Əsas Səhifə > Gündəm, Manşet > "Bu ağır dövrdə bazar açıblar..."
"Bu ağır dövrdə bazar açıblar..."23-11-2020, 09:41 |
DİA.AZ: - "Şikayətim 20 yanvar ərazisində yerləşən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasındandir". DİA.AZ bildirir ki, bu barədə narazı vətəndaş Royal Lələyev sosial şəbəkədəki statusunda yazıb. Daha sonra narazı vətəndaş bildirir: "Adı, özü guya Dövlət Xəstəxanasıdır. Xəstəmiz var burda, artıq 5-ci gündür ki burdadır. Bu gün yenə gəlmişik bura xəstəmizi görək. Lakin özünü "mühafizə" adlandiran şəxs bizi icəri buraxmağa 5 Azn pul istəyir. Tibb işçiləri, "sanitarka"lar hər biri 5 Azn-dən istəyir. 4 tibb bacısı, 1 mühafizə... 25 Azn verməliyəm ki, 10 dəqiqə xəstəmizi görəm. Nəyə görə belə olmalıdır?! Zatən, bu 5 gündə 400-Azn dən çox xərcimiz çixib bu dövlət xəstəxanasına. Hara baxır aidiyyatı qrumlar, Səhiyyə Nazirliyi... bilmirəm. Qısası BAZAR açiblar burda. İnsanlarin bu çətin - Müharibə dövründə, Covid-lə mübarizə etdiyi bir vaxtda bu insafsizliq yolverilməzdir. Onlarla insanlar var və hamısı çöldə qapıda gözləyir... pul tələb edənlərin əlindən..." İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |