Əsas Səhifə > Gündəm, Manşet > 'Kapital Bank'ın YERSİZ BÜROKRATİYASI...
'Kapital Bank'ın YERSİZ BÜROKRATİYASI...18-08-2023, 06:53 |
DİA.AZ: - "Şikayətim "Kapital Bank" barədədir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Aynur Kərimova adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra yazır: "10 gün bundan əvvəl "Yango" taksi xidməti ilə taksi şifariş etmişəm. 10 manat məbləğində. Amma maşında yolda nasazlıq olduğu üçün taksidən düşməli oldum, sonra yeni taksi sifariş etmişəm. "Yango"ya yazdım, məbləğin həmin an geri qaytarıldığını bildirdilər, amma "Kapital bank" da bildirir ki təsdiqedici sənəd olmadan geri qaytara bilmirik. Bu necə xidmətdir, başa düşmədim? Mən hardan tapım avtomatik baş vermiş əməliyyatın sənədini? "Yango" ilə bir neçə dəfə əlaqə saxladım, eyni cavab verilir, məbləğ bizim tərəfimizdən geri qaytarılıb. İndi mən nə edim? "Kapital Bank" niyə pulumu geri vermir?" İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |