Əsas Səhifə > Gündəm, Manşet > "Allah heç kimi TƏBİB-ə, Səhiyyə Nazirliyinı möhtac eləməsin..."
"Allah heç kimi TƏBİB-ə, Səhiyyə Nazirliyinı möhtac eləməsin..."14-12-2020, 12:32 |
DİA.AZ: - "Qonşumuz koronavirus xəstəliyindən əziyyət çəkir. Artıq 6-cı günündədir. Zəng elədim 814-ə bəs yaşlı insandır, niyə həkim göndərmirsiniz, niyə kömək olmursunuz axı?" DİA.AZ bildirir ki, bu barədə Nicat Məmmədli adlı istifadəçi sosial şəbəkədə paylaşım edib. Daha sonra narazı vətəndaş yazır: ""Özü zəng eləsin"- dedilər... Anlamadım, nə dəxli var. Özü danışanda boğazında qıcıqlanma yaranır. "Tam olaraq istəyiniz nədir?Covid-19 dərmanlarını göndərməyinizi tələb edirəm" dedim. "Dərmanımız tükənib" dedilər. Qayıdıb dedim ki, bəs necə sağalda bilərik, yaşı da çoxdur və ciddiyə almırsınız". "Bağışlayın, heç cürə mümkün deyil, sahə həkiminə zəng edin" dedilır. Mən də zəng elədim sahə həkiminə və dedim ki, bəs qonşumuzun vəziyyəti yaxşı deyil, durumu sizə anlatmağa çalışıram, bizə dərman lazımdır, zəhmət olmasa bu adresə göndərin... eyni cavabı adlım: "Bizim dərmanlarımız tükənib". Anlamıram, belə başa düşürəm ki, COVİD-19 xəstəliyini bəzi həkimlər oyuncaq edib. "Ola bilməz ki, tükənsin, artıq dərəcədə xahiş edirəm göndərin" deyə yalvarsam da, xeyri olmadı... Nəysə... Sonda özüm gedib aldım. Allah heç kimi TƏBİB-ə, Səhiyyə Nazirliyinı möhtac eləməsin... Testi POZİTİV çıxan hər kəsin TƏBİB'dən bu paylaşımdakı paketi tamamilə pulsuz almaq hüququ var və almalıdır. Dərmana ayrılan pul ya yeyilir ya da dərmanlar özlərinə gedir". İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |