Əsas Səhifə > Gündəm, Manşet > "Mərdan Camalov Zərdabdan qaçıb?"

"Mərdan Camalov Zərdabdan qaçıb?"


7-12-2020, 10:14
"Mərdan Camalov Zərdabdan qaçıb?"
DİA.AZ: - Zərdab rayon sakinləri neçə müddətdir ki, icra başçısı ilə gğrüşə bilmirlər. Bu barədə DİA.AZ-a rayondan edilən şikayətdə bildirilir.

Rayon sakinləri yazır: "Müharibə şəraitini nəzərə alırıq, bundan əvvəl də pandemiya ilə bağlı sərt rejim var idi. Amma müharibə geridə qalıb və Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuz Qarabağımızı işğaldan azad edib.

Müharibə və sərt karantin rejimi boyunca olduğu kimi, indinin özündə də Zərdab sakinləri rayonda dərdlərini danışmağa ünvan tapmırlar. Bizim üçün icra başçısı Mərdan Camalova söz deyə bilmək ən çətin olanıdır bəlkə də... İcra başçısının qəbuluna hansısa zərdablının düşməsi müşkül olduğundan bizdə belə bir qənaət var ki, Mərdan Camalov rayondan qaçıb.

Biz də diaaz.space vasitəsilə ölkə ictimaiyyətindən soruşuruq: Bizim icra başçısını Azərbaycanın hansısa yerində görən olubmu? Qarşıdan qış gəlir. Rayon problemlərin içində batır. İcra hakimiyyətinin qarşısına toplaşmağa da imkan vermirlər. Deyirlər ki, pandemiyadır. İndi nə etsin bu biçarə şikayətçilər, dərdlərini kimə desinlər?"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt