Əsas Səhifə > Gündəm, Manşet > Sahibkarları incidən Göygölün icra başçısından şikayət olundu

Sahibkarları incidən Göygölün icra başçısından şikayət olundu


12-12-2014, 15:20
Sahibkarları incidən Göygölün icra başçısından şikayət olundu
DİA.AZ: - Redaksiyamıza müraciət edən Göygöl rayon sakinləri icra başçısı Arif Seyidovdan narazılıq edirlər. Müraciət müəllifi olan Səlimov qardaşları bildirir ki, onların rayonda qurduqları kiçik təsərrüfatları icra başçısının adamlarının hədəfinə çevrilib.

DİA.AZ-a daxil olan müraciətdə deyilir: «Biz adımızı aıqlaya bilmirik. Çünki başçıdan ehtiyat edirik. Kiçik təsərrüfatımız var. Başçı göz verir, işıq vermir. İndi də eşidib ki, Rusiyaya mal aparırıq. Elə yerli icra nümayəndəsi səhər-səhər qapımızı kəsib, başçının adından 1000 manat tələb edir.

Belə də özbaşınalıq olar? Bunu yaşayan təkcə biz deyilik. Göygöldə yaşayan bütün sahibkarlar eyni cür problemlə üzləşiblər. Başçı hər addımda bizdən pul tələb edir.

Sizin diaaz.space saytı vasitəsilə prezidentə müraciət edirik və bizə kömək etməsini istəyirik.

Cənab prezident. Biz hər zaman Sizi dəstəkləmişik. İnşallah, allah ömür versə, bundan sonra da Sizin siyasətinizə sadiqik. Amma Arif Seyidov kimi şəxslər biz sahibkarlara manne olur. Xahiş edirik, Göygöl rayon rəhbərliyi ilə bağlı bu barədə müvafiq tədbirlərin görülməsinə göstəriş verəsiniz».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt