“Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü .....                     Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub .....                     Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı .....                     Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR .....                     Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ .....                     Sədri dəyişən metropolitendə nə dəyişəcək? .....                     “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” .....                     Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... .....                     Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var .....                     Matəm günündə dərs olacaq? .....                     Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? .....                     Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... .....                     Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər .....                     Sabiq deputatı Fərhad Qəribov vəfat edib .....                     Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... .....                     Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir .....                     Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır .....                     67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub .....                     Dekabrın 26-da Azərbaycanda matəm elan edilib .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər .....                     Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq .....                     Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib .....                     Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır .....                     Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi .....                     Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır .....                     Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər .....                     32 nəfər sağdır, vəziyyəti ağır olanlar var .....                     Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb .....                     Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... .....                     Paşinyan qəza ilə bağlı başsağlığı verdi .....                     Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ .....                     Paşinyan erməni cəmiyyətini çaşdırır .....                     Minlərlə manat yenə havaya sovrulub .....                     Pilot niyə təyyarəni Xəzərə endirmədi? .....                     Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur .....                     Trampın pis avazı, 4 ölkəyə qarşı iddia .....                     AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb .....                     Təyyarəmiz Qroznıya Ukrayna dronlarına görə ENƏ BİLMƏYİB? .....                     Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb .....                     AZAL sərnişinlərin siyahısını açıqladı .....                 

Keçmiş başçının zülmü hələ də davam edir... - GİLEY
Tarix: 27-01-2020, 09:41 | Çap et
Keçmiş başçının zülmü hələ də davam edir...
“Zərdab rayonunun keçmiş icra başçısı Lütvəli Babayevin sifarişi ilə oğlum tutulub. O, neqativ halları yazıb, işıqlandırırdı. O, rayonda bir mağazadan yazmışdı, İqtisadi İnkişaf Nazirliyindən yoxlama gətizdirmişdi. Mağaza da Lütfəli Babayevin çıxdı”.

Bu sözlər “Hürriyyət”in redaksiyasına gəlib, şikayət edən Zərdab rayonu, Çallı kənd sakini Məmmədov Tehran Cəlil oğluna məxsusdur.

T. Məmmədovun sözlərinə görə, mağazada vaxtı keçmiş mallar satılırmış: “Oğlum Qənimət də bu barədə İqtisadi İnkişaf Nazirliyinə yazıb, yoxlama gətizdirmişdi. Brinci yoxlama gəlir, oğluma zəng edirlər ki, “bəli, şikayətiniz təsdiqini tapdı”. Çünki həmin səs yazısı telefona düşmüşdü. Oğlum 1-2 gündən sonra maraqlanır ki, şikayətin axırı nətəhər oldu, mağazanı nə qədər cərimə etdiniz? Nazirlikdən gələn deyir ki, biz orada heç nə tapmadıq. Oğlum yenidən nazirliyə müraciət edir, ikinci yoxlama gəlir. Oğlumda səs yazısı olduğu üçün icra hakimiyyətinə çağırırlar. İkinci dəfə yoxlamaya gələn deyir, bunda səs yazısı var, ya bunun səsini kəsin, ya da şikayətini geri götürsün, yoxsa mümkün deyil, yazacaq. Mağazanı işlədənlə orada bir-birini acılayıb çıxırlar. Oğlum çıxandan sonra icra başçısı yumruğu stolun üstünə vurur ki, bunu yarım saatın içində içəri atın. Uşaq da orada çıxıb heç evə çatmamış yolda götürürlər”.

“Oğlum həmin mağazadan mal almışdı, bir az uşaqlarına şirniyyat, enerji suyu almışdı, vaxtı keçən enerji suyu idi. O, özü enerji suyunu içmədi, yanında oturub içən adamda problem yarandı. Bu da səhəri enerji suyunu götürüb mağazaya gedib. Satıcı bunu acılayıb, bu da acıqla İqtisadi İnkişaf Nazirliyinə şikayət edib”-deyə şikayətçi əlavə etdi.

T. Məmmədov qeyd etdi ki, oğlu tutulandan sonra 3 gün polis idarəsinə gedib-gəlib, amma ona niyə tutulduğunu deməyiblər:“Bu 3 gün müddətində dekabr, yanvar, fevral ayında oğlumun sosial şəbəkədə olan paylaşımlarını işə əlavə ediblər. Bir apteki qanunsuz dərman satdığına görə, oğlum Səhiyyə Nazirliyinə yazıb, 2500 manat cərimə etdirmişdi. Bu da istintaqın içində var. Biri bazar idi ki, antisanitariyanı çəkib qoymuşdu, biri də benzin kolonka idi. Uşaq bunlar sosial şəbəkədə yaymışdı. Oğlum ucarlılarla “Uçar region xəbər” də işləyirdi. Uşaq tutulandan sonra polis 5 nəfəri yığır, bunlar uşağın üzünə durur ki, guya, o, hədə-qorxu ilə pul tələb edib. Deyib ki, “pul verməsəniz, sosial şəbəkəyə çəkib qoyacam”. Halbuki, benzin kolonka sahibi Mütəşəkkil Cinayətkarlığa qədər gəlib çıxıb, o, orada elə bir izahat verməyib ki, məndən pul tələb etdi. Apteki cərimə etdirib, cərimə etdiribsə, səndən niyə pul tələb edir? Bazar məsələsində rayon məhkəməsinə düşüblər, bir-birinə iddia ərizəsi yazıblar. Amma polisə gələnlər davamlı 2-3 ay uşağın üzünə şahid durublar ki, bizdən pul tələb etdi, amma “pul vermişəm” deyən də yoxdur. Götürüb, oğlumun adına mağazanın nisyə dəftərinə 200 manat borc yazıblar, guya, ərzaq alıb. Biz də rayonda yaşamırıq. Rayonla bizim kəndin arası 13 kilometrdir. Mənim kəndimdə mağaza da, market də var. Mənə nə düşmüşdü ki, oğlum gedib tanımadığı adamdan nisyə mal götürürdü? Bax, beləcə oğlumu şərlədilər. Guya, oğlumdan 200 manat borcunu tələb ediblər, oğlum da ona görə İqtisadi İnkişaf Nazirliyinə yazıb”.

Oğlu tutulandan sonra müstəntiqin yanına getdiyini bildirən T. Məmmədov nəzərə çatdırdı ki, müstəntiq mağazanın 200 manat borcunu istəyib: “Dedim, nə 200 manat? Dedi, oğlunuz nisyə mal götürüb. Dedim, əvvala, evin bazarlığını mən edirəm, uşaq evə nəsə almır. Bir də ki, mən heç kənddəki mağazadan nisyə mal almıram. O kimdir ki, tanımaya-tanımaya bizə bu qədər mal verir? Özü də oğlum tutulandan 3 ay sonra. Müstəntiqə dedim, əvvəl siz o dəftərə baxmısınızmı? Dedi, yox. 3 aydan sonra gedib dəftərin şəklini çəkib. Dedim, mən bu 3 ayda roman yazardım. Oğlum müstəntiqdən də, rəisdən də yazırdı. Ona görə, bunların maraqları üst-üstə düşdü. Oğluma 282.2.2-ci maddəni tətbiq etdilər, yəni hədə-qorxu ilə pul tələb etmə”.

Oğlunun 2018-ci il mayın 11-dən həbs olunduğunu diqqətə çatdıran T. Məmmədov dedi ki, 1 il 8 aydır uşaq içəridə yatır: “Bu müddətdə 2 dəfə apellyasiya məhkəməsi olub. Ali Məhkəmə işi ləğv etdi ki, düz baxılmayıb, işə ədalətsiz baxılıb, sübuta yetirilməyən cinayətə belə maddə qoyulub. İşi təzədən Apellyasiya Məhkəməsinə qaytardılar. Apellyasiya Məhkəməsi 2019-cu il dekabrın 12-də yenə qərarı təsdiq etdi, oğluma 5 il iş kəsildi. Yazmadığım yer yoxdur. Çünki bu işin dalında duran var. Oğlum çıxsa, onların üzünə söz gələcək ki, günahsız tutdurubsunuz. İndi yenidən Ali Məhkəməyə vermişik. Allah kömək olsun, birinci dəfə Ali Məhkəmədə Asif Nəsibov idi, ədalətli bir hakimdir. O, işi ləğv etmişdi. Allaha yalvarıram, yenə oğlumun işi ona düşsün”.

T. Məmmədov bu işlə əlaqədar oğlunun işlədiyi uşaqlardan da şikayət etdi: “Oğlumun iş yoldaşları Fuad Hüseynov, Azər, Fərhad Məmmədov dedilər ki, Bakıda danışmışıq, 20 minə bəraətlə uşağı çıxardacaqlar. Bizə dedilər ki, yarı pulunu biz qoyaq, yarı pulunu sən qoy. Mənim də qapımda heyvanım var idi. 39 baş heyvanı satdım. Mənə tələ qurdular. Dedilər 10 mini düzəlt, gəlib axşam saat 7-də götürəcəyik. Sonra Fərhad zəng etdi ki, sən heç olmasa 8 mini düzəlt, 2 mini Fuada düzəltdirəcəm. 7 min pul düzəltdim. Qoyunu da, qızılları da satdım, Fərhada verdim ki, səni tanıyıram, pulu sənə verirəm. Guya, mənimlə uzaq qohumdur. Fərhad də saydı, Azərə verdi. Dedi ki, burada 7 mindir 10 min olmalıydı. Dedim, düzəltdiyim budur. Yoldaşıma da dedim ki, boyunbağınla, bilərziyini də gətir. Yoldaşım gətirdi, bir də gəlinin üzüyü var idi, pulun üstünə qoydu. Guya, bunların qeyrəti götürmədi. Fuad Hüseynov qızılı itələdi ki, yox, ayıbdır. 7 mini götürdülər, getdilər. Səhəri Fərhad mənə zəng etdi ki, o axşamkı qızıllar durur? Dedim, gecə qızıl satanam, əlbəttə, durur. Dedi, onu sat, pulu Fuada ver. Deyir, 10 min olmasa, pulunu gəlsin, götürsün, uşağını özləri qurtarsın. Səhər gətirdim Ucarın bazarında qızılı 1500 manata satdıq. Uçar Rayon Bələdiyyə binasının qabağında Azər qabağımıza çıxdı, pulu ona verdik. Bu 2019-cu il oktyabrın 9-da olub, oktyabrın 7-də isə 7 min aparıblar. Axşam Fərhad bir də zəng etdi ki, onlar 1500 manat tələb edir. Mən 8500 vermişdim. Dedim, vallah yoxdur. 6 qoyunum qalıb, onu da satım verim. Allahdan olan kimi Ağcabədidən alverçilər oldu, 6 qoyunu da 900 manata, dəyər-dəyməzə verdim. 100 manat da qonşudan aldım. Mən getmədim, yoldaşıma verdim, Ucarda “Access Bank”ın qabağında Azərə vermək üçün getdi. Azər özü gəlməyib, orada telefon maqazinində tanışı işləyir, onu göndərib. Yəni artıq özlərini çox göstərməməyə başladılar. 1000 manatı da o apardı. Təzədən Azərlə zəngləşdik ki, pul sənə çatdımı? Dedi, bəli. Cəmi 9500 pul verdim. Geridə qalan 500 manat üçün də 5 gün zəng etdilər ki, onu da gətir”.

T. Məmmədov birinci apellyasiya məhkəməsində görüb ki, aldanıb: “Bunlar heç kimə tapşırmayıb, uşaq da içəridə yatır. Gəldik, bunlara dil açdıq, yalvardıq ki, uşaq əlli-ayaqlı gedir, pulu verin, özüm adam tapım. Tamam boyunlarından atdılar ki, bizə pul verməmisən. Dedilər, bizə nə vaxt pul vermisən? Guya, ancaq 1500 manat vəkilin pulunu vermişəm. Noyabrın 20-si günü Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Prezident Aparatına Fuad Ələsgərova və öz rayonumuza polis idarəsinə şikayət ərizəsi yazdım, poçtla göndərdim. Deyəsən, poçtda işləyən Fərhada dedi ki, bu kişi şikayət ərizələrini göndərdi. Həmin gün axşam məndən şikayət ərizəsi yazıb, stolun üstünə qoyurlar ki, guya, mən qoyunu satıb, talan etmişəm. Çünki qoyun gedəndə qonşular görüb, axı. Bundan qaça bilməzdilər, amma pulu sübut edə bilmədim. Məni polis şöbəsinə çağırdılar, gördüm, məni dindirirlər. Dedim, dayanın, siz nə etmək istəyirsiniz, şikayəti mən vermişəm. Dedi, nə şikayət? Bu adam axşam gəlib bura səndən şikayət verib. Çıxartdım cibimdən 4 dənə çeki atdım, dedim, baxın, mən şikayət ərizələrini hara göndərmişəm. Məni orada şərləyirdilər, mənim canımı qurtaran o çeklər oldu. Yoxsa sırf şərləyib, məni tutdururdular. Bunları çağırdı ki, bu yazıq kişini dələduzluq edib soyublar, özü də gəlib, şikayət edir. Məni Zərdab rayon prokurorluğuna göndərdilər, orada izahat verdim, onların telefon nömrələrini verdim, xahiş etdim ki, bu tarixdə olan danışıqları gedin çıxardın, görün, mən haqlıyam, ədalətliyəm, yoxsa məni şərləyirlər? Bunlar öz marağına çıxartdılarsa da, çıxartmadılarsa da, bilmədim”.

“Oğlum içəridən Baş Prokurorluğa yazdı. Baş Prokurorluq da işi “Bandotdel”ə yönəltdi. Məni bura çağırdılar, gəldim, yenə həmin izahatımı verdim. Yenə orada telefon nömrələrini verdim, tarixi də yazdım, xahiş etdim ki, telefon danışıqlarını çıxardın. Nətəhər olur ki, mənim oğlumun 6 ay qabaq olan danışıqlarını çıxardıb gətirdilər, amma mənim onlarla danışıqlarımı çıxartmadılar. 4 aydan sonra mənə Uçar Rayon Prokorluğundan kağız gəldi ki, işdə cinayət tərkibi olmadığına görə işə xitam verildi, məhkəməyə müraciət edə bilərsiniz. Daha nə müraciət edim, telefon danışığını rədd etdiniz”,-deyə şikayətçi nəzərə çatdırdı.

T. Məmmədov onu da diqqətə çatdırdı ki, oğlu ikinci qrup əlildir: “Mədə bağırsağı yoxdur, türməyə pəhriz daşımaqdan ölmüşəm, yoxsa indiyə qədər orada ölərdi. 15 gündən bir yeməyini gətirirəm. 3 körpə uşağı var, çıxılmaz vəziyyətdə qalmışam, bilmirəm, o körpələri saxlayım, yoxsa türməyə yemək daşıyım. Dəfələrlə sosial yardıma sənəd göndərdim, imtina yazdılar”.
Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Bu gün, 16:46
Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Bu gün, 16:43
Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Bu gün, 16:40
Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Bu gün, 16:37
Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün, 16:33
Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Bu gün, 16:30
“İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Bu gün, 16:27
Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Bu gün, 16:22
Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Bu gün, 16:20
Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:19
Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Bu gün, 16:01
Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:59
Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Bu gün, 15:57
Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Bu gün, 15:55
Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Bu gün, 15:54
Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Bu gün, 15:51
Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Bu gün, 15:42
67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Bu gün, 15:41
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Bu gün, 15:33
AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Bu gün, 15:31
Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Bu gün, 15:27
Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Bu gün, 15:23
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Bu gün, 15:10
Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Bu gün, 15:08
Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Bu gün, 15:05
Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Bu gün, 15:04
32 nəfər sağdır, vəziyyəti ağır olanlar var
Bu gün, 14:50
Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb
Bu gün, 14:34
Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 14:20
Paşinyan qəza ilə bağlı başsağlığı verdi - FOTO
Bu gün, 14:16
Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
Paşinyan erməni cəmiyyətini çaşdırır - Belə getsə, 2028-ci ilədək sülh sazişi imzalanmayacaq
Bu gün, 14:00
Minlərlə manat yenə havaya sovrulub - AXI NİYƏ?..
Bu gün, 13:58
Pilot niyə təyyarəni Xəzərə endirmədi? - Üç səbəb
Bu gün, 13:11
Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur - Məktəbdənsə deyirlər ki...
Bu gün, 13:07
Trampın pis avazı, 4 ölkəyə qarşı iddia - Bu gedişlə ABŞ “dünya jandarmı” olmaq istəyəcək
Bu gün, 13:04
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb - DİQQƏT!
Bu gün, 13:01
Təyyarəmiz Qroznıya Ukrayna dronlarına görə ENƏ BİLMƏYİB? - AÇIQLAMA
Bu gün, 13:00
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb - məsələlər dövlət başçısının nəzarəti altındadır
Bu gün, 12:57
AZAL sərnişinlərin siyahısını açıqladı
Bu gün, 12:55
Azərbaycanda diplomu tanınmayan universitetlərin siyahısı AÇIQLANDI
Bu gün, 12:48
Etibarsız “ELVİ.M.M. SERVİCES GROUP” MMC-yə 2,7 milyon manatı kimlər və necə etibar etdilər - İLGİNC FAKTLAR...
Bu gün, 12:41
Jest olaraq "Legend Motors"un adını avtomobilin üzərinə yapışdırıb - Azər Zahidin proqramına sponsorluq etdiyi deyilən şirkətdan AÇIQLAMA
Bu gün, 12:38
İlham Əliyev qəzaya düşən təyyarəmizlə bağlı TAPŞIRIQ VERDİ - Qazaxstana xüsusi heyət YOLA DÜŞDÜ
Bu gün, 12:32
Ermənistana göndərilən 250 milyonluq kokain kimindir? - “Joqovurd”
Bu gün, 12:30
AZAL təyyarəsinin qəzası: ölənlərin sayı açıqlandı - Xəsarət alanlardan 3-ü uşaqdır
Bu gün, 12:27
Kadırov qəzadan danışdı - TASS
Bu gün, 12:19
"Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!" - Mehriban Əliyeva
Bu gün, 12:17
Gürcüstanda azərbaycanlı hərbi qulluqçu həlak olub - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türk ulusunun vahid əlifbası: daha nə etməliyik? - AKTUAL
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru