Əsas Səhifə > Gündəm, Manşet > Amerika azərbaycanlı məmurların bank hesablarına əl qoyacaqmı?
Amerika azərbaycanlı məmurların bank hesablarına əl qoyacaqmı?20-05-2014, 10:25 |
DİA.AZ: - ABŞ-la açıq savaşda olan rəsmi Bakının tarana getməsi haqqında təsəvvürlər formalaşır ki, bu həm də ənənəvi balanslaşdırılmış siyasətin iflası kimi də yozulmaqdadır. Nə baş verir? Doğrudandamı artıq Azərbaycan iqtidarı Kremlin basqıları səbəbindən Qərbə birdəfəlik olaraq qapılarını bağlayır? Hər halda, ilk baxışdan görünəni bu olsa da, vəziyyətin o qədər də dramatik həddə çatmadığı və elə sərt dialoqlarla müşaiyət olunacağı şübhəsizdir. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, rəsmi Bakı özünün bütün sferalarda prinsipial olduğunu dəfələrlə nümayiş etdirib və hətta prinsipləri naminə sərt mövqedə dayana biləcəyini təkcə Qərbə yox, həm də elə Rusiyaya göstərib. Məsələn, Ukrayna məsələsində Azərbaycan birbaşa olaraq Rusiyanın dövlət maraqlarının əleyhinə çıxış etdi. Amma buna qədər, məsələn, Serbiya-Kosovo problemi yaşanarkən Azərbaycan Rusiya ilə eyni səngərdə dayandı və günü bu gün də müsəlman Kosovanı bir dövlət olaraq tanımır. Görünəni də odur ki, oxşar problemlər yaşayan rəsmi Bakı istənilən bir separatizmə qarşıdır. Çünki illərdir bu bəlanın qurbanı olaraq dünya düzənində haqqını arayır. Elə bu səbəbdən artıq Kremldə və Qərbdə Azərbaycanın prinsiplərini, prinsipiallığını normal qarşılayırlar. ABŞ səfiri ilə yaranmış sərt polemikanın mahiyyətində də məhz Qarabağ probleminə münasibətin dayandığını söyləsək, yanılmarıq. Çünki buna qədər rəsmi Bakı ABŞ-ın ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədri Ceyms Uorlikə qarşı bir cəbhə açmışdı. Və hətta Azərbaycan rəsmi səviyyədə Ceyms Uorlikdən imtina tələbinə qədər etirazlarını inkişaf etdirdi. Bunun ardından isə «Azadlıq» radiosuna müsahibə verən ABŞ-ın Azərbaycandakı səfiri Morninqstar yenidən ABŞ-Azərbaycan gərginliyini şiddətləndirmiş oldu. Əslində illərin diplomatı, dövlət adamı, siyasət adamı olan Morninqstarın «Azadlıq» radiosunun jurnalistinin təxribatına çəkildiyi faktiki olaraq hiss olunandır. Amma fakt faktlığında qalır və hər halda, kimsə Morninqstara başa salası deyildi ki, onun səmimi fikirləri ola bilməz və bütün söylədikləri rəsmi Vaşinqtonun mövqeyi kimi anlaşılacaq. Nə baş verəcək? Yəni maraqlı olanı da budur. Bununla bağlı diaaz.space-a danışan məlumatlı mənbə bildirir ki, məsələ elə bununla da qapanacaq: «Yəni vəziyyət o həddə deyil ki, ABŞ azərbaycanlı məmurların bank hesablarına əl qoysun. Yəni Azərbaycan hakimiyyətinə qarşı hansısa iqtisadi sanksiyaların tətbiqinə start versin. Vəziyyət ənənəvi xırda gərginlikdən ibarətdir. Bu kimi hallar buna qədər də yaşanıb və proses bununla da bitmiş olacaq». Geri qayıt |