Fazil Məmmədov müşavirini oğurluq maşın biznesinə görə qovub? - İDDİA
Tarix: 6-02-2016, 09:59 | Çap et
Dünən vergilər naziri Fazil Məmmədovun 5 idarə rəisini işdən azad etməsi və müşavirlərin sayını azaltması cəmiyyətdə ciddi rezonansa səbəb olub. Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev, Müşavər Nəbiyev vergilər nazirinin müşaviri vəzifəsindən azad olunublar. Bundan başqa, Taryel Aydın oğlu Quliyev vergilər nazirinin yeni müşaviri təyin olunub. Bu təyinata qədər T. Quliyev Vergilər Nazirliyi Daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsini icra edib. Qeyd edək ki, kadr dəyişikliyinə qədər nazirin 13 müşaviri olub. Hazırda onların sayı 7-yə endirilib. (APA) Bu şəxslərin hansı səbəblə işdən çıxarılması çoxuna məlum deyil. Bu barədə müxtəlif iddialar da sosial şəbəkələrdə yer alır.
Adıkeçən şəxslərdən Müsavər Nəbiyevlə bağlı Qafqaznews.az-a daxil olan bəzi məlumatlar bu şəxsin “həyat və yaradıcılığını” araşdırmağa vadar etdi. Müşavir vəzifəsindən azad olunan bəzi şəxslərin başqa yerə təyinat aldığı bildirilsə də, Müsavər Nəbiyevin taleyi hələ qaranlıq qalır. Müsavər Nəbiyev müşavir vəzifəsinə keçən ilin noyabrında təyin olunmuşdu. Bundan əvvəl isə M.Nəbiyev nazirlikdə Vergi auditi baş idarəsinin rəisi işləyib. Onun haqqında “Yeni Müsavat” qəzetinin saytında (musavat.com) 2012-ci ildə 18 yanvar 2012-ci ildə dərc olunan “Fazil Məmmədovun adından müdhiş korrupsiya” başlıqlı yazıda bu cümlələr diqqəti cəlb edir: “Adının çəkilməsini özlərinin təhlükəsizliyi baxımından riskli sayan sahibkarlar deyirlər ki, hər ilin sonunda Vergilər Nazirliyinin auditorları onlardan “təzminat” yığırlar.
Prosesə departamentin rəisi Habil Məmmədov şəxsən nəzarət edir. Auditorlar ilin sonunda hər bir orta və iri müəssisədən illik dövriyyənin 10-12 faizini tələb edirlər”. Mənbə deyir ki, auditorlar obyekt haqda öncədən məlumatlı olurlar: “Onlar real dövriyyə barədə yetərincə məlumatlı olurlar. Bu səbəbdən də hansısa bazarlığa yer qalmır. Ən yaxşı halda 1-2 faiz güzəştdən söhbət gedə bilər. Onlar açıq şəkildə bəyan edirlər ki, şikayətin heç bir faydası olmayacaq”. Ən maraqlı məqam isə qanunla işləməyə üstünlük verən müəssisələrlə bağlıdır: “Qanunla müəyyən edilmiş qaydada vergilərini ödəyən, əməkhaqqı fondunu gizlətməyən, işçilərinin hər biri ilə əmək müqaviləsi bağlayan müəssisələrə də heç bir güzəşt edilmir.
Ən çox ziyanı da həmin müəssisələr çəkir. Onların qara mühasibatlıqdan istifadə etmədiyinə görə dövriyyələri yüksək olur. Auditorlar isə onlara yalnız bunu ”güzəşt” edirlər ki, imkan daxilində qara mühasibatlıqdan istifadə etsinlər. Çünki istənilən halda “təzminatı” ödəmək lazım gələcək”. Sahibkarlar deyir ki, Vergilər Nazirliyində auditlə bağlı iki struktur fəaliyyət göstərir: “Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Vergilər Nazirliyinin Vergi Auditi Baş İdarəsi. Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin auditorları orta və iri müəssislərdə ”təzminat”ın yığılmasına məsuldur, nazirliyin Vergi Auditi Baş İdarəsinin auditorları (rəisi Müsavər Nəbiyev – red.) isə kiçik müəssisələrdə “yığımlara” cavabdehdirlər”. İndi isə keçək Müsavər Nəbiyev barədə əldə etdiyimiz yeni məlumatlara…
Mənbənin Qafqaznews.az-a bildirdiyinə görə, M.Nəbiyevin azad olunmasına əsas səbəb onun maşın oğruları ilə əlaqəsi və oğurlanmış maşın ticarəti ilə məşğul olması olub. Məlumat verən mənbə qeyd edir ki, sabiq müşavir nazirlərdən birinə şəxsən (!) oğurlanmış maşın və hətta oğurluq qayıq da satıb. Məlumatda vurğulanır ki, oğurlanmış maşınların alverindən külli miqdarda sərvət toplayan M.Nəbiyev öz vəzifəsindən və əlaqələrindən sui-istifadə edərək, məsuliyyətdən yayınmağı bacarıb. Ondan prezidentə də şikayət ediblər.
“Bakıelektrikşəbəkə” ASC-nin Satışı Departamentinin direktoru Qara Nəbiyev və Təhsil Nazirliyində mötəbər vəzifə tutan Fikrət Nəbiyev onun qardaşlarıdır. Qara Nəbiyevin adı mətbuatda da az hallanmır”. 2012-ci il sentyabrın 16-da “Musavat.com” saytında dərc olunan məqalədə vurğulanır ki, “Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayevlə qurumun Enerji Satışı Departamentinin direktoru Qara Nəbiyev arasında iclas zamanı böyük konflikt baş verib. “…. Həmin iclasda iştirak edən müəssisənin işçisi qeyd edib ki, baş verən mübahisədən sonra Q.Nəbiyev bir daha iclaslara qatılmır.
O, vəzifəsində qalsa da B.Rzayevin iclaslarını boykot edib, onunla üzbəüz gəlmək istəmir. Mənbə bildirib ki, onların arasında çoxdan başlanan bu münaqişənin belə nəticələnəcəyi gözlənilən idi. Çünki Baba Rzayev Qara Nəbiyevi “qaralamışdı”, onu sıxışdırırdı və işləməyə imkan vermirdi. Məqsədi Q.Nəbiyevi postundan uzaqlaşdırmaqla yerinə öz adamını gətirmək olub.
Ancaq departament direktorunun iclasda hamının qarşısında gözlənilmədən ASC sədrinə cavab qaytarması təəccübə səbəb olub. Qaynağımız iddia edir ki, qurumda çalışanların əksəriyyəti Q.Nəbiyevin yanındadır və onu haqlı sayırlar. Elə hesab olunur ki, o, öz vəzifəsini lazımi səviyyədə yerinə yetirir və bütün təqsirlər B.Rzayevin boynundadır. İclasdan sonra isə tərəflər arasında dialoqun olub-olmadığı məlum deyil. Mənbənin sözlərinə görə, Nəbiyevin iclasda mübahisə etməsi, konkret faktlar əsasında danışması və daha sonra tədbiri tərk etməsi Rzayevi möhkəm qəzəbləndirib.
ASC sədri hazırda bütün resurslarını səfərbər edərək onu işdən çıxarmağa çalışır” . Mənbə vurğulayır ki, son proseslər 3 qardaşın taleyini “labirint”ə salıb: “Hazırda onların taleyi sual altındadır. Çox güman ki, yaxın günlərdə Qara və Fikrət Nəbiyevlərin də işsiz qalmasının şahidi olacağıq”. Mövzunu diqqətdə saxlayırıq. Bizi izləyin.Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Bu gün, 14:00 |
|
|
|
• “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Bu gün, 13:58 |
|
|
|
• "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Bu gün, 13:11 |
|
|
|
• Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Bu gün, 13:00 |
|
|
|
• Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Bu gün, 12:49 |
|
|
|
• İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Bu gün, 12:47 |
|
|
|
• Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Bu gün, 12:44 |
|
|
|
• Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Bu gün, 12:42 |
|
|
|
• AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Bu gün, 12:30 |
|
|
|
• Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Bu gün, 12:28 |
|
|
|
• Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Bu gün, 12:21 |
|
|
|
• "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Bu gün, 12:20 |
|
|
|
• Bayden korrupsiyada günahlandırılır
Bu gün, 12:00 |
|
|
|
• Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Bu gün, 12:00 |
|
|
|
• Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Bu gün, 11:42 |
|
|
|
• Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Bu gün, 11:34 |
|
|
|
• Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Bu gün, 11:31 |
|
|
|
• “Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Bu gün, 11:17 |
|
|
|
• İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Bu gün, 11:14 |
|
|
|
• İYİ Partiya DEM heyətini qəbul etmədi
Bu gün, 11:13 |
|
|
|
• AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Bu gün, 11:11 |
|
|
|
• Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Bu gün, 11:07 |
|
|
|
• Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Bu gün, 11:06 |
|
|
|
• Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Bu gün, 10:47 |
|
|
|
• Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Bu gün, 10:38 |
|
|
|
• “Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Bu gün, 10:36 |
|
|
|
• Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 10:33 |
|
|
|
• Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Bu gün, 10:29 |
|
|
|
• Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Bu gün, 10:26 |
|
|
|
• Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Bu gün, 10:15 |
|
|
|
• Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Bu gün, 10:10 |
|
|
|
• Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Bu gün, 09:59 |
|
|
|
• "Qoy yeni ildə də bizi güldürsün!" - REPLİKA
Bu gün, 09:52 |
|
|
|
• Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb
Bu gün, 09:47 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
Bu gün, 09:40 |
|
|
|
• 2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR - SİYAHI
Bu gün, 09:25 |
|
|
|
• Abşeronda satmadığı YER QALMAYIB... - İTTİHAM VAR...
Bu gün, 09:21 |
|
|
|
• "Qadına sahib çıxmaq kişinin borcudur"
Bu gün, 09:18 |
|
|
|
• Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• 14 saylı poliklinikada tibbi arayış zülmü - NARAZILIQ VAR...
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşın təcili tibbi yardım DƏRDİ... - AXI NİYƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Əmək pensiyasından tutulmalar nə qədər qanuni və əsaslıdır... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ - "Zavod-zad işlədirik?.."
Bu gün, 08:47 |
|
|
|
• "Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:37 |
|
|
|
• Keçmiş deputatdan rektora ATMACA... - "Şəkildən də görəcəksiniz ki..."
Bu gün, 08:34 |
|
|
|
• Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - KİV
Bu gün, 07:24 |
|
|
|
• Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Bu gün, 07:18 |
|
|
|
• “Bu halda Fransa təyyarələri vurula bilər” - Türk dövlətindən Parisə xəbərdarlıq
Bu gün, 07:12 |
|
|
|
• Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər - “Axios”
Bu gün, 06:56 |
|
|
|
|