Qoşqar Təhməzli özü hansı yağdan istifadə edir? - Camaat heç... bizim canımız möhkəmdir...
Tarix: 1-06-2024, 09:10 | Çap et
Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdədir. “World Statistics” resursunun hesabatında belə deyilir. Dərc olunan cədvəldən görünür ki, ölkəmiz hər 100 min nəfərə 388 ölüm faktı ilə yalnız Tacikistandan geri qalır. O da cəmi bir ölüm faktı fərqi ilə. Tacikistanda bu göstərici 389-dur. Həkimlərin rəyinə görə, infarkt səbəbləri keyfiyyətsiz qidalar, yağlar, əsəb-stress, passiv həyat tərzi və başqa amillərdir. Təbii ki, əlavə faktorlar da sadalamaq olar. Lakin daha çox narahat edən məsələ qidalarımızın təhlükəsizliyi və keyfiyyətidir. Həkimlərin fikrincə, hazırda yediyimiz yağlar ürək-damar yollarının tutulmasına, tromba gətirib çıxarır. Çünki təmiz yağlar olmadığı üçün öz işini getdikcə görür və nəticədə infarkt baş verir. Bazarlarda isə müxtəlif adda, çeşiddə yağ məhsulları görmək olar. Anaxeber.info yazır ki, onlar ölkəyə necə idxal olunur, tərkibi yoxlanılırmı, təhlükəsizliyi hansı səviyyədədir, məlum deyil. Ona görə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xalqa yağ yerinə zəhər yedirir. Hazırda marketlərdə yağ satılan bölümə baxın, Rusiya, Yeni Zellandiya istehsalı adı ilə keyfiyyətsiz, ürək-damar yollarının tutulmasında "müstəsna" əməyi olan yağ məhsulları görmək olar. Onların qiymətinə baxanda məlum olur ki, əslində yağ yox, infarkt olmaq üçün əsl vasitədir. Hətta kilosu 17-18 manata satılan yağlar da Yeni Zellandiyadan idxal edilmiş təmiz kərə yağları deyil. Bunu dəfələrlə mütəxəssislər açıqlayıblar. Amma AQTA bu qorxunc vəziyyətlə bağlı heç bir iş görmür. Əksinə, qurum öz maraqları qarşılığında gömrükdən hər növ yağın idxalına göz yumur. Bu da bizi dünya reytinqində infarkta görə liderlər sırasına çıxarır. Maraqlıdır, AQTA sədri Qoşqar Təhməzli özü hansı yağdan istifadə edir? Görəsən, bu statistika onu narahat edibmi? Hazırda satışda kərə yağı, eləcə də günəbaxan yağları adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində markası ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır. Əsl yağ təəssüratı yaratsın deyə günəbaxan və kərə dadı qoxusu verilir. Bu cür trans yağlar Dövlət Gömrük Komitəsindən keçirilir, Dövlət Qida Agentliyinin (AQTA) laboratoriyalarında yoxlanılmır, nəticədə asanlıqla bazarlarda ayaq açır. Bu yağların adının açıqlanması ilə bağlı dəfələrlə AQTA-ya sorğu ünvanlansa da, müraciətimiz cavabsız qalıb. Bu isə onu deməyə əsas verir ki, hazırda ölkəmizdə istehsalçı hüquqları istehlakçı hüquqlarından üstün tutulur. Qida təhlükəsizliyin təmin edilməsinin bir yolu da təhlükəli qidalara istehsal edən firmaların adının açıqlanmasıdır. AQTA bunu da etmir. Bu, bizə ittiham etməyə əsas verir ki, AQTA təhlükəli qidalara istehsal edən sexlərdən, müəssisələrdən haqq yığırlar, sonra da əhaliyə bəyan edirlər ki, təhlükəli qidalar var, özünüzü gözləyin. İstehlakçı özünü hansı üsulla qorumalıdır? Qurum bu yolları da göstərmir. Xatırladaq ki, AQTA sədri Qoşqar Təhməzli satışa çıxarılan keyfiyyətsiz yağların tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin aşkar olunduğunu demişdi. O, Azərbaycanda 12 adda yağın tərkibində trans yağların miqdarının normadan yuxarı olduğunu açıqlayaraq, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz Regional bölmələrində 32 adda müxtəlif yağın ekspertizaya cəlb olunduğunu demişdi. Amma adlarını açıqlanmamışdı. Qoşqar Təhməzlinin nə marağı var ki, siyahını yaymadı? Deməli, mənfəət, sövdələşmə əhalinin infarkt olmasından daha vacibdir. Odur ki, adı qida təhlükəsizliyi ilə bağlı olan agentliyə bu məsələdə güvənmək, qida təhlükəsizliyimizi etibar etmək olmaz. Ümumiyyətlə, həmin yağların ürək-damar xəstəlikləri, infarkta yol açması ilə məhdudlaşmaq olmaz. AQTA sədri bilir ki, həm də bu məhsullar onkoloji xəstəliklərə xidmət edir. Bu sırada palma yağları xüsusi rol oynayır. Bir sözlə, AQTA ölkədə qida təhlükəsizliyinə və keyfiyyətə nəzarətdə sıfır səviyyədədir. Ümid Allaha qalıb, gərək özümüzü necəsə qoruyaq. Çünki bu qurumun və sədrinin başı biznesə qarışıb...
Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Bu gün, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Bu gün, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Bu gün, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Bu gün, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Bu gün, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
|