Əsas Səhifə > Gündəm, Manşet > Necə olur ki, Konstitusiya Məhkəməsinin hakimi həm də klinika rəhbərinə çevrilir?

Necə olur ki, Konstitusiya Məhkəməsinin hakimi həm də klinika rəhbərinə çevrilir?


9-02-2015, 09:16
Necə olur ki, Konstitusiya Məhkəməsinin hakimi həm də klinika rəhbərinə çevrilir?
DİA.AZ: - “Çox hörmətli cənab Prezidentimiz İlham Heydər oğlu Əliyev! Siz həmişə hər bir azərbaycanlının prezidenti olduğunuzu vurğulayırsınız. Bu bizi çox sevindirir və ümid verir. Odur ki, məmur tərəfindən Azərbaycan Konstitutsiyasının qanunlarını kobud surətdə pozan Konstitutsiya Məhkəməsinin hakimi İsa Əli oğlu Nəcəfovdan Sizə müraciət etmək məcburiyyətində qaldım”. Bu sözlər DİA.AZ-a ünvanlanan şikayət məktubundandır.

Daha sonra narazı vətəndaşın müraciətində deyilir: “Əli İnsanov Səhiyyə naziri işləyən zaman İsa Nəcəfov Respublika prokurorunun 1-ci müavini vəzifəsində çalışırdı. İsa Nəcəfov Dövlət Qanköçürmə Klinikasını özəlləşdirmək üçün Ə.İnsanovla iş birliyi qurmaq istəyirdi. Ona görə də Dövlət Qanköçürmə Klinikasını Əli İnsanovun razılığı əsasında Tusi Klinikasına çevrilmiş və kobud surətdə qanun pozuntusuna yol vermişdir. Qanköçürmə klinikasının əsas vəsaitləri (binası və tibbi avadanlıqları çox aşağı qiymətlə dəyərləndirilmiş və dövlətə cüzi miqdarda pul vəsaiti keçirilmişdir. Bununla da dövlətə külli miqdarda ziyan vurulmuşdur.

Hamıya məlumdur ki, (sabiq səhiyyə naziri) Əli İnsanov işlədiyi dövrdə çoxlu sayda dövlət klinikalarını özəlləşdirmiş və kobud şəkildə qanun pozuntularına yol vermişdir. Ona görə də yoxlamalar nəticəsində bir çox özəlləşmiş dövlət klinikaları yenidən dövlətə qaytarılmışdır. Elə bu səbəbdən də sabiq səhiyyə naziri Ə.İnsanov həbs olunub və hal-hazırda öz əməllərinə görə cəzasını çəkir”.

Narazı vətəndaş bir nüsxəsi da diaaz.space-a daxil olan prezidentə ünvanlanmış məktubunda davam edir: “Təəssüf olsun ki, konstitutsiya məhkəməsinin hakimi İsa Nəcəfov belə korrupsiyalaşmış və dövlət qanunlarını kobud şəkildə pozan, külli miqdarda dövlət əmlakını mənimsəyən Əli İnsanovla iş birliyi quraraq dövlət qanköçürmə klinikasını ələ keçirmiş və nəticədə onun sahibi olmuşdur. Konstitutsiya məhkəməsinin hakimi İsa Nəcəfov Mətbuat prospektində yerləşən Tusi Klinikasında problemlər həddən artıq çoxdur. Çünki hakim həkimlik edərək xəstələrə keyfiyyətsiz tibbi xidmət göstərir. İsa Nəcəfovun təyin etdiyi icraçı baş həkim hakimlə 2-ci mərtəbədə üzbəüz kabinetdə otururlar. İsa Nəcəfovdan icazəsiz heç bir tibb işçisinin sanitardan tutmuş baş həkim daxil olmaqla hamıya göstəriş verib ki, tibb xidməti qiymətlərini özüm təyin etməliyəm. Tusi klinikasında qiymətlər başqa klinikalardakından fərqli olaraq xeyli yüksəkdir. Sadə vətəndaşların bu klinikada müalicə olunması qeyri-mümkündür.

Bir çox xəstələr Tusi klinikasında müalicə aldıqdan sonra təkrarən ya İrana, ya da Türkiyəyə üz tuturlar. Tusi klinikasında, açıq-aydın görünür ki, dövlət vergisindən yayınma halları olur. Vətəndaşlardan alınan pulun qarşılığında onlara kassa çeki verilmir, bu da onu göstərir ki, Tusi klinikasında dövlət vergisi də İsa Nəcəfovun təyin etdiyi məbləğdə ödənilir. Tusi klinikası dövləti aldatmaqla bərabər xəstələri də aldadır. Bir çox hallarda həkimlərin xəstələrə qoyduğu diaqnoz özünü doğrultmur. Bundan əlavə, 1998-ci ildən bu günədək konstitutsiya Məhkəməsinin hakimi İsa Əli oğlu Nəcəfov Bakı Əyirici-toxuculuq fabrikinə gizli şəkildə sahibkarlıq edir. Sabiq müdafiə naziri Səfər Əbiyevin göstərişi ilə bütün müdafiə nazirliyinin geyim ləvazimatları və sifarişlərini yalnız Bakı Əyirici-toxuculuq fabriki yerinə yetirir.

Beləliklə, Bakı Əyirici-toxuculuq fabriki bütün saxta keçirilən tenderlərin qalibi olur. 2014-cü il daxil olmaqla (sabiq müdafiə naziri) Səfər Əbiyev gizli şəkildə müdafiə nazirliyinə büdcədən ayrılan pul vəsaitlərini mənimsəmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Xətai metrosunun arxasındakı bir neçə hündürmərtəbəli binanı İsa Nəcəfovun himayəsi altında tikilib və hal-hazırda inşaat işləri aparılır. Köhnə Karamenni fabriki ilə üzbəüz hündür mərtəbəli binanı tikdirib və 1-ci mərtəbəsində özəl klinika fəaliyyət göstərir. Bundan əlavə İnqilab küçəsində də özəl klinika fəaliyyət göstərir. İppodromda atçılıq mərkəzinin sahibidir, çoxlu sayda atları var. Novxanı qəsəbəsində atçılıq mərkəzi ona məxsusdur. Bakıda Avropa qapılarına sahibkarlıq edir, Xaçmaz, Quba, Qusar rayonlarında (sabiq müdafiə naziri) Səfər Əbiyevlə birlikdə şərikli torpaq sahələri mövcuddur. Və Bakı rayonlarında villalara sahibdir.

Azərbaycan Konstitutsiya Məhkəməsinin hakimi İsa Əli oğlu Nəcəfov sabiq müdafiə naziri Səfər Əbiyevlə sıx əlaqələri və ortaq iş birliyi nəticəsində İsa Nəcəfov aliqarxa çevrilmişdir. Azərbaycan dövlətinin konstitutsiya qanunlarını kobud şəkildə pozur. Torpağımızın 20 %-i işğal altında olduğu haldda Azərbaycan ordusuna məxsus olan dövlət büdcə vəsaitinin konstitutsiya məhkəməsinin hakimi İsa Əli oğlu Nəcəfov tərəfindən mənimsənilməsi, aliqarxa çevrilməsi yolverilməzdir. İsa Nəcəfov dövlət qulluğunda çalışaraq, öz vəzifəsindən sui-istifadə edərək haram yolla xalqın əlindən əmlakını alıb mənimsəyir, sahibkarlıqla məşğul olur, dövlət vergisindən yayınır. Bununla da Azərbaycan xalqına külli miqdarda ziyan vurur.

Bütün yuxarıda göstərilən işləri görmək üçün külli miqdarda pul vəsaiti tələb olunur. Konstitutsiya Məhkəməsinin hakiminin əmək haqqı bu cür sahibkarlığa və aliqarxa çevrilməsinə heç cür imkan vermir”.

Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt