Əsas Səhifə > Gündəm, Manşet > Vətəndaşlara qarşı dələduzluğun MİSİLSİZ `MİSLİ`

Vətəndaşlara qarşı dələduzluğun MİSİLSİZ `MİSLİ`


27-10-2022, 08:50
Vətəndaşlara qarşı dələduzluğun MİSİLSİZ `MİSLİ`
DİA.AZ: - Azərbaycanda yeni fəaliyyətə başlayan bukmeyker şirkəti “Misli” vətəndaşları aldadır. Vətəndaş iddia edir ki, misli.az uduşları ödəmir.

Redaksiyamıza davamlı olaraq müraciət edən vətəndaşlardan biri bildirib ki, şirkət onun udduğu pulu vermək istəmir. Onun sözlərinə görə, uduşun verilməməsi ilə bağlı heç bir izahat yoxdur. DİA.AZ bildirir ki, bu şikayət "Misli" fırıldağı ilə bağlı ilk hal deyil və zaman-zaman bu kimi gileylər müşahidə olunmaqdadır.

Amma NƏ FAYDASI?

Sanki kimlərsə "Misli"nin məlum özbaşınalığını himayə edirmiş kimi davranır. Hər halda, hazırki reaksiyasızlıq və MİSİLSİZ ÖZBAŞINALIQ belə deməyə əsas yaradır.

DİA.AZ xatırladır ki, “Misli” Türkiyənin bukmeyker şirkəti olan “Misli.com”un törəməsidir. “Misli.com” ötən ildən Azərbaycanda “misli.az” domeni ilə fəaliyyətə başlayıb. Bu şirkət 2019-cu ildə “Demirören Holding”in tərkibinə daxil edilib. “Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Energetika, daşınmaz əmlak, tikinti, təhsil, liman sahələrini özündə birləşdirən “Demirörən” “Hürriyet”, “Milliyet”, “Vatan”, “Posta”, “CNNTürk”, “Fanatik” və “Doğan Haber Ajansı” kimi ölkənin ən iri media qrupuna sahib holdingidir.

Xatırladaq ki, bir müddətdir ki, Türkiyədə “mafiya lideri” olmaqda ittiham olunan Sedat Peker “Demirören Holding” və onun rəhbəri Ərdoğan Demirören barədə ciddi ittihamların yer aldığı paylaşımlar edib:

Pekerin iddialarına görə, Ərdoğan Dəmirörən “Milanqaz”ın keçmiş sahibi Şevki Kurtkayanın dəstəyi ilə Sirkecidə 50 m2 mağazası açıb. Peker iddia edir ki, Şevki Kurtkayanın qardaşları ilə yaşadığı bəzi problemlərə görə Demirörən vasitəsiylə “Milanqaz”da pay aldığını, Demirörənin isə yeraltı dünyasından bəzi şəxslərlə razılaşaraq paylarını geri vermədiyini və beləliklə “Milangaz”ı ələ keçirdiyini iddia edib.

Peker həmçinin Demirörenin “Yorgi Papadolos adlı yunan əsilli qeyri-müsəlmanı öldürdüyünü və xaricə getdiyini bildirməklə bütün malını ələ keçirdiyini” iddia edib.

Peker, əlində olan arxiv məlumatlarının çoxunu ona 5 kisə içində keçmiş İstanbul Asayiş Şöbə müdiri Cəmil Gülmenin həyat yoldaşı Neriman Gülmen tərəfindən verildiyini söylədi.

Belə cinayətlərdə ittiham olunan Demirörenin Azərbaycanın idman mərc oyunlarına nəzarət etməsi özlüyündə müəmmalıdır.

Bildirək ki, “Misli.az” Azərbaycanda “Azərlotereya”nın tərkibində fəaliyyət göstərir.

Hər halda, kimə və necə güvənməsindən asılı olmayaraq "Misli" ilə bağlı narazılıqlar günlərin birində hüquq-mühafizə orqanlarının da diqqətinə gələcək... Bu aiqbət olduqca yaxın və inandırıcıdır...

Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt