Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır .....                     Rusiya nə qədər təzminat ödəməlidir? .....                     ATALARIN ƏN YAXŞISI... .....                     ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi .....                     Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? .....                     İrəvanın YUNAN BİRLİYİNDƏ... .....                     Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır .....                     Banklar depozit faizlərini aşağı sala bilər? .....                     “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Paşinyanın Qərbpərəst mövqeyi... .....                     Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur .....                     Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq .....                     Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri .....                     Təhsil müəssisəsi mühafizə xidməti aldı .....                     Rusiya niyə üzr istəmir? .....                     Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil .....                     Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub .....                     "TikTok"er xanımlar həbs edildi .....                     Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: .....                     Tanınmış həkimə cinayət işi açıldı .....                     Qəbələ RLS-in rəhbərliyi dəyişib .....                     “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri .....                     "Ərazi də Rusiyanındır, silah da!" .....                     Ruslar hara qədər BURCUDACAQ?.. .....                     DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır .....                     Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb .....                     Rusiya Azərbaycandan üzr istəməlidir! .....                     AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə .....                     Xüsusi Təftiş Komissiyası yaradıldı .....                     Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib .....                     Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri .....                     Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... .....                     Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? .....                     Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib .....                     Qroznı üzərindəykən zərbə səsi eşidildi .....                     İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? .....                     Azərbaycanda 70 yaşlı "professor" həbs edildi .....                     İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir .....                     Rasim Musabəyovdan Peskova CAVAB: .....                 

DTX-nın sərhəddə şok əməliyyatı - TƏFƏRRÜAT
Tarix: 14-06-2019, 09:09 | Çap et
DTX-nın sərhəddə şok əməliyyatı
Dövlət Təhlükəsizlik Xidmətində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən Musavat.com-a verilən məlumata görə, müəyyən edilib ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönələn yazılar yayımlamağa razılaşıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.

Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DTX-nın sərhəddə şok əməliyyatı

Polad Aslanov

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, Polad Aslanov Tovuzda anadan olub. Dini çevrələrdə tanınıb. Bu ilin aprel ayında hərbi xidmətini başa vurub. P.Aslanovun həbsinə gəlincə, bildirilir ki, o və xanımı iyunun 12-də İranla sərhəddə tutulub və Bakıya gətirilib. Onun İrana nə məqsədlə getmək istədiyi bilinmir. Rəhbərlik etdiyi saytlara gəlincə, hansısa dövlətin xüsusi təbliğatı nəzərə çarpmayıb. Amma xüsusilə press-az.com saytında İranla bağlı yazılara üstünlük verildiyini, ABŞ-ın regionda gərginliyi artırdığı barədə xəbərlər dərc olunduğunu demək olar.

Qeyd edək ki, bu ilin fevralında da DTX analoji əməliyyat keçirərək dövlətə xəyanət edən şəxsi yaxalamışdı. Yayılan rəsmi məlumatda bildirilirdi ki, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Ötən ilin dekabrında isə vaxtilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət ediblər.

Məlumdur ki, Azərbaycan həssas regionda yerləşir. Ölkəmiz ətraf dövlətlərlə münasibətlərini qonşuluq prinsipləri əsasında qurub və bu siyasətə sadiqdir. Ancaq ABŞ-ın regionun iki dövlətinə, xüsusilə İrana qarşı sanksiyaları sərtləşdirməsi mənzərəni kifayət qədər qəlizləşdirib. Bu səbəbdən Azərbaycan hüquq-mühafizə orqanlarının həssaslığı digər ölkələrə qarşı yönəlməyib və dövlətin təhlükəsizliyi üçün tədbirlər hesab olunmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Bu gün, 22:15
Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Bu gün, 21:41
ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Bu gün, 21:36
ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi
Bu gün, 21:33
Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? - "Haber Global"
Bu gün, 21:31
İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Bu gün, 19:02
Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Bu gün, 18:58
“Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:12
Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Bu gün, 18:08
Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Bu gün, 18:01
Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Bu gün, 17:59
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 17:50
Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Bu gün, 17:46
Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Bu gün, 17:44
Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Bu gün, 17:39
Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Bu gün, 17:36
Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Bu gün, 17:31
"TikTok"er xanımlar həbs edildi
Bu gün, 17:27
Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Bu gün, 17:25
Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:20
Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Bu gün, 17:17
“Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Bu gün, 17:15
"Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Bu gün, 17:13
Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Bu gün, 17:10
DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Bu gün, 17:06
Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Bu gün, 17:01
Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Bu gün, 16:54
AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Bu gün, 16:53
Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Bu gün, 16:49
Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Bu gün, 16:37
Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Bu gün, 16:32
Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:24
Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:18
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Bu gün, 16:15
Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Bu gün, 16:14
İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Bu gün, 16:11
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Bu gün, 16:10
İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Bu gün, 16:00
Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Bu gün, 15:58
MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Bu gün, 15:55
“Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... - ÜZR İSTƏYƏNƏ OXŞAMIRLAR...
Bu gün, 15:47
Distant iş Trampın və Maskın planlarına ciddi maneədir - WP
Bu gün, 15:44
Talıbovsuz Naxçıvanın ikinci ili - NƏLƏR DƏYİŞDİ?
Bu gün, 15:40
Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?
Bu gün, 15:38
Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? – “Dəqiq araşdırılmalıdır”
Bu gün, 15:34
Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... - NƏ BAŞ VERİR?
Bu gün, 15:24
Ərazilərin ələ keçirilməsi qələbə deyil: - Rusiya müharibəni artıq uduzub
Bu gün, 15:19
Müştəri 4,2 manata görə mərkəzin müdirini döydü - 1000 manat cərimə
Bu gün, 15:17
“Qara qutu”dan gələn səsə doğru - Qəlpələrin izi ilə
Bu gün, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru