Əsas Səhifə > Gündəm, Manşet > Tələbə rektordan Prezidentə şikayət etdi
Tələbə rektordan Prezidentə şikayət etdi13-01-2020, 08:54 |
DİA.AZ: - "Texnologiya Universitetinin tələbəsi Bağırov Rizvan Cavad oğlu, Prezident İlham Əliyev cənablarına müraciət etdi". Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir. Məlumatda daha sonra qeyd olunur: "Tələbə bildirir ki, Texnologiya Universitetin də korrupsiya faktları vardır. Müraciətdə bildiri ki, dərsə gəlmiyən tələbələr imtahana buraxılır. Qiyabi şöbənin dekanı Babək Həsənov akademik məzuniyyət yazdırdığı tələbələr hal-hazırda dərsə gəlmirlər, bir çox tələbələr dərsə gəlmədikləri halda kursdan-kursa keçirdir. Texnologiya Universitetinin tələbəsi Bağırov Rizvan Cavad oğlu dekan Babək Həsənova öz etirazını bildirdikdən sonra ki, niyə davamiyyəti olmayan tələbələrə akademik məzuniyyət yazıdırısız, bundan sonra dekanla aralarında ziddiyyət düşdüyünü qeyd edir. ATU-nun Dekanı Babək Həsənov tələbəyə get hara şikayət edirsən et, dediyini bildirir. Bununla bağlı Təhsil Nazirliyi heç bir mövqeyini bildirməməyini vurğulayır". Prezidentə müraciətində tələbə qeyd edir ki, adı çəkilən dekan ATU-nun rektoru Akif Süleymanova arxalanır. Məlumatda deyilir: "Texnologiya Universitetinin tələbəsi Bağırov Rizvan Cavad oğlu, Prezident İlham Əliyev cənablarına müraciət etdir ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov, dekan Babək Həsənov etdikləri özbaşınalıqların qarşısında cəzalansın". diaaz.space olaraq bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |