Əsas Səhifə > Gündəm, Manşet > "Aqrolizinq" ASC-də "ORGANİKA" dələduzluğu...

"Aqrolizinq" ASC-də "ORGANİKA" dələduzluğu...


14-08-2019, 08:21
"Aqrolizinq" ASC-də "ORGANİKA" dələduzluğu...
DİA.AZ: - Göyçay rayon Bığır kənd sakini Mayılov Çingiz Sabir oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident, "Aqrolizinq" ASC-nin dərmanlar şöbəsində Musa adlı şəxs öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuz əməllərlə məşğul olur. Belə ki, həyat yoldaşım Mayılova Minayə Seyidağa qızı Gürcüstan Respublikasının "Bio Orqanic Georgiya LTD" şirkətinin istehsalı olan "Organika" maye üzvi gübrənin ölkəyə gətirilməsi və satışı ilə məşğuldur. O rəsmi qaydada dövlət qeydiyyatından keçərək lisenziya və şəhadətnamədə almışdır. Çoxdan tanıdığım Vasif adlı şəxs mənə dedi ki, Qida Təhlükəsizliyi Ağentliyinin sədr müavini Balarəhim Quliyevlə yaxın dostdur. Balarəhim müəllim “Organika” maye üzvi gübrənin rayonlarda satılmasına köməklik göstərəcək. Əvəzində hər kamazına görə 10 000 (on min) manat hər birinə (Vasifə və Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim müəllimə) pul verəcəm. Mən onun bu şərti ilə razılaşdım. Tezliklə Vasif və Balarəhim vasitəsi ilə “Aqrolizinq” ASC-nin dərman şöbəsinin işçisi həmin Musa adlı şəxslə tanış oldum. O bu ilin yanvar ayında ölkəyə gətirdiyimiz "Organika" maye üzvi gübrənin “Aqrolizinq”in rayonlardakı idarələrinin rəhbərləri ilə danışaraq satışına köməklik edəcəyinə söz verdi. Musada bunun əvəzində hər kamazına görə 10 000 (on min) manat pul alacağını bildirdi. Eyni zamanda gətirdiyimiz gübrələrin hamısını yerbə-yer edəcəyini, pulunu isə bir-iki ay ərzində yığıb mənə verəcəyinə söz verdi. Mənim yanımda "Aqrolizinq" ASC-nin rayonlardakı rəhbər şəxsləri ilə əlaqə saxladı və üç-dörd gün ərzində "Organika" gübrəsini onun dediyi kimi "Aqrolizinqin" rayonlardakı şöbələrinin rəhbərlərinə təhvil verdim. Satdığım gübrələrin hamısını faktura ilə vermişəm.Həmin fakturalarıda məndədir.

Beləliklə mən gübrələri verib onun dediyi vaxtı gözlədim,Fevral keçdi mart ayında mən pulu tələb etdikdə mənə dedi ki, bir-iki ayda gözlə. Mən onun dediyi kimi iki aydan sonra may ayında yenidən Musa adlı şəxslə əlaqə saxladıqda dedi ki, get "Aqrolizinqin" Şəmkir rayon şöbəsində olan gübrənin 250 korobkasını götür apar Göranboy və Tərtər şöbəsinin müdirlərinə ver. Mayın 10-da Şəmkir rayonuna getdim və "Aqrolizinq”in Şəmkir rayon şöbəsinin müdiri Azər müəllimlə görüşdüm və gübrəni götürdüm geri qayıdıb Göranboy rayonuna çatanda Musa adlı şəxsə zəng etdim. Zəngimə cavab verən Musa müəllim mənə bildirdi ki, "mən artıq sənin gübrələrini satmıram get "Aqrolizinq"in hansı rayon şöbələrinə vermirsənsə geri götür apar harda və kimə satırsan sat"

Xususi qeyd edim ki, "Organika" maye üzvi gübrəni yanvar ayında vermişəm. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər əkdikləri təsərrüfatlarında bu gübrədən istifadə ediblər. Yaxşı nəticələrdə əldə ediblər. Bununla bağlı video çəkilişlərdə olub. Həmin çəkilişlərdə bu gübrədən istifadə edən fermerlər canlı şəkildə razılıq ediblər. Ancaq indi Musa müəllimin tapşırığı ilə izahat verirlər ki, guya "Organika" keyfiyyətsiz gubrədir. Maraqlıdır əkin sahələrinə "Organika" gübrəsini verib qısa müddət (on gün) ərzində əkin sahələrində (taxıl, kartof sarımsaq, soğan və digər) yaxşı nəticə aldıqlarını deyən insanlar indi necə olur ki, belə izahat verirlər? "Aqrolizinq"in ali təhsilli mütəxəssisləri onların bu izahatlarına necə inanırlar? Onlar kamera qarşısında belə sözləri məcburmu deyiblər? Niyə bu suallar onlara verilmir?

Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün hər il dövlət büdcəsindən milyonlarla pul ayrılır. Fermerlərə güzəştli şəkildə gübrələr, texnikalar və kreditlər verilir. Kəndli fermerlər əkdikləri hər bir hektara görə yanacaq və sürtkü yağları üçün subsidiyalar alırlar. Bu dövlətin və onun rəhbərinin kəndlilərə göstərdiyi qayğıdır.Təssüf ki, "Aqrolizinq"in dərman şöbəsinin Musa adlı işçisi bu hərəkəti ilə bilə-bilə dövlətin bu qayğısına qarşı çıxır və ona kölgə salır.

Bir müddət əvvəl etdiyim müraciətdən sonra "Aqrolizinq"ASC-dən cavab verilmişdir ki, müraciətimdə qeyd etdiklərim öz təsdiqini tapmamışdır.Bilmirəm "Aqrolizinq"in bu cavabı ağlamalıdır yoxs gülməli. Bunu ona görə deyirəm ki, ərizəmdə qeyd etdiklərim necə öz təsdiqini tapmayıb?Hansı ki, mənim bu müraciətimi araşdıran "Aqrolizinq" ASC-nin daxili təhqiqat idarəsinə qaimə fakturaları təqdim etmişəm. Həmin qaimə fakturalarda gübrəni verən və təhvil alan şəxslərin adları qeyd olunub və imzalarını atıblar.Eyni zamanda çəkilmiş video çəkilişlərin diskləri də onlara təqdim olunub.

Əvvəl etdiyim müraciətlərdə olduğu kimi bu müraciətimdədə xususi qeyd edirəm ki, bu araşdırmanı aparan Daxili nəzarət və təhlil şöbəsinin müdiri Ramiz Mustafa "Aqrolizinq" ASC-nin dərman şöbəsinin Musa adlı isçisi ilə eyni bölgədən olduğuna görə necə obyektiv araşdırma aparıldığı məlum olur .Ona görədə mənim bu müraciətim Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılmalıdır.

Cənab Prezident, xahiş edirəm mənim bu müraciətimin sizin nəzarətinizlə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılmasına və vəzifəsindən sui-istifadə edən "Aqrolizinq"ASC-nin dərmanlar şöbəsiniin Musa adlı işçisi və rayonlardakı şöbə müdirləri barəsində ciddi tədbir görülməsinə köməklik göstərəsiniz.

Aşağıda “Aqrolizinq”ASC-nin dərman şöbəsinin Musa adlı işçisi ilə əlbir olub vəzifəsindən sui-istifadə edən rayon şöbələrini qeyd edirəm.

“Aqrolizinq”ASC-nin Cəlilabad, Hacıqabul, Xaçmaz, Şəmkir, Şamaxı, Ağsu, Balakən, Qax, Salyan, Neftçala rayon şöbələrinin müdirləri

Hörmətlə : Mayılov Çingiz Sabir oğlu"

diaaz.space olaraq iddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt