Əsas Səhifə > Gündəm, Manşet > Torpaq sahəsi fırıldaq yolu ilə mənimsənilən Şamaxı sakininə hədə-qorxu gəlirlər

Torpaq sahəsi fırıldaq yolu ilə mənimsənilən Şamaxı sakininə hədə-qorxu gəlirlər


2-03-2015, 08:31
Torpaq sahəsi fırıldaq yolu ilə mənimsənilən Şamaxı sakininə hədə-qorxu gəlirlər
DİA.AZ: - Şamaxı rayon Mədrəsə qəsəbə sakini Ələddinov Ruslan redaksiyamıza şikayət məktubu ünvanlayıb. Haqqı tapdanan vətəndaş DİA.AZ-a yazır:

“Şamaxı rayon Mədrəsə qəsəbəsində mənə və onlarla qəsəbə sakinlərinə məxsus olan torpaq sahəsinin sənədlərini Mədrəsə qəsəbə sakini Muradov Marifcan və Şamaxı rayon sakini Hüseynov Xudaverdi dələduzluq yolu ilə saxtalaşdıraraq müəyyən anlayışı və xəbəri olmayan vətəndaşların adına keçirmişdir.

Məqsədi həmin vətəndaşlardan guya qanuni alqı-satqı yolu ilə almaq niyyəti olmuşdur. Hal-hazırda həmin iş üzrə Bakı şəhər Nəsimi rayon prokurorluğunda cinayət işi aparılır. M.Muradov və H.Xudaverdi şikayətimi geri götürməyim üçün mənə müəyyən təzyiqlər, hədə-qorxular edirlər. Hüquq verən və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırladığına və dələduzluq yolu ilə mənimsədiyi, həmçinin anlayışı olmayan kəmsavad vətəndaşları cinayətə cəlb etdiyi üçün M.Muradovu və H.Xudaverdini qısa müddət ərzində Azərbaycan Respublikasının müvafiq maddəsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyatı qurumlardan xahiş edirəm”.

Qarşı tərəfi də diaaz.space olaraq dinləməyə hazırıq...


Geri qayıt