Əsas Səhifə > Gündəm, Manşet > ADNSU sonu görünməyən təmir oyunları girdabında

ADNSU sonu görünməyən təmir oyunları girdabında


19-05-2022, 09:33
ADNSU sonu görünməyən təmir oyunları girdabında
Bu gün heç kim üçün sirr deyil ki, Azərbaycanda Dövlət satınalmaları ilə bağlı ictimai rəyin formalaşması heç də birmənalı yanaşma əsasında baş vermir.

Əlbəttə ki, belə bir vəziyyət heç də az önəmli kimi, diqqətdən kənarda saxlanıla bilməz. Məsələ bundadır ki, Hesablama Palatasının məlumatlarına görə, dövlət büdcəsinin xərclərinin təxminən 40 faizi məhz dövlət satınalmaları vasitəsilə icra edilir. Bu mexanizmdə isə, təəssüflər olsun ki, şəffaflıq problemləri hələ də müşahidə olunmaqdadır.

Bu kimi problemlərin bir təzahürü də özünü bövlət tabeliyində olan, yəni dövlət tərəfindən maliyyələşən ali təhsil müəssiələrinin fəaliyyətində tapır. Yalnız ilk baxışda dövlət universitetləri büdcə vasitələrinin mənimsənilməsi baxımından daha məhdud imkanlara malik ola bilərlər. Reallıqda isə, bu məsələ birbaşa konkret baxılan universitetə rəhbərlik edən şəxsin “bacarıqlarından” asılıdır. Necə? Hamımız bilirik ki, istənilən bir universitetin əsas fəaliyyət istiqaməti ilk növbədə tədris və elmi tədqiqatlarla bağlıdır. Təbii ki, universitetdə işlər həqiqətən də bu istiqamətdə gedərsə, bu zaman hansısa büdcə mənimsəmələrinə də nə zaman qalar, nə də maraq olar. Amma bəzi universitet rektorları təhsil və ya tədris ifadələrinədən çox bəzən təmir sözünə daha önəmli üstünlük verirlər. Bax bu zaman da bir çox məsələlər qəlizləşir və qəlizləşdikcə də, necə deyərlər, bulanıq suda balıq tuta bilənlərin şansları artır. Konkret misal istəyirsiniz? Bəli,fikiri yetərsay olar,yəqinki. Elə isə buyurun, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. diaaz.space xəbər verir ki, faktinfo.az saytına verilən məlumatlarda son illər ərzində bu ali təhsil müəssisəsinin fəaliyyətində büdcə vəsaitinin xərclənməsində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin icrasına şübhə doğuran faktların yer aldığı bildirilir.

Bəlkə də bu fakt geniş ictimaiyyətə tam detalları ilə məlum deyil, amma məsələ bundadır ki, hazırda Mustafa Babanlının rektoru olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) artıq nə az- nə çox, düz yeddi ildir ki, təmir gedir. Yox, bu gedir sözü bura heç uyğun gəlmədi. Çünki istənilən təmir bu müddət ərzində bitib qurtarmalı idi. Əgər onu süni şəkildə uzadan olmasaydı. Buna görə də ADNSU-da artıq düz yeddi ildir ki, təmir aparılır demək daha düzgün olar. Bax bu söz tam yerinə düşdü. Çünki gedən təmir əvvəl-axır bir sona gəlib çatmalıdır. Amma aparmağa qalanda, o qədər irəli-arxaya aparmaq olar ki, sonu heç yada da düşməz. İnanın ki, ADNSU-da professor-müəllim heyəti də, tələbələr də bu təmir oyunundan çoxdan beziblər.Yeddi il təmir olar,lazımlı-lazımsız nə qədər avadanlıqlar alınar? Həmçinin,universitetin həyətində mövcud olan labaratoriyanı söküb təyinatını dəyişirlər,sonra o tiklini də söküb yerində hovuz tikməyin fəaliyyət istiqamətinə nə aidiyyatı var,axı? Təbii bu "işlərdən" bezməyən isə əlbəttə ki, təkcə rektordur. O da məlum səbəblərə görə...

Xatırlayırsızsa, bir müddət bundan əvvəl ölkənin Baş naziri Əli Əsədov yanvar ayında hökumətin iclaslarından birində demişdi: “Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir... Fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir”. Bəs görəsən cənab Mustafa Babanlı da bu fikirləri eşidibmi və əgər eşidibsə onlara münasibəti necədir? Axı yeddi il ərzində bir binanın gah xaricində, gah da daxilində səbəsiz, ehtiyacsız dünən yığılmış aksesuarları bu gün yenidən sökməyin, sonra təkrar yığmağın adı nə ola bilər ki,artıq müəllimlər dilə gəlib.
Əlbəttə ki, maliyyə vəsaitlərinin silinməsi. Baha qiymətə alınan mal-material və xidmətlər təbii ki, təmir adı altında pul qazanmaq üçün ən yaxşı vasitədir. Halbuki, bu qədər vəsaiti tədrisin təkmilləşdirilməsinə, elmi tədqiqatların səmərəliliyinin artırılmasına, maddi-texniki bazanın müasirləşdirilməsinə və digər zəruri məqsədlərə yönəltmək olardı.

Ümumiyyətlə, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək ADNSU-nun və bilavasitə rektorluğun vəzifə borclarından biridir. Lakin təəssüflər olsun ki, real hadisələrin gedişi bu vəzifələrin icrasına heç də məsuliyyətlə yanaşılmadığını deməyə əsas verir.

Geri qayıt