Əsas Səhifə > Gündəm, Manşet > Ev satmırlar ki... elə camaatın verdiyi behlər bəsləridir...

Ev satmırlar ki... elə camaatın verdiyi behlər bəsləridir...


29-09-2023, 08:11
Ev satmırlar ki... elə camaatın verdiyi behlər bəsləridir...
DİA.AZ: - "Narazılığım "Greenville Residence" yaşayış kompleksindəndir". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşıməında Orxan Nağı adlı istifadəçi giley edir.

Ev satmırlar ki... elə camaatın verdiyi behlər bəsləridir...

Daha sonra narazı vətəndaş bildirir: "Dostumun verdiyi məlumata əsasən Greenville yaşayış kompleksində 67 m² mənzil var və 1 m² 1500 AZN-dən satılır. Daxili kredit ilə 5 illik ödəniş mümkündür. Şərtləri tam öyrənmək üçün dünən yaxınlaşdım satış ofislərinə.
Satışda olan evləri dedilər, lakin arasında 67 m² olmadığını, əllərində ən yaxını 89 m² olduğunu dedilər. Şərtləri açıqladılar, lakin 1m² üçün 1600 AZN ödəniş etməli olduğumuzu bildirdilər. Qiymətin birdən-birə 100 AZN qalxması məni narahat etsə belə çox söz-söhbət etmədim. Axşam olduğu, açarın olmadığı əsas gətirərildiyindən evə baxmağı 1 gün sonraya saxladıq və 50 AZN beh verdim. Satış müdiri (Alyona) və satış meneceri (Ruslan) beh məbləğinin istənilən başqa evə köçürülməsinin mümkünlüyünü bildirdilər və mən də razılaşdım.

Ev satmırlar ki... elə camaatın verdiyi behlər bəsləridir...

Bu gün səhər dostuma dedim olanları və inanmadı. Şirkətin satış menecerinə (Ruslan) zəng etdi və 2 gün əvvəl 67 m² olan evin hələ də qaldığını soruşdu. Ruslan bəy isə qaldığını, yenə də 1 m² üçün 1500 AZN ödənməli olduğunu dedi. Dostum dərhal dünən 89 m² olan mənzil üçün verilən beh məbləğinin 67 m² olan mənzilə dəyişdirilməsini istədi və razılaşma oldu. Təxminən 1 saat sonra Ruslan bəy yenə zəng etdi və dəqiqləşdirmək üçün suallar verdi, yenə də eyni cavabları verdik və axşam gələrək ödəniş edəcəyimizi bildirdik.
Axşam dostumla getdik, lakin Ruslan bəy bizi görən kimi gec gəldiyimizi, 67 m² olan evin rəhbərliyə aid olduğunu, satılmasını rəhbərliyin istəmədiyini dedi. Biz nə qədər bunun doğru olmadığını bildirsək də faydası olmadı. Dünən 67 m² mənzilin nə üçün gizlədildiyini soruşdum, amma gülməli olan "sizə dünən məlumatları verən əməkdaşımız stajyordur" cavabını aldım. Halbuki stajyor dediyi şəxs bütün məlumatları səlis və dolğun şəkildə bizə izah edirdi.
Rəhbərliyə məsələni bildirməsini, və müştərinin narazı olduğunu xəbər verməsini istədim, amma Ruslan bəy bunun faydasız və mənasız olduğunu deyərək təklifimi geri çevirdi. Razılaşmanı siz pozursunuz dedim, amma tam əksini iddia etdi. Söhbət etməyin mənasız olduğunu və müştəri məmnuniyyətini vecinə almayan şirkət olduğunu anladığım üçün behimi ikiqat almalı olduğum halda, 50 AZN itirmiş şəkildə satış ofisindən ayrıldım. Ayrılan zaman bu məsələni sosial şəbəkələrdə işıqlandıracağımı rəhbərliyinə bildirməsini istədim və Ruslan bəy bildirəcəyini dedi.
Bu mövzuda nə işçini, nə də satıcını günahkar hesab edə bilmərəm, çünki işçi əmr quludur. Mənə edilən bu ədəbsizliyi işçinin deyil, şirkətin əməli kimi qəbul edirəm, çünki Greenville yaşayış kompleksinin satış ofisində əyləşən hər kəs Greenville yaşayış kompleksini və Aral Group MMC-ni təmsil edirlər".

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt