Əsas Səhifə > Gündəm, Manşet > Dünən sədri başqa işə təyinat alan «Azəryolservis» ASC-nin ləğvi gündəmdədir
Dünən sədri başqa işə təyinat alan «Azəryolservis» ASC-nin ləğvi gündəmdədir10-02-2015, 09:40 |
DİA.AZ: - Məlum olduğu kimi, dünən «Azəryolservis»in prezidenti Cavid Qurbanov «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna təyin olundu. Dünənə qədər bu postu tutan Arif Əsgərov isə nəqliyyat nazirinin müavini təyin edildi. DİA.AZ bildirir ki, artıq bir sıra dairələr bu təyinatlarla bağlı müəyyən fikirlər yürüdüb, ehtimallar səsləndirməyə başlayıblar. Belə bir qənaət yaradılır ki, adı bir çox qalmaqallarda hallandırılan Arif Əsgərov əslində nazir müavini postuna «fəxri təqaüdə» göndərilib. Necə ki, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov da baş nazirin müavini postuna eyni ehtiramla təyinat almışdı. Bununla bağlı diaaz.space-a danışan hökumət içindəki məlumatlı mənbə isə bildirir ki, vəziyyət bir qədər fərqlidir. Xəbəri verən qaynağın iddialarına görə, əslində Cavid Qurbanovun «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna gətirilməsi ona olan etimadın göstəricisidir. Çünki planda Cavid Qurbanovun dünənə qədər tutduğu postun və eləcə də rəhbərlik etdiyi qurumun ləğvi də nəzərdə tutulub. Bu barədə danışan mötəbər qaynağın diaaz.space-a söylədikləri: «Məlumdur ki, bir neçə gün əvvəl prezidentin sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi. Bütün bunlar büdcə xərcləmələrinə qənaət üçündür. Dünyada neftin qiymətinin aşağı düşməsi və bu faktın da Azərbaycan iqtisadiyyatında böhran formasında əks olunmaması üçün rəsmi Bakı bir sıra izafi xərcləri ləğv etmə yolunda kurs götürüb». Məlumatlı mənbə iddia edir ki, bu səbəbdən «Azəryolservis» ASC-nin də ləğv edilməsi gözlənilir: «Cavid Qurbanovun rəhbərlik etdiyi keçmiş qurumun səlahiyyətlərinin bəzilərinin Baş Dövlət Yol Polisi İdarəsinə, bəzilərnin isə nəqliyyat nazirliyinə verilməsi planlaşdırılır. Hələlik bu yöndə müvafiq müəyyənləşmələr həyata keçirilir». Geri qayıt |