Əsas Səhifə > Gündəm, Manşet > 'Bravo'nun piştaxta-kassa toqquşması davam edir...

'Bravo'nun piştaxta-kassa toqquşması davam edir...


10-09-2023, 13:51
'Bravo'nun piştaxta-kassa toqquşması davam edir...
DİA.AZ: - ""Bravo" Koroğlu filialında vitrində 0.99 qəpik olan meyvə şirəsi kassaya çatanda manat 50 qəpik olur". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nuru Məmmədov adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Şirəni açıb içmişdim deyə və kassirin üstündə qalmasın deyənə pulu ödədim. Yoxsa kim gəlir-gəlsin, ödəməzdim. Tanıyan bilir xasiyyətimi, necə insanam...

1 vitrində 3 növdə meyvə şirəsi və hamısının da eyni qiyməti... Amma kassada başqa məbləğ çıxır"...

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Vətəndaşın təqdim etdiyi video burada:https://fb.watch/mZiP6FQF0Q/
Geri qayıt