Hyundai” və “KİA” servislərində müştərilərə qarşı FIRILDAQ - İTTİHAM
Tarix: 22-01-2019, 09:37 | Çap et
Avtomobil servislərində sürücülərin aldadılması son illərdə adi hala çevrilib. Xüsusilə rəsmi servislərdə bu hal ifrat həddədir. Maşının çalışma mexanizmlərindən, detallarının dəyişməyə ehtiyacı olub-olmamasından kifayət qədər məlumatlı olmayan avtomobil sahibləri açıq-aşkar aldadılır.
Belə ki, sürücü maşında hansısa xırda nasazlıq hiss etdikdə, yaxud cari yağdəyişmə zamanı onun avtomobilinə “vahiməli” diaqnoz qoyulur. Hansısa bahalı bir detalın dəyişməsinin zəruriliyi, əks halda, 5 qat ziyana düşdüyü deyilir. Hansı ki, əslində həmin detalın dəyişməsinə ehtiyac olmur, sadəcə, xırda bir təmir, təmizləmə, sistem yuyulması ilə həyata keçirilməklə düzələcək problemi həyata keçirmək əvəzinə, qəsdən bahalı bir detal dəyişdirilir. Son illərdə belə süni ajiotajı “Hyundai” və “KİA”-nın rəsmi servislərində müxtəlif detallar üzərində yaradırlar. Bununla bağlı son vaxtlarda şikayətlər çoxalıb və əməkdaşımız apardığı müşahidələr və araşdırmalar zamanı böyük bir fırıldaq kampaniyasının izinə düşüb...
Bir neçə il öncə adıçəkilən servislərə yağdəyişməyə, yaxud da cari texniki baxışa gedən sürücünü avtomobilinin sürətlər qutusunda guya böyük problem aşkarlandığını deyərək, təşvişə salırdılar. Bəzi sürücülərə sürətlər qutusunun elektron platasının - “beyninin” zədələndiyini, digərlərinə “satolit” adlanan detalın sıradan çıxdığını deyərək, vahiməyə salırdılar. Həmin detalların da qiyməti maşının markasından asılı olaraq, 300-500 manat civarında dəyişir. Diaqnostika edib maşın sahibinə deyirdilər ki, əgər bu detal dərhal dəyişməsə, 3-5 günə sürətlər qutusu dağılacaq və 2-3 min manat arası ziyana düşəcək. Sürücü də məcbur qalaraq, daha az xərcə düşmək üçün qeyd edilən detalları alıb, guya canını qurtarmış olurdu. Hansı ki, əslində həmin detallar 90 faiz hallarda tam işlək vəziyyətdə olurdu, başı çıxmayan sürücülərə hansısa bir yeri göstərib, “bax, bu sıradan çıxıb, tam zamanında sökdük, yoxsa ”koropka" gedirdi işinə, azı 2 min qabaqsan" deyib, onları guya sevindirirdilər. Bir müddət sonra isə adi servislərdəki vicdanlı ustalar bunun bir fırıldaq olduğunu aşkarladılar. Sürətlər qutusunun tezliklə dağılacağı diaqnozu qoyulan, sürücüsünü aldatmaq mümkün olmayan və yalançı təmirdən vaz keçən avtomobillər illərlə normal çalışıb. Bundan sonra sürətlər qutusu ajiotajı səngimişdi.
Daha sonra servislərdə süni yanacaq nasosu ajiotajı yaradılmışdı və bir qədər sonra bu da ifşa edildi.
İndi isə “Hyundai” və “KİA” servislərində mühərrikin yağ nasosu ilə bağlı böyük bir ajiotaj yaradılıb. Yağlamaya və ya cari texniki baxışa gedən sürücülərə deyirlər ki, bəs yağ nasosu təcili dəyişməlidir, hər an “əldən qoya” və getdiyin yerdə mühərrik dağıla bilər. Bəllidir ki, “Hyundai” və “KİA” avtomobillərinin mühərrikinin detalları, təmiri, yığılması hədsiz bahadır. Yeni model maşınlarda markasından asılı olaraq, əsaslı motor yığılması zamanı xərc hətta 5-6 min manata da yüksələ bilir. Beləliklə, maşın sahiblərinə “izah edilir” ki, yağ nasosu dəyişməsə, tezliklə mühərrik yığdırmalı olacaqsan. Yağ nasosu isə heç də ucuz deyil, maşının markasından, ilindən asılı olaraq 400-1500 manat arasında dəyişir. Yalan məlumatla təşvişə salınan sürücü isə mühərrik yığdırmaqdansa yağ nasosu dəyişməyin 3-5 qat ucuz olduğu qənaətinə gəlir və nəticədə servis fırıldaqçılıqla ona yeni yağ nasosu satır.
Bu şəkildə təşvişə salınmış bir sürücünün dedikləri: “”Hyundai"nin rəsmi servisində mənə dedilər ki, təcili yağ nasosu dəyişdirilməlidir. Mənim maşınım üçün olan nasosun da qiyməti 1500 manatdan bahadır. Paralel olaraq təklif etdilər ki, əgər bunu almağa gücüm çatmırsa, ən azı açıb üstündə olan yağ nasosunu yumalı, təmir etməlidirlər, bunun üçün də 200 manat ödənməlidir. İşdi-şayət, bir nasazlıq çıxarsa, onu düzəltsələr, xərc 500 manat olacaq. Mən 20 ildən çoxdur maşın sürürəm və avtomobilin işləmə mexanizmindən, motorun hansı halda vura biləcəyindən, yağ nasosunun funksiyasından az-çox məlumatlıyam. Həm də diqqətimi çəkdi ki, servisdəki bütün sürücülərə yağ nasosunun dəyişməsi tövsiyə edilir. Bunun süni ajiotaj olduğunu anlayıb, servisin küyünə getmədim. Amma məndə süni şəkildə yaratdıqları narahatlığın tam aradan qalxması üçün adi bir motoristlə məsləhətləşdim. Həmin şəxs bildirdi ki, bu bir uydurmadır, yağ nasosu işləməyəndə salonda nasazlığı göstərən qırmızı işıq yanır, bu zaman sürücü, sadəcə, mühərrikin işini dayandırılmalıdır. Bunadək yağ nasosunun artıq sıradan çıxdığını iddia etmək gülüncdür. Ən çoxu maşına keyfiyyətsiz, standarta uyğun olmayan yağ tökülərsə, yağ nasosunun kəfkirində kirəc, zir-zibil yığıla bilər, yalnız onu təmizləmək lazımdır, adi servislərdə biz bu işi 50-70 manata görürük. Yaxud da keyfiyyətsiz yağ səbəbindən nasos onu normal təzyiqlə vurmaya, yaxud hansısa “salniki”, “manjeti” sıradan çıxa bilər, onu da çox asanlıqla dəyişmək olur. Buna görə yeni nasos almağa ehtiyac yoxdur. Ola bilsin ki, rəsmi servislərin işləri yaxşı getmir, bu dəfə kütləvi yağ nasosu satıb qazanmağa cəhd edirlər".
Bu usta məsləhət görüb ki, rəsmi servislərdə yalnız avtomobilin qarantiyalı dövründə maşınları təmir etdirsinlər. Qarantiya müddəti bitdikdən sonra isə servislər sürücüləri rəsmən soyur. Bu səbəbdən maşın sahiblərinə az xərcə düşmələri üçün adi sexlərdə çalışan vicdanlı, peşəkar usta tapmaları tövsiyə edilir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2025-ci il bürclər üçün nə vəd edir?
Bu gün, 18:12 |
|
|
|
• Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir - ŞƏRH
Bu gün, 18:08 |
|
|
|
• Bəşər Əsəddən sonra ilk Yeni il... - belə qeyd etdilər...
Bu gün, 17:56 |
|
|
|
• Pullarınızı kibercinayətkarlardan belə qoruyun: -10 MƏSLƏHƏT
Bu gün, 17:54 |
|
|
|
• Ucuz qiymətə satılan geyimlər - Onlar hansı materiallardan hazırlanır?
Bu gün, 17:51 |
|
|
|
• İrəvan iki yoldan birini seçməlidir - İNCƏLƏMƏ
Bu gün, 17:45 |
|
|
|
• Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir
Bu gün, 17:43 |
|
|
|
• “Azəriqaz”dan deyirlər ki... - "Bu mövcud qaydaların tələbidir..."
Bu gün, 17:41 |
|
|
|
• Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı - GƏLİŞMƏ
Bu gün, 17:12 |
|
|
|
• “Bizim üçün üzrlə yanaşı, həqiqətlərin üzə çıxması vacibdir” – SABİQ NAZİR
Bu gün, 17:06 |
|
|
|
• Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı - AKTUAL
Bu gün, 17:03 |
|
|
|
• Rusiyanın vurduğu DAHA BİR ZƏRBƏ... - NƏ ETMƏLİ?
Bu gün, 17:01 |
|
|
|
• Hüseyn Həsənov pis vərdişindən qurtulduğunu açıqladı - VİDEO
Bu gün, 16:43 |
|
|
|
• "Bu antenanı dəyişməyə şirkətin pulu yoxdur?" - GİLEY
Bu gün, 16:35 |
|
|
|
• Amili təfəkküründə olan yetərsiz MOLLA SİYASƏTİ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 16:29 |
|
|
|
• ABŞ-la siyasətimizin DAVAMI... - İNCƏLƏMƏ
Bu gün, 16:27 |
|
|
|
• “Kim dostdur, kim dost deyil, bunu gördük” - Qafar Dəmirçi
Bu gün, 16:25 |
|
|
|
• “Premium Bank” `gözüyumulu` şəkildə milyon veribsə... - ZƏRURİ QEYD...
Bu gün, 16:24 |
|
|
|
• Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib - TƏFƏRRÜAT
Bu gün, 16:17 |
|
|
|
• Naxçıvanda ilin ilk körpələri əkiz olub
Bu gün, 16:15 |
|
|
|
• "Anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər” - FAKT BUDUR!
Bu gün, 15:25 |
|
|
|
• "Kaspi" qəzeti 144 illiyini qeyd edir
Bu gün, 13:47 |
|
|
|
• Bakıdan İrəvana Yeni il ismarışı - Barışıq əli bu il “dəmir yumruğ”a çevrilə bilər!
Bu gün, 13:39 |
|
|
|
• Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb - Ölüsü də dəyərsiz... dirisi də...
Bu gün, 10:40 |
|
|
|
• Bayram günlərində işləyən banklar - SİYAHI
Bu gün, 10:32 |
|
|
|
• Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:28 |
|
|
|
• "Deyir, dükan düzdür... siz səhvsiniz..." - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20 |
|
|
|
• Əli Əsədov yenə də BUNU ETMƏDİ... - REAKSİYA
Bu gün, 10:15 |
|
|
|
• "Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” - ETİRAZ
Bu gün, 10:11 |
|
|
|
• "Çalışın, bu şirkətdən UZAQ OLUN..." - Ünvanı da dəyişdi, amma...
Bu gün, 10:02 |
|
|
|
• Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? - "Böyük ehtimalla yeni ildə də..."
Bu gün, 09:56 |
|
|
|
• Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:50 |
|
|
|
• ` World Telecom` yeni ilə yeni narazılıqla... - AXI NİYƏ?..
Bu gün, 09:41 |
|
|
|
• Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... - bundan sonra HARA GEDƏCƏK?
Bu gün, 09:30 |
|
|
|
• Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT - BU, BİZİK!!!
Bu gün, 09:24 |
|
|
|
• Münasibətləri Bayden administrasiyası korladı... - Trampla isə...
Bu gün, 09:19 |
|
|
|
• Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
Bu gün, 08:25 |
|
|
|
• Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib
Bu gün, 08:14 |
|
|
|
• Vanqanın 2025-ci il proqnozları: - Dəhşətli müharibə, təbii fəlakət və daha nələr...
Bu gün, 08:11 |
|
|
|
• “Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb - FOTO
Bu gün, 08:08 |
|
|
|
• Fransa hərbçiləri daha bir Afrika ölkəsindən çıxarılır
Bu gün, 08:00 |
|
|
|
• Azərbaycanın 2025-ci il üçün ulduz falı: BİZİ NƏ GÖZLƏYİR? - Transformasiya və strateji dirçəliş ili
Bu gün, 07:58 |
|
|
|
• Açıq etirafdan yayınma və ya “bu, ən sadə, təbii həll yolu idi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53 |
|
|
|
• Qazax qardaşlarımız belə yad etdi... - DƏNİZ ÜRƏYİ...
Bu gün, 07:45 |
|
|
|
• ABŞ bu günə kimi Ukraynaya 65,4 milyard dollar yardım ayırıb - Pentaqon
Bu gün, 07:39 |
|
|
|
• “Paris – Bakı gərginliyi heç bir tərəfə fayda gətirmir” - Fransalı politoloq
Bu gün, 07:37 |
|
|
|
• Yeni ildə mənzil bazarında qiymətlər belə olacaq – Bahalaşma gözlənir
Bu gün, 07:33 |
|
|
|
• Karantin rejimi bu gündən UZADILDI - QƏRAR
Bu gün, 07:31 |
|
|
|
• Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib - FOTO
Bu gün, 01:12 |
|
|
|
• "Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb..." - prezident İlham Əliyev
Bu gün, 00:44 |
|
|
|
|