Əsas Səhifə > Gündəm, Manşet > "6 aydır ki, gün itiririk..."
"6 aydır ki, gün itiririk..."17-04-2024, 09:06 |
" "Azneft" İstehsalat Birliyinə aid Neft Daşlarının 1, 2, 4 və 5-ci mədən işçiləri həlli düyünə düşmüş hesab olunası gəmi problemidən giley edirlər. diaaz.space nefttçilərin müraciətini təqdim edir: "Gəmi ilə təmin olunma problem olaraq davam edir. Sabaha - yəni bu günə, normal hava proqnozu verilib. Belə havalarda həmişə növbə dəyişilirdi. İndi yenə qayıtdılar əvvəlki vəziyyətə. Bütün meydançalara "Rəşid Behbudov" gəmisinin yan alması üçün minmə-düşmə meydançası quraşdırılıb. Ancaq gəmini vermirlər. Yenə gün itiririk. 6 aydır ki, gün itiririk. Bu da əmək haqqımıza ciddi təsir edir. Bu aya söz vermişdilər ki yoluna qoyyulacaq..." diaaz.space bildirir ki, bir başqa neftçi - Əlzamin İsmayllov isə problemini belə ifadə edir: "Mən həqiqətən də Nərimanov NQÇİ ərzisindəki vəziyyəti görürəm. Burda vəziyyət lap bərbad gündədir. İkinci növbə 2 ildir ki vaxtında işə gedə bilmir. Tək bu il yanvar ayından bura 6 gün gedə bilməmişik. Aprel ayında 16 növə olmalı idi... Hələ də gedə bilmirik. Hələ çox şey yazmaq olar..." Geri qayıt |