Əsas Səhifə > Gündəm, Manşet > ŞİKAYƏT: Qorxmaz Hüseynovun adamı özünü firon kimi aparır
ŞİKAYƏT: Qorxmaz Hüseynovun adamı özünü firon kimi aparır13-02-2015, 08:33 |
DİA.AZ: - Göyçay sakini olan şikayətçi sahibkar Mayılova Minayə Seyidağa qızı 1 ilə yaxın məhkəmə çəkişməsində Azərsu ASC-nin rüşvət hesabına məhkəmə prosesslərini yubatması, həmçinin Azərsu ASC-nin məhkəmə tikinti-texniki ekspertizasına təsir edərək müvafiq rəyin məhkəməyə təqdim edilməsinin qarşısını alınması səbəbindən DİA.AZ vasitəsiylə ölkə prezidenti cənab İlham Əliyevə şikayət ünvanlayıb. diaaz.space-a daxil olan şikayətin mətnində deyilir: “Bildirirəm ki, mülkiyyətimdə olan torpaq sahəsinin bir hissəsi Azərsu ASC-nin Göyçay nümayəndəliyi tərəfindən qanunsuz zəbt olunub. Artıq bu fakt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssis rəyi ilə öz təsdiqini tapıb. Şikayətimin əsas səbəbi isə bundan ibarətdir ki, Göyçay rayon məhkəməsinin 08 avqust 2014-cü il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertiziyasının ekspertləri nə məhkəmə qərardadını icra edir, nə də mənim şikayət və tələblərimə məhəl qoyurlar. 6 aydır ki, mən ekspertizadan rəyin verilməsi üçün müxtəlif orqanlara şikayətlər ünvanlasam da heç bir müsbət nəticə əldə edə bilmirəm. Bir neçə ay əvvəl məhkəmə texniki-tikinti ekspertizası Dövlət Torpaq və Xərtitəçəkmə komitəsi tərəfindən mütəxəssis rəyinin onlara təqdim edilməməsini bəhanə edərək ekspertiza təyin edilməsi ilə bağlı qərardadı Göyçay rayon məhkəməsinə qaytarmışdİr. Hakim Fərhad Əfəndiyev yenidən həmin qərardadın icra olunması üçün təkrar olaraq sənədləri ekspertiziya ünvanlamağa məcbur qalmışdır. Apardığımız araşdırma zamanı bizə məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hüquq Şöbəsinin böyük məsləhətçisi-yerquruluşu mühəndisi Etibar Əliyev mütəxəssis rəyini vaxtındai ekspertə təqdim etmiş, ekspert Xəyyam İsgəndərov isə öz şəxsi maraqları naminə süründürməçilik hallarına yol vermişdir. Bir çox aidiyyatı orqanlara şikayətlərimdən müsbət nəticə olmadığından, mətbuat vasitəsi ilə baş verən qanunsuzluqların ictimailəşməsini məqsədə uyğun hesab edirəm. Ümid edirəm ki, bu müraciətimdən sonra qanunları pozmuş şəxslər cəzalarını hökmən alacaqdır”. Daja sonra narazı sahibkar diaaz.space-a yazır: “Qeyd etdiklərimdən göründüyü kimi mən rüşvət paylanması nəticəsində öz mülkiyyət hüquqlarımın bərpa olunmasına nail ola bilmirəm. Öz haqlı tələbim üçün həm fiziki, həm də mənəvi əziyyət çəkirəm. Cənab prezident İlham Əliyevdəndən kömək gözləyirəm. Və inanıram ki, prezidentin müdaxiləsi ilə bizim kimi sahibkarlar, vətəndaşlar Azərsu ASC və Məhkəmə Ekspertizası kimi qurumların tamah məqsədi ilə oynadığı oyunlarda məhv olub sıradan çıxmayacaq”. Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |