Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” .....                     Məşhur tiktoker yenidən həbs edildi .....                     "Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" .....                     Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? .....                     "Məsuliyyət Rusiyanın üzərinə düşür" .....                     “Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” .....                     'Financial Times' qəzeti heç yayılmayan siyasi detalları ortaya sərdi .....                     “City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı .....                     Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul .....                     Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır .....                     Rusiya nə qədər təzminat ödəməlidir? .....                     ATALARIN ƏN YAXŞISI... .....                     ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi .....                     Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? .....                     İrəvanın YUNAN BİRLİYİNDƏ... .....                     Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır .....                     Banklar depozit faizlərini aşağı sala bilər? .....                     “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Paşinyanın Qərbpərəst mövqeyi... .....                     Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur .....                     Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq .....                     Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri .....                     Təhsil müəssisəsi mühafizə xidməti aldı .....                     Rusiya niyə üzr istəmir? .....                     Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil .....                     Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub .....                     "TikTok"er xanımlar həbs edildi .....                     Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: .....                     Tanınmış həkimə cinayət işi açıldı .....                     Qəbələ RLS-in rəhbərliyi dəyişib .....                     “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri .....                     "Ərazi də Rusiyanındır, silah da!" .....                     Ruslar hara qədər BURCUDACAQ?.. .....                     DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır .....                     Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb .....                     Rusiya Azərbaycandan üzr istəməlidir! .....                     AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə .....                     Xüsusi Təftiş Komissiyası yaradıldı .....                     Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib .....                 

İcra başçısı ondan narazı olanları belə zərərsizləşdirir... - Gədəbəydə özbaşınalıq...
Tarix: 24-06-2015, 09:49 | Çap et
İcra başçısı ondan narazı olanları belə zərərsizləşdirir...
Ramiz Yediyarovun Gədəbəydə məmur özbaşınalıqlarını, sakinlərə edilən zülmü indiyədək görünməmiş bir həddə çatdrmağı artıq heç kəs üçün yenilik deyil. Bununla belə rayondan almaqda davam etdiyimiz məlumatlarda, bu zülmün yeni-yeni təzahürləri öz əksini tapır. Xatırlayırsınızsa, Gədəbəydə sahibkarlara və yerli iş adamlarına qarşı törədilən müxtəlif hüquq pozuntularına dair dərc etdiyimiz materiallarda vətəndaş Əliyev Oqtay Qara oğlunun da adı kifayət qədər tez-tez diqqət mərkəzinə gətirilirdi. Bununla bağlı bir müddət əvvəl biz artıq xəbər vermişdik ki, Ramiz Yediyarovun qanunsuz əməlləri rayonda sahibkarlıq fəaliyyəti göstərən Oqtay Qara oğlunu intihar həddinə çatdırmışdı. Bu xüsusda redaksiyamıza müraciət etmiş Oktay Qara oğlu bildirmişdi ki, o, Gədəbəy şəhəri, M.Quliyev küçəsində mülkiyyətində olan 0.006 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 girişli, 38.5 kv.m sahəsi olan, 1 mərtəbəli qeyri yaşayış binasının (mağaza) tam mülkiyyət hüququna malikdir. Lakin bu ilin fevral ayının əvvəllərində, Gədəbəydə bir müddət əvvəl inşa olunmuş və Ramiz Yediyarova məxsus olan Ticarət Mərkəzinin işə salınması məqsədilə, ona da bir çox digər sahibkarlar kimi, öz obyektini təhvil verərək, başçıya məxsus Ticarət Mərkəzinə köçmək təklif olunmuşdu. Oktay Qara oğlu bu təklifi qəbul etmədikdə isə, RİH-nin əməkdaşları onun obyektinin onsuz da söküləcəyini bəyan etmişlər. Bundan sonra Gədəbəy Rayon İcra Hakimiyyəti 10 fevral 2015-ci il tarixində rayon Məhkəməsinə həmin obyektin məlum Ticarət Mərkəzinə köçürülməsinə dair iddia ilə müraciət etmişdi. İki gün sonra isə, Oqtay Qara oğlunun obyekti ağır texnikanın iştirakı ilə sökülüb, yerlə-yeksan edilmişdi. Hətta bu zaman obyektin sahibkar tərəfindən Rabitəbankdan götürülmüş kreditə görə girovda olması belə nəzərə alınmamışdır. Qeyd edək ki, Oqtay Qara oğluna məxsus olan sökülmüş obyektin qiyməti hələ 2014-cü ilin yanvar ayında rəsmi ekspert rəyinə əsasən 50000 (əlli min) manat məbləğində müəyyən edilmişdir. Tez-tez redaksiyamıza gələn sahibkar probleminin həll olunmadığını və dəfələrlə icra hakimiyyətinə getməsinə baxmayaraq başçının qəbuluna düşə bilmədiyini söyləmişdi. Lakin son hadisələr bir daha təsdiq etmiş oldu ki, şikayətçi qismində Ramiz Yediyarovun qəbuluna düşə bilməyən vətəndaşların bəxti, bu qəbula düşə bilənlərdən daha çox gətirmiş sayıla bilər. Elə Oqtay Qara oğlunun başına gətirilənlər də, bu gün Gədəbəy rayonunda sanki hansısa totalitar bir rejimin hakimiyyətdə olduğu və bu rejimin də qəddar bir diktator tərəfindən idarə edildiyi təəssüratını təsdiq edir. Belə ki, vətəndaşın müxtəlif instansiyalara davamlı müraciələr edərək öz haqqını tələb etməsi, görünür Ramiz Yediyarovun əsəblərinin gərginləşməsinə səbəb olub. Buna görə də, başçı və yaxud da onun adamları Oqtay Qara oğlunun Gədəbəyə artıq növbəti gəlişi üçün əvvəlcədən müəyyən tədbirlər planı işləyib-hazırlayıb. Məhz bu plana əsasən, iyun ayının 22-də növbəti dəfə Gədəbəy RİH başçısının qəbuluna düşmək və bir daha öz haqqını tələb etmək niyyətilə rayona gəlmiş Oqtay Qara oğlu, gözləmədiyi halda RİH-nin əməkdaşları tərəfindən əhatəyə alınaraq, söyüş və təhqirlərlə qarşılıqlı hərəkətlərə təhrik olunur. Lakin bu provakasiyaya getməməsinə rəğmən, Oqtay Qara oğlu yenə də “hadisə yerinə” yetişmiş polis əməkdaşları tərəfindən saxlanılır və dərhal da Gədəbəy rayon Məhkəməsinə aparılır. Bundan sonrası isə, necə deyərlər işin texniki tərəfidir. Ramiz Yediyarovun Gədəbəy rayon Məhkəməsinin sədri Ceyhun Əhmədova bircə zəngi və budur, Oqtay Qara oğlunun 15 gün müddətinə həbsi ilə bağlı qərarın artıq mürəkkəbi də quruyub. Oqtay Qara oğluna qarşı guya ki, RİH əməkdaşlarının təhqir olunmaları ilə bağlı ittiham irəli sürülüb. Maraqlıdır ki, son dərəcə gülünc olduğu halda belə, məhkəmə bu ittiham üzrə cavabdehi təqsirkar “bilib”. Yoxsa Oqtay Qara oğlu harda olduğunu bilmirdi, yaxud da o, hər an özünə qarşı bir təxribat törədiləcəyini göz önünə almamışdı ki, belə bir səhvə yol versin? Təbii ki, bu növbəti şər və haqsızlıq aksiyasının yeganə məqsədi Oqtay Qara oğlunu və onun timsalında bütün digər şikayətçiləri də “sındırmaq”, onların “gözlərinin odunu almaq”dır. Lakin bu da boş niyyətdir. Biz ölkənin Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ali Məhkəmənin, bütün hüquq müdafiəçilərinin diqqətini Gədəbəydə yer almış növbəti repressiya faktına cəlb etmək istəyirik. Bəlkə də kimlərsə düşünə bilər ki, 15 günlük həbs cəzası müqabilində “repressiya” kəlməsi lazım olduğundan bir qədər daha sərt səslənir. Ola bilər, amma biz heç də Oqtay Qara oğlunun repressiyaya uğradığını iddia etmirik. Bu gün Ramiz Yediyarovun Gədəbəydə repressiyaya məruz qoyduğu məhkəmə sistemidir, hüquq-mühafizə orqanlarıdır, qanunlarımızdır! Artıq Gədəbəydə qanunçuluğumuzun, dövlətçiliyimizin reabilitasiyasına ehtiyac vardır! İnsan hüquqlarının pozulması halları isə, bu rayonda artıq çoxdan gündəlik həyat tərzinə çevrilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26
Məşhur tiktoker yenidən həbs edildi - Bu maddələrlə...
Bu gün, 04:21
"Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
Bu gün, 04:17
Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? - Səfirliyin açılması üçün…
Bu gün, 04:12
"Məsuliyyət Rusiyanın üzərinə düşür" - deputat
Bu gün, 04:07
“Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” - Ağ Ev
Bu gün, 03:59
'Financial Times' qəzeti heç yayılmayan siyasi detalları ortaya sərdi - Azərbaycan Putindən açıq etiraf tələb edir
Bu gün, 03:56
“City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ
Bu gün, 00:02
Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Dünən, 22:15
Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Dünən, 21:41
ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Dünən, 21:36
ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi
Dünən, 21:33
Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? - "Haber Global"
Dünən, 21:31
İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Dünən, 19:02
Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Dünən, 18:58
“Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:12
Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Dünən, 18:08
Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Dünən, 18:01
Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Dünən, 17:59
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Dünən, 17:50
Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Dünən, 17:46
Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Dünən, 17:44
Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Dünən, 17:39
Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Dünən, 17:36
Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Dünən, 17:31
"TikTok"er xanımlar həbs edildi
Dünən, 17:27
Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Dünən, 17:25
Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 17:20
Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Dünən, 17:17
“Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Dünən, 17:15
"Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Dünən, 17:13
Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Dünən, 17:10
DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Dünən, 17:06
Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Dünən, 17:01
Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Dünən, 16:54
AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Dünən, 16:53
Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Dünən, 16:49
Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Dünən, 16:37
Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Dünən, 16:32
Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:24
Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:18
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Dünən, 16:15
Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Dünən, 16:14
İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Dünən, 16:11
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Dünən, 16:10
İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Dünən, 16:00
Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Dünən, 15:58
MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 15:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru