Əsas Səhifə > Gündəm, Manşet > "Çox heyif bu mağazadan ki, keyfiyyətli xidmət görmədim..."

"Çox heyif bu mağazadan ki, keyfiyyətli xidmət görmədim..."


23-03-2021, 09:03
"Çox heyif bu mağazadan ki, keyfiyyətli xidmət görmədim..."
DİA.AZ: - "Şikayətim "Baku Electronics" mağazalar şəbəkəsindəndir". DİA.AZ bildirir ki, bu barədə Nuranə Əliyeva-Adilova "Müştəriyəm Şikayətim Var" qrupunda şikayət edib.

"Çox heyif bu mağazadan ki, keyfiyyətli xidmət görmədim..."

Narazı vətəndaş daha sonra yazır: "27 yanvar tarixində nağd alış ilə 8-ci mkr filialından Samsung A01 core telefonu alınıb. Bir həftədən çoxdu ikinci nömrə aktiv deyil. Nömrəni başqa telefona saldıq işlədi lakin telefonun ikinci sim kartına istənilən nömrəni salan zaman aktivləşmədi. Məsələ ilə bağlı 143 ilə əlaqə saxlanıldı. Servisə yaxınlaşmağı bildirdilər. Servisdə müəyyən olundu ki, sim 2 qeydiyyat olmayıb ümumiyyətlə. Səhəri günü 143lə əlaqə saxlanıldı qeydiyyatın həyata keçdiyini və 24saat ərzində aktivləşəcəyini bildirdilər. 24 saat sonra aktivləşmədi və bu dəfə 48saat keçməli olduğunu bildirdilər. 48saatın bayram günlərinə təsadüf etdiyini bildirsəm də iş günü olduğunu bildirdilər. 20martda zəng etdim həmin şöbənin iş günü olmadığını bildirdilər. (Halbuki 19u işləyəcəyik dedilər)
Artıq bununla neçənci gündür ki, bu problem hələ də həll olmayıb. Mən zəng etməkdən yoruldum ancaq heç bir məsul şəxs mənə köməklik etmədi. Çox heyif bu mağazadan ki, keyfiyyətli xidmət görmədim!"

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt