Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... .....                     Təyyarə qəzasından sağ çıxan şəxs: .....                     “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü .....                     Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub .....                     Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı .....                     Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR .....                     Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ .....                     Sədri dəyişən metropolitendə nə dəyişəcək? .....                     “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” .....                     Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... .....                     Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var .....                     Matəm günündə dərs olacaq? .....                     Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? .....                     Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... .....                     Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər .....                     Sabiq deputatı Fərhad Qəribov vəfat edib .....                     Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... .....                     Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir .....                     Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır .....                     67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub .....                     Dekabrın 26-da Azərbaycanda matəm elan edilib .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər .....                     Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq .....                     Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib .....                     Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır .....                     Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi .....                     Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır .....                     Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər .....                     32 nəfər sağdır, vəziyyəti ağır olanlar var .....                     Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb .....                     Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... .....                     Paşinyan qəza ilə bağlı başsağlığı verdi .....                     Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ .....                     Paşinyan erməni cəmiyyətini çaşdırır .....                     Minlərlə manat yenə havaya sovrulub .....                     Pilot niyə təyyarəni Xəzərə endirmədi? .....                     Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur .....                     Trampın pis avazı, 4 ölkəyə qarşı iddia .....                     AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb .....                     Təyyarəmiz Qroznıya Ukrayna dronlarına görə ENƏ BİLMƏYİB? .....                 

Bura səhiyyə ocağıdır, yoxsa?.. - İTTİHAM
Tarix: 15-02-2020, 10:16 | Çap et
Bura səhiyyə ocağıdır, yoxsa?..
Bu gün ölkə ictimaiyyətini ən çox narahat edən və düşündürən məsələlərdən biri də, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yaşanan biabırçı problemlərin varlığıdır. Çünki, adı çəkilən bu səhiyyə müəssisəsində yaşananlar, məhz bura üz tutan hər kəsə həm fiziki, həm də mənəvi təsir göstərir. El arasında “Respublikanski xəstəxana” adı ilə daha çox tanınan bu səhiyyə müəssisəsi, hal-hazırda ölkəmizin ən böyük müalicə müəssisələrindən biri hesab olunur. Buna baxmayaraq, Telman İbadovun baş həkim olduğu bu xəstəxanada elə bir idarəçilik həyata keçirilir ki, baş verənləri kənardan görüb-eşidən hər kəs, sanki “ahvay” çəkməli olur. Yəni uzun illərdir ki, bu şəxsin rəhbərliyi altında fəaliyyət göstərən Klinik Xəstəxanada “bazar qanunları” hökm sürməkdədir. Adicə bir faktı qeyd edək ki, xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət növü baş alıb gedir. Məsələn, liftlə minmək üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməli olursan. Xəstəni qəbul şöbəsinə çatdırdınsa, demək “əlin cibində” olmalıdır. Əgər “əlin cibində” olmadısa, o halda “bəxtin gətirməyəcək”. Çünki, baş həkim Telman İbadovun və baş həkimin müavini Mahir Babayevin birbaşa diktəsi ilə oturub-duran qəbul şöbəsinin əməkdaşları, xəstəni qəbul etmək üçün xeyli “fırlatmalı olacaqlar”. Əgər uzun çəkçevirdən sonra xəstə xəstəxanaya qəbul olundusa, o halda həmin xəstə lazımi şəraiti olmayan, xəstələrin daha çox sıxlıq təşkil etdiyi palataya yerləşdiriləcək. Elə ki, şöbənin müdirinə az-çox “görüm-baxım” edirsən, o halda bəslənilən münasibət 180 dərəcə bucaq altında dəyişəcək. “Tappıltı-guppultu” isə, xəstə palataya yerləşdirildikdən sonra başlayır. Yəni dövlət səhiyyə müəsssəsi olmasına baxmayaraq, bu gün M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası “kolxoz bazarı”na oxşayır və burada əməlli-başlıca “bazar qanunlar” hökm sürür. Belə ki, şöbə müdirindən tutmuş həkimə, tibb bacısına, hətta təmizlik işləri ilə məşğul olan xadiməyə də “hörmət etməlisən” ki, xəstənin sifətinə “gün doğa bilsin”. Xəstələrə verilməli olan dərman preparatlarının “qeybə çəkilməsi”, büdcədən ayrılan vəsaitlər hesabına alınan ərzaqla təminatın sıfır həddində olması və s. onu sübut edir ki, baş həkim Telman İbadovun idarəçiliyi dözülməz həddə çatıb.
Respublika Klinik Xəstəxanasında “bazar qanunları” hökm sürür
Məsələnin düşündürücü tərəfi odur ki, səhhətində müəyyən problemi olan və yaxın-uzaq məsafədən bu xəstəxanaya üz tutan xəstə həkimə “şifahi ödəniş” etməlidir ki, problemi haqda şifahi məlumat da əldə edə bilsin. Sözsüz ki, bütün bu kimi “oyun qaydaları”nın başında Telman İbadov və müəyyən səlahiyyətlərə sahib olan Mahir Babayev dururlar. Bir faktı da qeyd edək ki, çox zaman baş həkim iş başında tapılmır, ona görə də idarəçiliyi Mahir Babayev həyata keçirməli olur. Bütün bunlardan əlavə, xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz keçinmək olmur. Yəni, xəstəxananın həyətinə daxil olan avtomobillərin hər birindən 1-2 manat məbləğində “xərac alınır”.
Respublika Klinik Xəstəxanasında yaşanan ən biabırçı olaylar, daha çox reanimasiya şöbəsində baş alıb gedir. Yəni, qanunla kənar şəxslərin bu şöbəyə daxil olmaları qadağan olunsa da, axşam saatlarında adı çəkilən bu şöbə sanki “kolxoz bazarı”na oxşayır. Belə ki, kimin pulu varsa və ürəyi nə vaxt istəsə reanimasiya şöbəsindəki xəstəsinə baş çəkə bilər. Belə bir addıma görə icazə verilməsinin bazar qiyməti 5-10 manat müəyyən olunub. Elə ki, bu şöbədə yatan xəstənin həkiminə rüşvət vermədin, o halda xəstə baxımsız qalacaq, hətta xəstənin dünyasını dəyişməsi halı da baş verə bilər. Ən pis, ən faciəli halın varlığı isə, reanimasiya şöbəsində dünyasını dəyişmiş xəstənin yaxınlarından rüşvət tələb olunması olur. Yəni, bu şöbədə elə bir ab-hava formalaşıb ki, meyiti reanimasiya şöbəsindən buraxmaq üçün də, şöbə əməkdaşları “haqq-hesab” tələb edirlər. Meyitin ünvana çatdırılması üçün təcili tibbi yardım əməkdaşlarının tələb etdikləri “haqq-hesab”ın göstəricisi isə, nə yerə, nə də göyə sığır. Bir sözlə, Respublika Klinik Xəstəxanasının ödənişli səhiyyə müəssisələrindən heç bir fərqi yoxdur. Sadəcə olaraq, adında bir fərq var ki, o da bu xəstəxananın dövlət xəstəxanası olmasıdır.
Respublika Klinik Xəstəxanasında “bazar qanunları” hökm sürür
Toxunacağımız başqa faktların varlığını da qeyd edək ki, bu xəstəxananın ultrasəs müayinəsi aparıldığı kabinetində konkret qiymətlər müəyyən olunub. Məsələn, zobdan müayinə olunmaq üçün 15-20 manat, qadınlarda daxili orqanların kompleks müayinəsi 100 manat, qanın ümumi analizi 10 manat, qanda qlükozanın müəyyən olunması 5 manat, sidiyin ümumi analizi 8 manat, böyrək analizləri 35 manat, QİÇS analizi 10 manat, adi həkim müayinəsi 20-25 manat, ginekoloji yoxlanma 50 manat, döş qəfəsinin rentgen olunması üçün 15-25 manat, daxili orqanların ümumi müayinəsi üçün isə, təqribən 160 manat ödəmək lazım gəlir.
Respublika Klinik Xəstəxanasının nəzdində fəaliyyət göstərən doğum şöbəsi də, bu gün ən böyük soyğunçuluq ünvanlarından biri hesab olunur. Bu şöbədə haqq-ədalət anlayışından heç bir halda əsər-əlamət yoxdur. Hər kəsə güntəki aydındır ki, bu şöbədə müdir vəzifəsini daşıyan Zəhra Abbasova, baş həkim Telman İbadovdan və müavin Mahir Babayevdən aldığı təlimatlar əsasında fəaliyyətini davam etdirir ki, bu da çoxsaylı xəstələrin “qanı bahasına” başa gəlir. Adicə bir faktı qeyd edək ki, şöbənin gözləmə otağında yeni körpənin dünyaya gəlişini gözləyənlərin əhval-ruhiyyəsində sevinc hissindən daha çox, sanki daha çox narahatlıq hiss olunmaqdadır. Tam əksəriyyət şöbə müdirini Zara xanım deyə tanıyır və adı çəkilən bu xanımın müəyyən etdiyi qiymət cədvəli isə, birbaşa hər kəsin narahatçılığına səbəb olan halın varlığı olur. Məsələn, bu doğum şöbəsində qeysəriyyə əməliyyatı olunan xəstələrin yaxınları Zara həkimin müəyyən etdiyi “büdcə”yə təqribən 800-1200 manat məbləğində pul ödəməlidir ki, arzusunu “çin edə bilsin”. Qeysəriyyə əməliyyatından, yaxud da təbii doğuşdan sonra nisbətən rahatlığı təmin olunan palatada qalmaq üçün xəstənin yaxınları əlavə 50-100 manat məbləğində pul ödəməyə də məcbur edilirlər. Xəstənin sahibləri xəstə qeysəriyyə əməliyyatı olunmazdan öncə də, xeyli məbləğdə xərcə düşməli olurlar. Yəni, xəstə əməliyyat olunmazdan əvvəl onun yaxınlarına dərmanların, preparatların, sarğı materiallarının və s. alınması üçün bir siyahı verilir. Verilmiş siyahıda yoddan tutmuş rezin əlcəklərə qədər hər şeyin alınması nəzərdə tutulur. Halbuki bütün bunlar xəstələrə pulsuz verilməli olsa da, bunların heç biri verilmir. Əldə etdiyimiz məlumatlara görə, bu şöbədə bir ananın gündəlik xərci təqribən 20-25 manat civarında olur. Belə ki, şöbədəki uşaq həkiminə, gündəlik uşağa baxan növbətçi tibb bacılarına mütləq “haqq-hesab” çatmalıdır. Əgər belə bir addım atılmazsa, o halda uşağa yaxşı qulluq göstərməyəcəklər. Bundan əlavə, xəstələrin qaldıqları otaqları təmizləyən, yaxınlarının evdən gətirdikləri yemək çantasını xəstələrə çatdıranlara da, mütləq hörmət olunmalıdır. Belə bir işə görə müəyyən olunmuş məbləğin 3-5 manat arasında olduğu bldirilir. Söylənilənlərə görə, verilən xırda “haqq-hesab”ların Zara xanıma aidiyyatı olmasa da, əslində o, bütün işçilərindən gündəlik haqq alır. Onu da qeyd edək ki, çox zaman Zara xanım müştərilərə “VİP xidmət” də təklif edir. Belə ki, adi palatadan fərqli olaraq əgər otaqda soyuducu və televizor varsa, ayaqyolu cəmi iki palata üçün nəzərdə tutulubsa, o halda həmin otaq “lüks otaq” hesab olunur və qiyməti də fərqli olur. Xəstəxananın cərrah həkimi olan Çinarə xanımın atdığı addımlar da nə yerə, nə də göyə sığası məsələdir. Çünki, adı çəkilən bu xanıma “haqq-hesab” verilmədisə, o halda o, düşünüb-daşındığı addımını atır. Atdığı addımlar günah iş olsa da, o, Allahdan belə qorxmur.
Ümumiyyətlə, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verən, həddi-hüdudu bilinməyən çoxsaylı qanunsuzluqların varlığı onu sübut edir ki, bir növ “cəngəllik qanunları” ilə idarə olunan bu səhiyyə müəssisəsindən geninə-boluna yazmaq olar. Fakt budur ki, Klinik Xəstəxanada cərəyan edən hadisələrin hər birindən tam əksəriyyətin məlumatı var. O halda sual oluna bilər ki, görəsən bu cür biabırçılıqların, hər cür rüsvayçılıq hallarının qarşısını almaq üçün, daha nə qədər gözləməliyik ki, belə bir bəlalardan xilas ola bilək? Xəstəxananın 73 yaşlı baş həkim Telman İbadovla bərabər, müavin vəzifəsini daşıyan Mahir Babayev də, bu gün olduqca axrayınçılıq nümayiş etdirməkdədirlər. Onlar problemləri həll etmək əvəzinə, problemlərin üstünə yeni-yeni problemlər əmələ gətirməklə məşğul olurlar. Xəstəxananın həyətində fəaliyyət göstərən yeməkxanada baş verən minbir hoqqalar da, unudulması mümkün olmayan məsələlərdəndir.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxananın “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması, faktiki qiymətlərin “kəllə-çarxa” qalması ilə nəticələnib. Bir sözlə, bu səhiyyə müəssisəsi hal-hazırda ifrat dərəcədə xoşagəlməz olayların girdabında boğulmaqdadır. Bu kimi halların varlığına baxmayaraq, hələ də bu səhiyyə müəssisəsindəki saysız-hesabsız problemlərin, xoşagəlməz olayların varlığı, xəstəxananı inhisarında saxlayan rəhbərliyin və digər vəzifə sahiblərinin maraqlarına cavab verməkdədir. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Araşdırmamız davam edəcək.
http://aktualxeber.az/









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Bu gün, 17:02
Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Bu gün, 16:57
“Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Bu gün, 16:46
Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Bu gün, 16:43
Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Bu gün, 16:40
Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Bu gün, 16:37
Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün, 16:33
Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Bu gün, 16:30
“İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Bu gün, 16:27
Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Bu gün, 16:22
Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Bu gün, 16:20
Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:19
Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Bu gün, 16:01
Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:59
Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Bu gün, 15:57
Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Bu gün, 15:55
Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Bu gün, 15:54
Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Bu gün, 15:51
Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Bu gün, 15:42
67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Bu gün, 15:41
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Bu gün, 15:33
AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Bu gün, 15:31
Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Bu gün, 15:27
Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Bu gün, 15:23
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Bu gün, 15:10
Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Bu gün, 15:08
Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Bu gün, 15:05
Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Bu gün, 15:04
32 nəfər sağdır, vəziyyəti ağır olanlar var
Bu gün, 14:50
Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb
Bu gün, 14:34
Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 14:20
Paşinyan qəza ilə bağlı başsağlığı verdi - FOTO
Bu gün, 14:16
Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
Paşinyan erməni cəmiyyətini çaşdırır - Belə getsə, 2028-ci ilədək sülh sazişi imzalanmayacaq
Bu gün, 14:00
Minlərlə manat yenə havaya sovrulub - AXI NİYƏ?..
Bu gün, 13:58
Pilot niyə təyyarəni Xəzərə endirmədi? - Üç səbəb
Bu gün, 13:11
Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur - Məktəbdənsə deyirlər ki...
Bu gün, 13:07
Trampın pis avazı, 4 ölkəyə qarşı iddia - Bu gedişlə ABŞ “dünya jandarmı” olmaq istəyəcək
Bu gün, 13:04
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb - DİQQƏT!
Bu gün, 13:01
Təyyarəmiz Qroznıya Ukrayna dronlarına görə ENƏ BİLMƏYİB? - AÇIQLAMA
Bu gün, 13:00
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb - məsələlər dövlət başçısının nəzarəti altındadır
Bu gün, 12:57
AZAL sərnişinlərin siyahısını açıqladı
Bu gün, 12:55
Azərbaycanda diplomu tanınmayan universitetlərin siyahısı AÇIQLANDI
Bu gün, 12:48
Etibarsız “ELVİ.M.M. SERVİCES GROUP” MMC-yə 2,7 milyon manatı kimlər və necə etibar etdilər - İLGİNC FAKTLAR...
Bu gün, 12:41
Jest olaraq "Legend Motors"un adını avtomobilin üzərinə yapışdırıb - Azər Zahidin proqramına sponsorluq etdiyi deyilən şirkətdan AÇIQLAMA
Bu gün, 12:38
İlham Əliyev qəzaya düşən təyyarəmizlə bağlı TAPŞIRIQ VERDİ - Qazaxstana xüsusi heyət YOLA DÜŞDÜ
Bu gün, 12:32
Ermənistana göndərilən 250 milyonluq kokain kimindir? - “Joqovurd”
Bu gün, 12:30
AZAL təyyarəsinin qəzası: ölənlərin sayı açıqlandı - Xəsarət alanlardan 3-ü uşaqdır
Bu gün, 12:27
Kadırov qəzadan danışdı - TASS
Bu gün, 12:19
"Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!" - Mehriban Əliyeva
Bu gün, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru