Əsas Səhifə > Gündəm, Manşet > Daha bir həkim naşılığı: YENƏ XƏSTƏLƏR QURBAN GEDİR...

Daha bir həkim naşılığı: YENƏ XƏSTƏLƏR QURBAN GEDİR...


30-08-2023, 08:10
Daha bir həkim naşılığı: YENƏ XƏSTƏLƏR QURBAN GEDİR...
DİA.AZ: - Neçə vaxtdır ki, ölkə mətbuatı İstanbul NS klinikasında “bezpredel idarəçilik”lə bağlı həyacan təbili çalmaqdadır. Buna baxmayaraq, bu gün də səhiyyə ocağında yaşanan acınacaqlı durum aradan qaldırılmır ki, qaldırılmır. Belə bir səbəblər üzündən də, səhiyyə müəssisəsinə müayinə və müalicə olunmaq, eyni zamanda digər məqsədlər üçün üz tutan insanların narazılıqları “pik nöqtə”yə çatıb və sanki insanlar arasında İstanbul NS klinikasına qarşı inamsızlıq hissi də formalaşıb. Hələ bunlar azmış kimi, əldə etdiyimiz məlumatlara görə klinikada baş verən ara-sıra ölüm faktlarının varlığı da, artıq vəziyyətin dözülməz olmasından xəbər verir. Qeyd etdiyimiz belə bir faktların varlığına baxmayaraq, bugünə kimi bir kimsə eşitməyib ki, baş verən hadisələrlə bağlı bir kimsə cəzalandırılsın. Sanki, süstlük, yenə də süstlük!

Daha bir həkim naşılığı: YENƏ XƏSTƏLƏR QURBAN GEDİR...

Xüsusilə bir faktı qeyd etmək istəyirik ki, son dövrlər özünün reklamına küllü miqdarda puş tökən Neyrocərrah Zaur Ramixanov, bir qadının ölümünə səbəb olub. DİA.AZ-a daxil olan məlumata görə, ictimaət arasında böyük nüfuza sahib olan Saleh Aqşinin anasını əməliyyat edən Neyrocərrah Zaur Ramixanov, ciddi yalnışlığa yol verərək, xəstənin ölümünə səbəb olub. Saleh Aqşinin sözlərinə görə, həkim anasını əməliyyata götürməzdən əvvəl ailə üzvlərinə bildirib ki, keyyitmə ilə baş tutacaq cərrahi prosedur. Lakin həkim Zaur Ramixanov verdiyi sözə əməl etməyərək, yaşlı qadına narkoz verərək, əməliyyata alıb. Əməliyyat zamanı xəstənin halı pisləşib və vəfat edib. Mərhumənin ailə üzvləri həkimi ittiham edərək, səhlənkarlıq səbəbindən xəstənin ölümünə səbəb olduğunu bildiriblər. Ölüm faktı və həkim səhlənkarlığı ilə bağlı mərhumənin ailə üzvləri hüquq mühafizə orqanlarına və ölkə rəhbərliyinə müraciət ediblər. Vəfat edən qadının ailə üzvləri həkim Zaur Ramixanovun qanun qarşısında cavab verməsini və qanunvericilik çərçivəsində həkimlik fəaliyyətinə xitam verilməsini tələb edirlər.
P.S. Xüsusilə qeyd edək ki, ötən il adı qeyd olunan həkim ilə bağlı fakt dolu məlumatlar ölkə mətbuatının gündəmini zəbt etmişdi. Belə ki, Zaur Ramixanov əməliyyat zamanı həkim səhlənkarlığına yol verərək, bir nəfər şəxsin kor qalmasına səbəb olmuşdu. Həmin hadisə “Yeni Gəncə” Tibb Mərkəzində baş vermişdi. Zaur Ramixanov həmin hadisənin ört-basdır olunmasına nail olmuşdu və məsuliyyətə cəlb olunmaqdan son vaxtda qurtulmuşdu. Amma bu səfər görünür çətin olacaq. Çünki ortada ölüm faktı var. İnsanların ölümünə səbəb olan həkimlər layiqli cəzalarını almalıdır ki, digərlərinə də dərs olsun.
diaaz.space olaraq, məsələ diqqətimizdədir.

Geri qayıt