VASİF TALIBOVUN XARABA QOYDUĞU NAXÇIVAN
Tarix: 3-09-2012, 13:58 | Çap et
MR-DƏ MİNLƏRLƏ EV BOŞ QALIB
Naxçıvan Statistika Komitəsinin bu ilin ilk yarısına olan məlumatına görə, muxtar respublika əhalisinin sayı 420 min nəfəri keçib.
Bəzi yerli hüquq müdafiəçiləri isə bu rəqəmin reallığı əks etdirmədiyini bildirirlər. Onlar hesab edirlər ki, işsizlik və hüquqsuzluq üzündən əhalinin yarıdan çoxu Naxçıvanı tərk etmək məcburiyyətində qalıb. İddialara görə, Naxçıvanı tərk edənlərin çoxu da iş axtarmaq üçün qonşu Türkiyəyə üz tuturlar. Qonşu ölkəyə üz tutanların əksəriyyətinin isə, kənd əhalisi olduğu söylənir. Hüquq müdafiəçilərinin verdikləri məlumatlara görə, ən çox boşalmaya Şərur rayonunun sərhədyanı kəndləri məruz qalıb.
ALIŞAR KƏNDİ...
Belə kəndlərdən biri kimi də Alışar kəndinin adı çəkilir. İranla həmsərhəd olan bu kənd Şərurun rayon mərkəzindən 4 km aralıda yerləşir. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Sakinlər deyir ki, əkin üçün su tapa bilmədiklərindən və örüş torpaqları məmurlar tərəfindən zəbt olunduğundan nə əkinçiliklə, nə də heyvandarlıqla dolanışıqlarını təmin edə bilirlər. Onların deməsinə görə, ümid qalır qonşu ölkəyə - Türkiyədə fəhləliyə.
Alışar kəndində danışırdılar ki, əhalinin 50-60 faizi dolanışıq ucbatından ailəliklə kəndi tərk ediblər. Bunu elə, yolboyu qapısı qıfıllı evlərdən də görmək mümkündür. Ancaq Alışarda bu mənzərə ilə təzad yaradan bir halla da rastlaşdıq.
ALIŞARDA ONLARLA EVİN QAPISI BAĞLI QALSA DA...
Orada tanış olduğumuz Zülal Salahov kiçik ailəsi ilə kəndin girəcəyində paslı, dəmir vaqonda yaşayır. O, kənddə onlarla ev boş olsa da həmin dəmir vaqona sığınıb. Deməsinə görə evləndikdən sonra iş tapa bilmədiyindən ailəsini də götürüb İstanbula gedibmiş. İstanbulda uzun müddət şərurluların yaşadığı məhəllədə kirayədə olub. Qanunsuz miqrant olduqlarından günlərin bir günü ailəsi ilə birlikdə geriyə, Naxçıvana deportasiya olunublar. İndi, Türkiyə tərəfinin onlara qoyduğu qadağa müddətinin bitməsini gözləyirlər ki, təkrar İstanbula qayıtsınlar. Zülal Salahov deyir ki, kəndə geri dönən gündən işsizdir. Evi olmadığı üçün bu dəmir vaqonu özünə müvəqqəti yaşayış yeri seçib :
«ZİBİLXANALARDAN DƏMİR YIĞIB APARIB SATIRAM...»
«İş tapa bilmirəm. Hansı şəraitdə yaşadığımızı görürsünüz. Zibilxanalardan dəmir yığıb satıram, birtəhər dolanırıq. İndi hansı zəmanədir ki, vətəndaş «budka»da yaşayır. Özləri də Avropaya inteqrasiyadan danışırlar. Dövlət bizə kömək eləmir. Dövlət bizə iş versin işləyək. Uşaqları dolandıra bilmirəm».
Zülal Salahov da digər həmkəndliləri kimi Alışarın boşalmasının səbəbini işsizlikdə və məmurların özbaşınalığında görür:
«ÖRÜŞLƏRİMİZ ƏLİMİZDƏN ALINIB...»
«Örüşlərimiz əlimizdən alınıb, məmurlar tərəfindən əkilib. Ona görə də heyvan saxlaya bilmirik. Tək örüşlərimizi əlimizdən almayıblar. Kəndin stadionuna da göz dikiblər. Stadionun ərazisini də əkiblər. Araz qulağımızın dibindən keçir, əkinlərimiz susuzluqdan quruyub. Mən 120 manat xərc çəkib qarğıdalı əkmişəm. Görün susuzluqdan nə günə düşüb. Az-çox gələn suyu da icra nümayəndəsi, bələdiyyə sədri, onların yaxınları öz əkinlərini suvarırlar. Bizim kimi yetim-yesir də qalırıq susuz. Ən yaxşı yerləri özləri əkirlər. Ona görə də hamı kənddən qaçır. Təkcə bizim kiçik məhəllədə 20-dən çox ailə qapısını bağlayıb Türkiyəyə gedib».
Sakinlər kənddə içməli suyun olmamasından da şikayət edirlər. Onlar deyir ki, bir il öncə kəndə su çəkilib. Ancaq kranlardan cəmi 15 dəqiqə su gəlib. Kənd sakini Saleh Orucov:
«VASİF TALIBOV GEDƏN KİMİ SU KƏSİLDİ»
«Gördüyünüz kranlardan kənddə onlarladır. Açılışında Ali Məclisin sədri Vasif Talıbov da iştirak edirdi. Vasif Talıbov gedən kimi su kəsildi. O gündən hələ də su vermirlər. Heç kim də maraqlanmır. İçməli suyu qonşu kəndlərdən gətiririk. Dərdimizi kimə deyək bilmirik? Məktəbdə su quyusu qazıblar. Keyfiyyətsiz, qurdlu su çıxır quyudan. Uşaqlar da məcbur qalıb içirlər həmin suyu».
Hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev də Naxçıvandakı kəndlərin boşalmasının əsas səbəbini işsizlikdə görür:
«ALIŞARDA KİMSƏ ÖLƏNDƏ ONU ƏSGƏRLƏR GƏLİB BASDIRIRLAR...»
«Bu çox aktual və ciddi mövzudur. Bu gün həqiqətən də Naxçıvan boşalıb. Bunun səbəbi işsizlikdir. Kəndli əkə bilmir, imkan vermirlər. Yaxşı yerləri məmurlar zəbt eləyib. İstanbulda bir məhəllə var, ora şərurluların məhəlləsi deyirlər. Şərurdan ailəlikcə köçənlər orada qalırlar. Orada doğulan uşaqlar məktəbə də getmirlər. Bu çox acınacaqlıdır. Alışar kəndinin vəziyyəti lap acınacaqlıdır. Orada biri öləndə mərhumu basdırmağa adam da tapılmır. Əsgərlər gəlib basdırır».
Məsələyə münasibət öyrənmək üçün Alışar kənd icra nümayəndəsi Həsən Məmmədovla əlaqə saxladıq. Həsən Məmmədov kəndin boşalması, əkin sahələrinin məmurların qohumları tərəfindən zəbt olunması haqda deyilənləri təkzib etdi:
«YALAN SÖZLƏRDİ, KƏND BOŞALMAYIB» - «Yalan sözlərdi. Kənd boşalmayıb. Stadionu da heç kim əkməyib. Uşaqlar orada futbol oynayırlar. İçməli su problemimiz də yoxdu. Artezianlardan su çəkilib kəndə».
- Mən özüm də şahidi oldum ki, kənddə onlarla ev boşdur. Hiss olunur ki, uzun müddətdir oralarda yaşamırlar. - «Camaat kənddədir».
- Bəs, boş evlər kiminkidir? - «İmkanlı adamlar uşaqları üçün Bakıya, Türkiyəyə köçənlərin evlərini alır, hələlik orada yaşamırlar. Evlənəndən sonra köçəcəklər. Ona görə boşdur».
Kəndin bələdiyyə sədri Nurulla Salmanov da icra nümayəndəsinin dediklərini təsdiq edir:
«O torpaqlar örüş deyil. Bələdiyyənin balansında olan torpaqlardır. Növbə ilə kənd camaatına verilir, əkirlər. Oranı əkənlər heç kimin qohumu deyillər». \ Azadlıq Radiosu \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|