Əsas Səhifə > Gündəm, Manşet > "Azneft"in Hatəm Baxşıyevi və onun imtiyazlı qardaşları...

"Azneft"in Hatəm Baxşıyevi və onun imtiyazlı qardaşları...


23-03-2019, 12:43
"Azneft"in Hatəm Baxşıyevi və onun imtiyazlı qardaşları...
DİA.AZ: - Sosial şəbəkələrdə "Azneft" İstehsalat Birliyi Neft Daşları NQÇİ-dəki əcaib kadr siyasəti ilə bağlı ilginc faktlar açıqlanıb. Daha dəqiqi "Azneft" İB Neft Daşları NQÇİ–nin baş mühasibi Hatəm Baxşıyevin qardaşları ilə bağlı. DİA.AZ həmin məlumatı təqdim edir.

Məlumata görə, "Azneft" İstehsalat Birliyi Neft Daşları NQÇİ–nin baş mühasibi Hatəm Baxşıyevin qardaşları kifayət qədər imtiyaz sahibidlrə ki, bu işdə də baş mühasibin payı kifayət qədərdir. DİA.AZ bildirir ki, Hatəm Baxşıyevin birqardaşı Sarvan Baxşıyev sözügedən idarədə "katib" kateqoriyasına malikdir. O, idarənin 2 saylı NQÇS-də 5-ci dərəcəli operator ştatı üzrə əmək haqqı alsa da ( de yure), ancaq 2-ci mədən müdirinin “katibi dir” (de fakto).

Məlumata deyilir: "Sarvan Baxşıyev xüsusi imtiyazlara malikdi. O da gəmi yox, vertalyot xidmətindən istifadə edir. 2-ci mədən işçilərinin iş qrafiki də onun “əlindədi”. İşçilər bunun vacibliyini bilirlər".

diaaz.space bildirir ki, Hatəm Baxşıyev digər qardaşına da "xudmani şərait" yaradıb: "Baş mühasibin digər qardaşı Əli Baxşıyev isə EKOL-n baş mühasibidir. Bu post da yetərincə imtiyazlar yaradan vəzifədir".

Sosial şəbəkələrdə müzakirə olunan bu faktın söügedən qurumun rəhbərliyini çəkəcəyi şübhəsizdir. Hər halda, buna ümid edirik...

Geri qayıt