Əsas Səhifə > Gündəm, Manşet > Oturduğu kürsüyə həbsxana kimi baxan nazir...

Oturduğu kürsüyə həbsxana kimi baxan nazir...


3-07-2023, 08:33
Oturduğu kürsüyə həbsxana kimi baxan nazir...
"7 sentyabr 2021 ci il tarixdə Fərid Qayıbov Gənclər və İdman Naziri vəzifəsinə təyin olundu. Bundan əvvəl 15 il bu vəzifədə işləmiş Azad Rəhimov uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. Yeni gənc nazirin təyinatı gənclər və idman ictimaiyyəti üçün bir gözləntilər yaratdı. Gənc olması, idman sahəsindən transfer olunması, bu təyinata qədər hakim ailənin birbaşa nəzarətində olan Gimnastika Federasiyasından gətirilməsi bir çox ümidlər yaratdı. AMMMA NAFİLƏ..." Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Yeni nazirin fəaliyyəti dövrü nəinki ölkəmiz üçün, dünyamız üçün çətin bir ictimai-siyasi dövrə təsadüf edirdi. Vətən müharibəsi və pandemiya dövründən sonra durğunluq, tənəzzül dövrü yaşayan gənclər və idman siyasətini dirçəltmək əvəzinə başladı keçmiş, dünyasını dəyişmiş nazirin kadrları ilə ədavət aparmağa, Azad Rəhimovu hər vəclə, hər hərəkəti ilə korrupsioner elan etmək istiqamətində bütün gücünü səfərbər etməyə.

Qısa müddətdə nazir müavinləri İsmayıl İsmayılov, İntiqam Babayevi işdən azad etdirdi, əvəzlərində isə gənclərlə iş sahəsinə 63 yaşlı İndira Hacıyevanı və bolqar əsilli, bəlkə də heç azərbaycan vətəndaşı olmayan Mariana Vasielyevanı təyin etdirdi. Bununla da nazirlik daxilində güclü siyasi qalmaqal yaşanmağa başladı. Cənab nazirin qarşısında duran ən ciddi siyasi rəqiblərdən biri idman şöbəsinin müdiri, olimpiya mükafatçısı Fərid Mansurovu işdən azad etmək idi. Fərid Mansurovu işdən azad etdikdən sonra qismən maneələr aradan götürülmüşdür. Lakin hələ qarşıda Aparat rəhbəri Rüfət Həsənovu, kadrlar və regionların şöbəsinin müdiri Asif Quliyevi işdən azad etmək var idi. Beləliklə nazir 1 ili tamam olmamış adları çəkilən, gənclər və idman sahəsini dərindən bilən, ölkədə kadr siyasətini bilən kadrları uzaqlaşdırdı. Bütün bu işləri ardıcıl görməkdə məqsəd öz ətrafına nazirin sözünü yerə salmayacaq adamları toplamaq və özünü CƏNAB NAZİR etmək idi. Aparat rəhbəri vəzifəsinə özünü təyin etdiyi, cəmi 3 ay işləmiş Fidan Rüstəmovanı nazir müavini Mariana Vasilyevanın dirənişi nəticəsində işdən azad etdi.

Fərid Qayıbovun 2 ilə yaxın ötən fəaliyyəti dövrü ancaq sosial şəbəkələrdə səliqəli şəkillər çəkdirmək, ancaq şəxsi reklamını həyata keçirməkdən ibarət olmuşdur. Təsəvvür edin nazirliyin 10 na yaxın əməkdaşı ancaq reklam-marketinq, sosial şəbəkələrlə işə təhkim olunmuşdur.

Fərid Qayıbov ölkə rəhbərinin şəxsən nəzarətində olan, adını qürur hissi qeyd etdiyi EKOLOJİ AKSİYA barədə bir dəfə də olsun paylaşım etmədi, bir dəfə olsun ziyarət edib diqqətini bildirmədi. Görəsən başa düşmür, yoxsa bu işin təşkilatçısı RİİB olduğu üçün xətrinə dəyib ?!

Nazirlik daxilində “iri çaplı” məmurları bir-bir sıradan çıxardıqdan sonra, əsas problem qalırdı yerlərdə idarələri öz tabeliyinə keçirmək. Çünki yerli icra başçılarının tabeliyində qalan yeganə idarələr gənclər və idman idarələri idi. Yerlərdə icra başçılarına öz mütləqi-varlığı sübut etmək üçün məqam yetişirdi. Bunun əsas səbəbi isə, yerlərdə gənclər və idman siyasətinə ayrılıran vəsaitlər nazirliyin nəzarəti ilə deyil, yerli icra başçılarının xeyir-duaları ilə xərclənməsi idi. Lakin Fərid Qayıbovun siyasi savadı imkan vermirdi ki, təhlil etsin ki, həbs olunmuş 8 rayon icra başçısının heç biri ilə həmin rayonun gənclər və idman idarəsinin müdirinin adı hallanmamışdı.

Belə məqamda Fərid Qayıbovun əlinə çox böyük siyasi səhv etmiş Göyçayın icra başçısı, Fəxriyyə Xələfovanın qudası Mehdi Səlimzadə keçdi.

Göyçayın gənclər və idman idarəsinin rəisi Elşən Şirinovla ciddi konflikti olan icra başçısı olimpiya kompleksinə və gənclər mərkəzinə məxsus inventarları yığıb aparmışdı evinə. Öz növbəsində Elşən Şirinov bunu nazirə məruzə edəndən sonra nazir başqa da bəhanələr edərək bunu prezidentə məruzə etdi

Beləliklə prezident Fəxriyyə Xələfovanın qudasını işdən azad etdirməklə digər icra başçılarına göz dağı etdi. Artıq Fərid Qayıbov ölkə rəhbərinin qismən etimadı doğrultmuş sayıla bilirdi.

Növbəti addım daha dağıdıcı və sarsıdıcı olmalı idi. Nazir bütün respublika gənclər və idman idarələrinə, Olimpiya komplekslərinə və Gənclər Mərkəzlərinə yoxlamalar göndərdi...."

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Qeyd: DİA.AZ-dan yazı oğurlayanda çalışın Allah görməsin...
Geri qayıt