Əsas Səhifə > Gündəm, Manşet > "Bezmişəm, ölkədən getmək istəyirəm..."
"Bezmişəm, ölkədən getmək istəyirəm..."21-02-2020, 07:58 |
DİA.AZ: - Son zaylarda baş verən rüşvət və korrupsiya həbsləri konkret olaraq məmurların böyük əksəriyyətində ciddi təlaş yaradıb. Onlardan biri də Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir. Bu barədə DİA.AZ-a sözügedən RİH-dəki qaynaq informasiya verib. Mənbənin diaaz.space-a söylədikləri: "Əgər əvvəllər böyük ruh yüksəkliyi içində olan Adil Vəliyev işçilərlə danışanda belə özünəinam hissinin yuxarı olduğunu aşkar şəkildə hiss etdirirdisə, indi durumu tamam fərqlidir. Son həbslər ona o qədər təsir edib ki, hətta dünən axşam saatlarında özünə yaxın bildiyi məmurların yanında "Bezmişəm, ölkədən getmək istəyirəm..." deyərək hazırki vəziyyətini də izah edib". Mənbə bildirir ki, Adil Vəliyev hazırda həbs oluna biləcəyini də gizlətməyib. Onu da qeyd edək ki, Adil Vəliyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və PA-nın sabiq şöbə müdiri Əli Həsənova yaxın şəxs hesab olunur. Geri qayıt |