ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir .....                     Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur .....                     Ermənistanla səfirliklərin açılması .....                     4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib .....                     Kredit daha çox hansı sektora yönəlib? .....                     Diplomların tanınmaması normaldır... .....                     “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? .....                     Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı .....                     AZAL-dan MATƏM PAYLAŞIMI .....                     “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” .....                     Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ .....                     Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib .....                     "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" .....                     Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... .....                     Təyyarə qəzasından sağ çıxan şəxs: .....                     “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü .....                     Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub .....                     Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı .....                     Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR .....                     Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ .....                     Sədri dəyişən metropolitendə nə dəyişəcək? .....                     “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” .....                     Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... .....                     Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var .....                     Matəm günündə dərs olacaq? .....                     Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? .....                     Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... .....                     Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər .....                     Sabiq deputatı Fərhad Qəribov vəfat edib .....                     Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... .....                     Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir .....                     Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır .....                     67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub .....                     Dekabrın 26-da Azərbaycanda matəm elan edilib .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər .....                     Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq .....                     Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib .....                     Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır .....                     Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi .....                     Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır .....                 

Oliqarx-məmurların böyük pullar uğrunda acımasız savaşı başlayıb - Tibbi sığortaya ayrılacaq pullara kim nəzarət edəcək?
Tarix: 11-10-2014, 11:56 | Çap et
Oliqarx-məmurların böyük pullar uğrunda acımasız savaşı başlayıb
Tez-tez həkim səhlənkarlığına və xəstə şikayətlərinə şahidlik edirik. Hərdən həkim və pasiyent münasibətlərindəki gərginlik məhkəmə zallarına qədər gedib çıxır. Bəzən haqlı və haqsız tərəfi müəyyən etmək çətinə düşür. Belə anlaşılmazlıqların artmasında bir çox səbəblər var.
Ekspertlər əhalinin icbari tibbi sığortaya cəlb edilməsinin vacibliyini qeyd edirlər. Bu halda həkimlərin də işinə nəzarət güclənəcək, məsuliyyət hissi artacaq. Məlum olduğu kimi, “Tibbi sığorta haqqında” Qanun on beş ildir ki, ortada qalıb. İllərdir qanun qüvvəyə minsə də, onu reallaşdırmaq üçün zamanın yetişmədiyini deyirdilər. Son məlumatlara görə, 2015-ci ildən tədricən əhalinin tibbi sığortaya cəlb edilməsi işinə start veriləcək. Bundan sonra illərdir müzakirəsi ləngidilən digər vacib olan “Pasiyentlərin hüquqları haqqında” Qanunun da qəbulu gözlənilir.
Bir müddət əvvəl analitik.az xatırladıb ki, Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqları ölkə Konstitusiyasının müvafiq maddələrində öz əksini tapıb.
Eləcə də, 1997-ci ildən qüvvədə olan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda da hər kəsin sağlam həyat sürmək haqqının olduğu vurğulanır. Bütün bunlar əhalinin doğru tibbi xidmət almaq imkanları əldə etməsinə kifayət etmir. Nəticədə insanların çoxu həkimə etimadsızlıqdan əziyyət çəkir, bəziləri isə xarici ölkələrdə həkim axtarışına çıxırlar. Son illər məhkəmə çəkişmələrinin bir qismi xəstə və ya xəstə yaxınlarının hansısa həkimi ittiham etməsi ilə bağlıdır. Çox halda iddiaçı tərəflər haqsız duruma düşür və ya əksinə həkim, tibbi personalın işi dərin araşdırılmır. Bir sözlə, “təmiz” və təqsirkar tərəflərin ortaya çıxması uzanır. Halbuki, dünya praktikasında “malpraktis” adlı hüquqi termin işləyir. Bu termin həkim səhlənkarlığı, məsuliyyətsizliyini ehtiva edir. Başqa sözlə, təqsiri təsdiqlənən həkim mütləq cəzasını alır. Bu işindən uzaqlaşdırılmaq, fəaliyyətini məhdudlaşdırmaq, hətta həbs cəzası ilə yekunlaşa bilər. Həkim lazım gələrsə, maddi, mənəvi zərərin təzminatini da ödəməlidir. Yaxud, əksinə xəstə həkimi nahaqdan təqsirləndirirsə, onun da qarşı tərəfə külli miqdarda mənəvi zərər üçün pul ödəməsi qəbul olunub. Bizdə bu zamana qədər hər hansı həkimin ciddi cəzalandığının şahidi olmamışıq. Yalnız töhmət və müvəqqəti işdən azadolmalar haqqında eşitmişik. Məhz bu cəzasızlıq indiki özbaşnalıq və xəstələrin incidilməsinə gətirib çıxarır. Təkcə Səhiyyə Nazirliyinin nəzdində tibbi komissiya fəaliyyət göstərir. Onun da nə dərəcədə şəffaf işləməsi göz qabağındadır.
Hətta ölkə rəhbəri 2008-ci ildə Dövlət Tibbi Sığorta Ağentliyinin yaradılması barədə sərəncam da imzalayıb. Nəticə isə yoxdur. 6 il keçsə də, hələ də müvafiq agentliyin
harada yaranmasının mübahisələri gedir. Onun Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi nəzdində və ya müstəqil şəkildə fəaliyyət göstərməsi sual altındadır.
Tibbi sığortanın tətbiqi ilə bağlı araşdırmalar aparan iqtisadçı-ekspert Azər Mehdiyev bildirib ki, icbari tibbi sığortanın tətbiqi mürəkkəb mexanizmdir: “Buna baxmayaraq, tətbiqi vacibdir. İndi səhiyyə sistemindəki böhran, problemlər göz qabağındadır. Amma əhali tibbi sığortaya cəlb edilsə, bu, səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq. Həkim xəstə arasındakı problemlərin çözülməsini asanlaşdıracaq. Son illər Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər artıb. Vətəndaşlar üçün müalicə xərcləri həddindən artıq baha başa gəldiyi üçün, icbari tibbi sığortanın tətbiq olunması vacib amilə çevrilir. İcbari tibbi sığorta tətbiq olunarsa, dövlət büdcəsindən ayrılan vəsaitin səmərəliliyi baxımından çox vacib və əlverişli olar. İnsanlar istər dövlət xəstəxanalarında, istərsə də özəl xəstəxanlarda pulsuz xidmət əldə edə bilərlər. Müvafiq sığorta şirkətlərində xəstənin müalicə, müayinə prosesi sənədləşdirildiyindən, həkim məsuliyyəti, diqqəti də artmış olar”.
Ekspertin fikrincə, tibbi sığorta tətbiq olunarkən beynəlxalq təcrübə nəzərə alınmalı, həkimlərə sığorta təşkilatının nəzarəti olmalıdır: “Tibbi sığortanın növbəti ildən başlayaraq tətbiqi üçün proqnozlar müxtəlifdir. Birmənalı bilmək lazımdır ki, bu islahatlar çox mürəkkəb prosesdir. Bununla yanaşı, bir məsələ də var. İşləməyən əhali üçün icbari tibbi sığortanın ödənilməsi məsələləri tam olaraq
dəqiqləşdirilməyib. Hazırda söhbət yalnız işə götürənlərin əməkhaqqı fondunun icbari tibbi sığorta üçün ödənişlərindən gedir”.
Göründüyü kimi, tibbi sığorta məsələsinin reallaşması ilə bağlı hələ də cavabını gözləyən çoxsaylı suallar var. Bunların başında isə bu məsələ ilə məşğul olacaq qurumun necə fəaliyyət göstərəcəyidir.
Şübhəsiz, Şirəliyev həmin qurumun öz nazirliyinə tabe olmasını çox istəyərdi. Amma bu istəyin gerçəkləşib-gerçəkləşməyəcəyi ciddi şübhə altındadır. Əvvəla, hazırda bu məsələ Nazirlər Kabinetində müzakirə edilir və görünə odur ki, tibbi sığorta ilə bağlı ayrılacaq milyonlarla manatın kimin nəzarətində olmasına baş nazir Artur Rəsizadə qərar verəcək. Rəsizadənin qərarının necə olacağına dair isə konkret söz demək çətindir.
Digər tərəfdən, tibbi sığorta ilə bağlı maliyyənin ayrılmasında bir başqa önəmli nazirin - maliyyə naziri Samir Şərifovun da öz maraqlarının olduğu istisna edilmir. Bildirilir ki, Şərifov haqqında sərəncam verilməsinə rəğmən 6 ildir yaradılmayan qurumun Şirəliyevin nazirliyi tərkibində fəaliyyətinə sıcaq baxmır, bu qurumun müstəqil olmasını istəyir. Əks halda maliyyə nazirinin tibbi sığorta üçün lazım olan vəsaitin ayrılmasına asanlıqla icazə verməsi qeyri-real görünür.
Bir sözlə, ortada on milyonlarla manatın gələcək taleyi var, həmin pulun isə kimin nəzarətində olması məsələsinedə bəzi oliqarxların maraqları toqquşur. İstisna deyil ki, bu ilin sonu, yaxud gələn ilin əvvəllərində həmin maraqların toqquşmasından kimin qalib çıxacağı da məlum olsun.
\\ unikal.org \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Bu gün, 19:32
Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 19:09
Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Bu gün, 19:00
4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Bu gün, 18:58
Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Bu gün, 18:16
Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Bu gün, 18:04
“Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Bu gün, 17:52
Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Bu gün, 17:41
AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Bu gün, 17:31
“Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Bu gün, 17:21
Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Bu gün, 17:15
Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Bu gün, 17:13
"Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Bu gün, 17:06
Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Bu gün, 17:02
Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Bu gün, 16:57
“Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Bu gün, 16:46
Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Bu gün, 16:43
Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Bu gün, 16:40
Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Bu gün, 16:37
Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün, 16:33
Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Bu gün, 16:30
“İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Bu gün, 16:27
Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Bu gün, 16:22
Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Bu gün, 16:20
Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:19
Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Bu gün, 16:01
Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:59
Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Bu gün, 15:57
Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Bu gün, 15:55
Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Bu gün, 15:54
Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Bu gün, 15:51
Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Bu gün, 15:42
67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Bu gün, 15:41
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Bu gün, 15:33
AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Bu gün, 15:31
Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Bu gün, 15:27
Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Bu gün, 15:23
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Bu gün, 15:10
Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Bu gün, 15:08
Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Bu gün, 15:05
Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Bu gün, 15:04
32 nəfər sağdır, vəziyyəti ağır olanlar var
Bu gün, 14:50
Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb
Bu gün, 14:34
Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 14:20
Paşinyan qəza ilə bağlı başsağlığı verdi - FOTO
Bu gün, 14:16
Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
Paşinyan erməni cəmiyyətini çaşdırır - Belə getsə, 2028-ci ilədək sülh sazişi imzalanmayacaq
Bu gün, 14:00
Minlərlə manat yenə havaya sovrulub - AXI NİYƏ?..
Bu gün, 13:58
Pilot niyə təyyarəni Xəzərə endirmədi? - Üç səbəb
Bu gün, 13:11
Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur - Məktəbdənsə deyirlər ki...
Bu gün, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru