Əsas Səhifə > Gündəm, Manşet > Bir ailə Laçının icra başçısından şikayətçi düşdü...

Bir ailə Laçının icra başçısından şikayətçi düşdü...


27-08-2015, 09:42
Bir ailə Laçının icra başçısından şikayətçi düşdü...
DİA.AZ: - Redaksiyamıza Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimova qarşı ikginc ittihamların yer aldığı müraciət daxil olub. DİA.AZ olaraq həmin müraciəti təqdim edirik:

"Hörmətli Agentlik!
Laçın Rayon İcra Hakimiyyətinin Başçısı A.Səlimov biz Laçınlı məcburi koçkünlərin başına olmazın müsübətlərini gətirməkdə davam edir. A.Səlimov bəzi idarə müəssisə rəhərləri ilə əlbir olaraq rayonu korrupsiya çırkabında boğmaqla rayonda məmur özbaşnalığını pik həddə çatdırıb.Rayon Təhsil Şöbəsində inventar və avadanlıqların alınmasına, təmir-bərpa işlərinə ayrılmış vəsaitlər A.Səlimovun və RTŞ-nin müdiri M.Vəliyevin cibinə axır.RTŞ-də müəllimlərin əməkhaqqısından məktəb direktorları vastəsi ilə M.Vəliyevlə A,Səlimov üçün hər ay pul yığma kompaniyasıda davam etməkdədir.Bu hallar Rayonun Səhiyyə, Mədəniyyət Turizm şöbələrindədə eyniylədir.A.Səl imovun dövründə rayonun yaşıllaşdırma idarəsinə ayrılmış vəsaitlə hektarlarla meşə sahələri salmaq olar.Halbu ki, bu sahəyədə ayrılmış vəsaitlər A.Səlimov tərəfindən mənimsənilir.Çox acınacaqlı haldır ki, A.Səlimovun qanunsuz əməllərindən narazı qalıb yuxarı orqanlara şikayət ərizələri ilə müraciət edən rayon sakinlərinin ərizə və şikayətləri baxılıb tədbir görülməsi üçün Laçın RİH-yə göndərilsədə Eldəniz Qasımov quyusunda basdırılır.Dövlət orqanlarına olan ümüdlərini itirmiş sakinlər son ümüdünü mətbuatda axtardıqda isə təqiblərə,təziqlərə məruz qalırlar.Hətda rayon sakinləri mətbuata ötürdüyü faktların doğru olub olmaması araşdırılmadan Məhkəməyə verililərək təzminat tələbi ilə susdurulurlar.
Onuda qeyd etmək lazımdır ki, E.Qasımov Laçın Rayonun sabiq İcra Başçısı R.Cəbrayılıovun dörün də şikayətçilərə İcra Hakimiyyətinin rəsmi sənədlərinin surətini ötürdüyünə görə Dövlət sirrini yayma maddəsi ilə tutduğu vəzifəsindən azad edilmişdi.Lakin E.Qasımovun R.Cəbrayılovdan Fakt ötürməsi A.Səlimovun sifarişi olduğu üçün A.Səlimov Başçı təyin olunduqdan sonra yenidən E.Qasımovu İcra Hakimiyyətində Ümumi şöbəyə müdir təyin etdi.
Azərbaycan respublikasının Prezidenti İ.Əliyev cənablarının altaylıqın yekunları ilə bağlı keçirdiyi müşavirədəki çıxışından sonra hesab edirdik ki, A.Səlimovda işində dönüş yaradacaq.Çox təssüf ki, A.Səlimov Möhtərəm Prezidentimiz İ.Əliyev cənablarının tövsiyyə xarakterli nitqindən heç bir nəticə çıxarmadı.Əksinə dahada fəallaşaraq bizlərə zülm etməkdə davam etdi.Hazırda A.Səlimovun əlindən Azərbaycan respublikasından qaçmalı olmuşuq. Bu gün Azərbaycan Respublikasının Pr ezidenti İ.Əliyev cənablarına və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya rəsmi teleqrqmla müraciət etmişik ki, vaxt ayırıb bizi qəbul etsinlər.Hətda vəziyyət o həddə çatıbki, Xarici ölkələrin Azərbaycan respublikasındakı diplomatiq nümayəndələrindəndə kömək iştəmək istəyirik.
Hörmətli Agentlik!
Sizin portalınız vastəsiylə Azərbaycan Respublikasının Prezidenti İşƏliyev cənablarına bir daha müraciət edirik.
Cənab Prezident A.Səlimov biz Laçınlı məcburi köçkünlərə taleyimizin ən dəhşətli və ən amansız günlərini yaşadır. Etdiyimiz müraciətlərə baxılmaması A.Səlimovu dahada aqresivləşdirdir.Xahiş edirik düçür olduğumuz bu çıxılmaz vəziyyətimizi nəzərə alıb, bizi A.Səlimov zülmündən xilas edin.
İmzalar.
1.Baxışov Baxış Aslan oğlu AZE-03553195
2.Mayılov Lətif Şəmil oğlu AZE-03331902
3.Baxışov İntiqam Baxış oğlu AZE -08814121
4.Xudayarov Baxşeyiş Salyan oğlu tel: 050-741-30-96
5.Baxışova Rəmziyyə AZE-09829181
6.Baxışov Bəhruz Baxış oğlu AZE-14970585"

diaaz.space bildirir ki, qarşı tərəfin də fikirlərini dinləyə bilərik.

Geri qayıt