular səbirsizliklə gözləyir. Hətta qurban kəsəcəklərini də gizlətmirlər. Lakin bununla yanaşı Ənvər Seyidəliyevin hər hansı rayona icra başçısı təyin ediləcəyini də arzulamırlar. Çünki rayon sakinləri yaxşı bilirlər ki, Ənvər Seyidəliyev özbaşınalıqlarını digər rayonlarda da həyata keçirə bilər.
Ənvər Seyidəliyevin karxana “əməliyyatı”
Ənvər Seyidəliyev rayondakı keçmiş RTS-in həyətində özünə daş karxanası yaradıb. Həmin karxana ilboyu icra başçısının əsas gəlir mənbələrindən biridir. Bir vaxtlar RTS-in müdiri olmuş Ənvər Seyidəliyev elə həmin yeri özəlləşdirdikdən sonra, yaratdığı daş sexi ilə də qazanac əldə etməyə başlayıb. Rayonda yolların qıraqlarına səki çəkmək üçün daşlardan istifadə yalnız Ənvər Seyidəliyevin sexindən gətirilə bilər. Əks təqdirdə icra başçısının qəzəbinə tuş gəlmək mümkündür. Həmin «bardyor»ları dövlətə ustalıqla satan icra başçısı bundan böyük miqdarda pul qazanır. Daha doğrusu, Ağsunun icra başçısı büdcənin pulunu və yaxud rayonun infrastrukturu üçün ayrılan vəsaitləri götürüb, rahatlıqla cibinə qoyaraq öz kefindədir.
Seydəliyevin özbaşınalıqları camaatın canını boğazına yığıb
Qeyd edək ki, Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev Dövlət Sosial Müadfiə Fondunun rəhbəri Səlim Müslümovun dayısıdır. İllərdir eyni vəzifədə qala bilməsinin səbəbi də bacısı oğlunun yüksək ranqlı məmur olmasıdır. Elə buna görədir ki, rayonda Seydəliyevin həyata keçirdiyi özbaşınalıqlar camaatın canını boğazına yığıb.
Ağsunun əksər kəndlərində əhalinin sosial-məişət problemləri dəhşətli vəziyyətdədir. Rayonun bir neçə kəndləri mərkəzdən demək olar ki, təcrid olunub. 21-ci əsr olmasına baxmayaraq, Ağsunun Pirhəsənli kəndini çıxmaqla digər kəndlərin camaatı məktəb, xəstəxana, qaz, içməli su, yol, işıq və poçt xidmətinin üzünə həsrət qalıblar. Kəndlərdə sosial-iqtisadi vəziyyətin ağırlığı ucbatından əhali kütləvi şəkildə ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar. Kəndlərdə əsas problemlər sırasında yanacaq məsələsi dayanır. Sovet ittifaqı dağıldıqdan sonra qaz üzünə həsrət qalan əhali odun sobaları ilə qızınırlar. Nəticədə kəndin yaxınlığında yerləşən meşələr məhv edilir.
Ağsuda əhlinin içməli suya olan tələbatı da bərbad haldadır. Dağlıq ərazi olmasına rəğmən, su təhcizatının yarıtmaz halda düşməsi insanları kənardan su almağa məcbur edir ki, bir maşın içməli suyun da qiyməti 100-150 manata başa gəlir. Halbuki Ənvər Seyidəliyev dəfələrlə yuxarı dairələrə hesabat göndərərək iddia edib ki, rəhbəri olduğu rayonda içməli su problemi yoxdur. Əgər doğrudan da Ənvər Seyidəliyevin dedikləri kimi rayonda su problemi mövcud deyilsə, o zaman ağsulular evbaşına il boyu 1000 manata yaxın pulu nəyə və niyə sərf edirlər?
Rayonun problemləri bununla yekunlaşmır. Rayonda istənilən qədər problemlər var ki, onların hamısı sənəd üzərində həll edilmiş göstərilsə də, reallıqda bu öz əksini tapmır. Ənvər Seyidəliyevə qaldıqda isə rayonun problemlərinin ona qəti aidiyyatı yoxdur. Çünki bacısı oğlu Səlim Müslümov Bakıda onun problemlərini rahatlıqla həll edə bilir.
Tayfa işğalına məruz qalmış Ağsu
Ənvər Seyidəliyevin Ağsunun icra başçısı vəsifəsindən gedəcəyi barədə məlumatlar hələ ki, öz təsdiqini tapmır. Ancaq rayonda əhalinin vəziyyəti acınacaqlı durma düşüb. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə verilən subsidiyaları icra başçısının tayfası tərəfindən mənimsənilir. Ağsuda və onun kəndlərində iş yerləri demək olar ki yoxdur. Tikinti-quruculuq adı ilə rayonda bir neçə şəxsi obyektlər tikilib ki, bunun da camaata heç bir faydası dəymir. Buna baxmayaraq yenə də hakimiyyət rayonda baş verən bu özbaşnalıqlara görə kimsəyə gözün-üstə qaşın var söyləmir. Yerli hakimiyyət orqanları tərəfindən törədilən özbaşınalıqlar rayon ictimaiyyətinin narazılığını getdikcə artırır. Ağsuda bütün məsul rəhbər vəzifələri də məhz Ənvər Seyidəliyevin qohumları və həmkəndliləri arasında bölüşdürülüb. Bir sözlə Ağsu bü gün barıt çəlləyinə çevrilib. Quba hadisələrinin bu rayonda baş qaldıracağı günü bizlərə gözləmək qalır. \ AzeriNews \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|