Əsas Səhifə > Gündəm, Manşet > Məhkəmə borclu Sosial Xidmətlər Agentliyinə DARĞALIQ EDİR...

Məhkəmə borclu Sosial Xidmətlər Agentliyinə DARĞALIQ EDİR...


30-10-2021, 09:09
Məhkəmə borclu Sosial Xidmətlər Agentliyinə DARĞALIQ EDİR...
DİA.AZ: - "“Əlillərin sosial müdafiəsi haqqında” qanunun 43-cü maddəsinə görə, 1-ci dərəcəli əlillər mənzillə növbədənkənar təmin olunurlar . Bakı İnzibati Məhkəməsinin (keçmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ) hakimi Şərafət Məmmədova cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin diskresion səlahiyyətər əsasında qərar qəbul etdiyindən, 1-ci dərəcəli Qarabağ qazisinin mənzillə növbədənkənar təminatı tələbi üzrə İPM-in 73-cü maddəsinə görə qərar qəbul edilə bilməzliyini əsas tutub , cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, diskresion səlahiyyətəri çərçivəsində qazinin mənzillə təmin edilməsi öhdəliyini qoyub". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı bu qərarı 6-cı ildir borclu inzibati orqan -ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti (sonra DSMF, hazırda Sosial Xidmətlər Agentliyi) icra etməkdən imtina edir. Məhkəmə isə nə İPM-in 74-cü maddəsinə əsasən, diskresion səlahiyyətər əsasında qəbul edil(mə)miş inzibati aktları yoxlayır və həmin aktlara məhkəmə nəzarətini həyata keçirir, nə də İPM-in 116.2 maddəsinə əsasən, birinci instansiya məhkəməsi olaraq qərarın icrasını təmin edir. Bakı İnzibati Məhkəməsi İPM-in 120.1 maddəsinə əsasən, Məcəllənin 73-cü maddəsində nəzərdə tutulan öhdəlikləri icra etməyən inzibati orqana PROSES İŞTİRAKÇISININ ƏRİZƏSİNƏ ƏSASƏN VƏ YA XİDMƏTİ VƏZİFƏSİNƏ GÖRƏ, nəinki İCRA ÜÇÜN MÜDDƏT MÜƏYYƏN EDİR VƏ CƏRİMƏ TƏTBİQ OLUNACAĞI BARƏDƏ HƏMİN ORQANA XƏBƏRDARLIQ edir, heç 6-cı ildir tələbkarın ərizələrinə belə baxmır. Halbuki, 120.2 maddəsinə əsasən, inzibati orqan 120.1 maddəsinə əsasən MÜƏYYƏN EDİLMİŞ MÜDDƏTDƏ ÖHDƏLİYİ İCRA ETMƏDİKDƏ , məhkəmə cərimənin məbləğini (50 min manatadək ) müəyyən edə və təkrar cərimə təyin edib məcburi qaydada tuta bilər. Bu barədə məhkəmənin qərardad qəbul etməsi İPM-in sözügedən 120-ci maddəsində doğrulanıb. Di gəl, vurğuladığımız kimi, nə qərarı qəbul etmiş Şərafət Məmmədova, nə də 3 ildir yeni hakim Aygün Abdullayeva tələbkarın ərizələrinə belə baxmaqdan imtina edir. Nə Ombudsman , nə Məhkəmə Hüquq Şurası, nə qanunverici , nə ali icra hakimiyyəti, nə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, nə hüquq mühafizə orqanları Bakı İnzibati Məhkəməsinin məhkəmə hakimiyyətinin adına ləkə gətirən qeyri-prosessual özbaşınalığına hüquqi qiymət verilməsini təmin edir. Məsləhətçi(lər) sözügedən orqanların sorğularına elə nağıllar uydurur ki, bilmirsən, anadolular demiş, burası məhkəmədir, yoxsa inzibati orqanın müdafiə -vəkil bürosu? Təsəvvür edin, məhkəmə tələbkarın ərizələrinə baxmaqdan imtina edir ki, DSMF-in anonim nümayəndəsi 2017-ci ildə məktubla bildirib ki, icra təmin olunub və bu səbəbdən icraata xitam verilib. Bu yekəlikdə inzibati məhkəmə hələ də anlamır ki, borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti olubsa, hansısa anonim DSMF əməkdaşının məktubu(?) ilə icra təmin oluna bilməz. Özbaşınalığa baxın, borclu ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyi 6-cı ildir icranın növbəti bölgüdə təmin ediləcəyini rəsmi məktublarla bildirir, Bakı İnzibati Məhkəməsinin məsləhətçiləri isə icranın təmin edildiyini Ombudsmanın və digər qurumların diqqətinə çatdırır. Belə çıxır, məhkəmə inzibati orqana vəkillik edir? Özbaşınalığın absurdluğuna fikir verin, tərəflər- tələbkar da, borclu da qərarın icra olunmadığını bildirir, məhkəmə isə borclu inzibati orqanın səlahiyyətli nümayəndəsi, vəkili kimi icraata xitam verildiyini ! (?) Məhkəmə heç icra sənədini imzalamayıb, icraya yönəltməyib , amma icranın təmin edildiyi barədə nağıl uydurur. Bakı İnzibati Məhkəməsinin məsləhətçi hakimlərinin diqqətinə çatdırırıq ki, məhkəməyə daxil olan ərizələr üzrə mütləq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə icra hakimiyyəti orqanı deyil , amma İPM-in 118.2 maddəsinə əsasən , icranın “İnzibati icraat haqqında” qanuna uyğun olaraq həyata keçirildiyi hallarda birinci instansiya məhkəməsində işə baxan hakim icra orqanı sayılır.

Bakı İnzibati Məhkəməsinin borclu ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin vəkili rolunda çıxış etməsinə nə vaxt son qoyulacaq ? Nə vaxt Qarabağ qazilərinin məhkəmə təminatı hüququna “yaşıl işıq yandırılacaq”? Dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını məhkəmə özü təmin etmirsə, hansı demokratiyadan danışmaq olar? Suallar çox, cavab isə yox. Buna deyərlər virtual, kağız – məktub üzərində mənzil təminatı . Məktubla isə mənzil yox, əsəb gərginliyi qazanmaq olar..."

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt