Əsas Səhifə > Gündəm, Manşet > Şahin Bağırovun TƏHLÜKƏLİ KADR İSLAHATI...
Şahin Bağırovun TƏHLÜKƏLİ KADR İSLAHATI...6-03-2023, 08:49 |
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin (DGK) sədri kimi təsdiqlənmiş Şahin Bağırov artıq öz komandasını formalaşdırmağa girişib. Bu barədə həm yerli KİV-də müəyyən informasiyalar yayılır, həm də ayrı-ayrı kuluarlarda... DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, Şahin Bağırov növbəti kadr islahatını Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparmaq istəyir və onun artıq sözügedən posta namizədi də var. Bununla bağlı diaaz.space-a danışan mənbə iddia edir ki, Ş.Bağırovun aday kimi gördüyü Anar Cahangirovun qardaşı İranın dini rəhbərliyi ilə əlaqədar şəxsdir və bu barədə mətbuatda da informasiyalar yayılıb. Xatırlayırsınızsa, hələ o zaman Beynəlxalq Bankda mənimsəməyə görə məhkum olunan Anar Cahangirovun qardaşı Məmməd Cahangirov hazırda "Gilan Holding"də prezidentin müşaviridir. AzadlıqRadiosu-nun hələ o zaman əldə etdiyi məlumata görə, o, həm də ad-soyadını dəyişib. M.Cahangirov uzun illər Beynəlxalq Bankda işləyib. O, 2001-2011-ci illərdə bankın Nərimanov, 2011-2014-cü illərdə isə Sənaye filialının müdiri işləyib. 2015-ci ildə Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevlə birlikdə cinayət məsuliyyətinə cəlb olunan 7 nəfərdən biri də M.Cahangirov olub. Amma o, həbs olunmamışdı. 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona şərti cəza verilmişdi. Məmməd Cahangirov ad-soyadını dəyişərək, hazırda Məhəmməd Cahangirzadə olub. O, iyulun 4-də məhkəmədə dindirilərkən həm bunu, həm də "Gilan Holding"də prezidentin müşaviri olduğunu təsdiqləyib. Amma ad-soyadını dəyişməyinin səbəbini açıqlamaq istəməyib. Nə vaxt dəyişməsinə gəlincə, bunu da deməyib: "Xatırlamıram..." Bakı Ağır Cinayətlər Məhkəməsinin Beynəlxalq Bankla bağlı 15 oktyabr 2016-cı il tarixli hökmündə bankın vəsaitlərinin mənimsənilməsi, o cümlədən Nərimanov filialından kredit şəklində götürülüb qaytarılmayan vəsaitlərə görə M.Cahangirovun üzərinə 1 milyon 200 min manat ödəmək öhdəliyi qoyulmuşdu. M.Cahangirov hökmdən apellyasiya şikayəti verib, bəraət istəmişdi. Bakı Apellyasiya Məhkəməsi onun bəraət istəyini təmin etməsə də, 1 milyon 200 manatlıq ödəniş məsələsində hökmə dəyişiklik etdi. Bu məbləğin ödənişilə bağlı öhdəlik də M.Cahangirovun üzərindən götürülüb, C.Hacıyevin üzərinə qoyuldu. Xatırladaq ki, həmin zaman amma məhkəmədə M.Cahangirov "əvvəllər məhkum olunmusunuzmu?" sualına "yox" cavabı verib. Xatırladaq ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev mənimsəmə və başqa bir sıra cinayətlərdə təqsirli bilinib. DİA.AZ-ın məlumatına görə, indi də belə bir reputasiyalı adamın qardaşı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə rəis gətirilir. Hər halda, dövlətin gərəkən qurumları bu faktı araşdırmalıdır... Geri qayıt |