Əsas Səhifə > Gündəm, Manşet > Şabran rəhbərliyinin vətəndaşın halından XƏBƏRİ VARMI?

Şabran rəhbərliyinin vətəndaşın halından XƏBƏRİ VARMI?


28-11-2022, 09:05
Şabran rəhbərliyinin vətəndaşın halından XƏBƏRİ VARMI?
DİA.AZ: - Şabran rayon Ağalıq kəndinin 3 min sakininin tam yarısı içməli su ilə təmin olunmur.

DİA.AZ-ın məlumatına görə, kənddə bulaq olduğu halda içməli su üzünə həsrət qalan sakinlər deyirlər ki, bulağın suyu boşuna israf olunur, aidiyyatı qurumlar isə buna göz yumur.

Ərazidə aparılan qazıntı işləri zamanı bulaq yararsız vəziyyətə düşüb. Üstəlik bulağın ətrafı məişət tullantıları ilə çirkləndirilib.

Kəndin bələdiyyə sədri bulağın ətrafının çirkləndirilməsində sakinləri günahlandırır. Deyir ki, ətrafı təmizləmək onun səlahiyyətində deyil.

DİA.AZ bildirir ki, sakinlər məsələ ilə bağlı yerli RİH-ə dəfələrlə müraciət etsələr də, onları dinləyən, problemlərinə can yandıran olmayıb.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt