"Etimadı daha çox doğrultmayanı Sahil Babayevdir..." - İDDİA
Tarix: 7-01-2019, 10:37 | Çap et
Cənab Prezident tərəfindən bu il təyin olunmuş nazirlər arasında xalqın etimadını daha çox doğrultmayan Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevdir”
Bu sözləri “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, nazir yalançıdır, qəbula gələn insanlara hörmətsizlik edir, əliliyin təsdiq edilməsi prosesində xalqa zülm edir:
“Sosial yardıma ciddi ehtiyacı olan əksər insanları qeydiyyatdan keçirmir, guya bu yolla dövlətə “fayda” verir! Nazirliyə yaxınlarını, dostlarını yığıb, dostluq klubu kimi idarə edir, hətta vətəndaşların qəbulu zamanı elektron siqaret çəkirdi…”
T.Abbas qeyd etdiyibu mənfilikləri nazirin qəbul günü oradakı insanlardan duyduğunu və gördüyünü bildirib: “67 yaşında ikinci qrup əlil və müharibə veteranını 4 saat(!) gözlətdikdən sonra qəbula ən sonuncu düşdüm!
İkinci qrup əlil və müharibə veteranı kimi, nazirə müalicəyə ciddi ehtiyacım olduğunu bildirdim. Məni əmin edib, arxayın yola saldı. İndi həmin qəbuldan düz 6 ay keçməsinə baxmayaraq, heç bir nəticə yoxdur. Belə də yalançı nazir olar?!
Düşünürəm ki, Sahil Babayevin namizədliyini nazir vəzifəsinə kim irəli sürübsə, çox ciddi yanlışlığa yol verib, sonda çox peşman olacaq, çünki bu səviyyə ilə nazir işləmək olmaz”.
Baş redaktorun yazdıqları sosial şəbəkədə səs-küy doğurub. Onun statusuna şərh yazanlar da maraqlı məqamlar açıqlayıblar.
Fəqani Hüseynovun dediyinə görə, Gədəbəy hələ də pensiyanı almayıb, ilin son ayı bitir. Vüqar Kərimov belə şərh verib:
“Bəs deyirdilər Səlim Müslümov getsə düzələcək. Nə oldu?Onsuz da Azərbaycanda təzə vəzifəyə gələn həmişə gedənin atasına rəhmət oxutdurur”. Müzəffər Fərəcov yazır: “Əsirlikdə itib batan əmək stajlarını məhkəmə yoluyla təsdiq edənləri də süründürməçiliyəsalıb. Gülünc və yarıtmaz işlərlə məşğuldur.
Nazir olub, anlamır ki, işğal edilən ərazilərdən insanların mənim kimi əksəriyyəti canlarını məcburən çıxara biliblər. Bu dövlətdə kiminsə yerinə qoyulanlar özündən əvvəlkilərin ölüsünə rəhmət oxutdurmaq üçün təyin edilirlər”.
Mübariz Binnətoğlu: “Səlim Müslümovun vaxtında heç olmasa vətəndaşı dinləyən var idi. İndi adı çəkilən nazirlikdə özbaşınalıq sürətlə inkişaf edir”.
PİA.AZ xəbər verir ki, ünvanlı sosial yardım alanların “kədərli bayram sevinci” də üzə çıxıb. Nazirliyin ÜSY ilə bağlı yarıtmaz fəaliyyəti rəqəmlərlə sübuta yetirilib.
İqtisadçı olan Qalib Toğrul feysbukda çox maraqlı məlumatları paylaşıb və ortalığa real faktlar qoyub. Belə ki, prezident 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı (ÜSY) alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayırıb. Bu da o deməkdir ki, ölkəmizdə 50 min ailə ünvanlı sosial yardım alır.
Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına yerləşdirilən məlumata istinad etsək (işğal altında olan 7 rayonun bazaya daxil edilməyən məlumatları istisna olmaqla), 20.12.18-ci il tarixinə, 39 893 ailə ÜSY alır.
Son illər hər il dövlət büdcəsindən ÜSY-nin maliyyələşməsinə 200 milyon manatdan az olmamaqla vəsait ayrılır.
Cədvəldən də göründüyü kimi 2018-ci ilin əvvəli ilə müqayisədə ÜSY alanların sayı kəskin şəkildə azaldılıb. Vəsaitin tam xərclənmədiyi elə sərəncamdan da aydın olur. Fikir verdinizsə, sərəncamda yazılır:
“2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən…” Maraqlı olan digər məsələ ÜSY alanların ölkə üzrə paylanması vəziyyətidir. Əvvəllər yazılmamış qaydalara görə, regionlar arasında tarazlıq gözlənilir, bir rayonun digərindən kəskin fərqlənməsinə imkan verilmirdi. İndi isə vəziyyət fərqlidir.
Bu günə olan statistikaya görə, ən çox ÜSY alan rayon və şəhərlərin ilk onluğu belədir:
1. Lənkəran – 2433 ailə; 2. Sumqayıt – 2294 ailə; 3. Masallı – 1790 ailə; 4. Gəncə – 1631 ailə; 5. Abşeron – 1576 ailə; 6. Suraxanı – 1513 ailə; 7. Xaçmaz – 1293 ailə; 8. Şabran – 1230 ailə; 9. Qaradağ – 1196 ailə; 10. Sabunçu – 1091 ailə.
ÜSY təyinində neqativ halların olmasını istisna etsək, o zaman əhalinin sayında yoxsulların xüsusi çəkisinə görə, ən yoxsul rayonumuz Şabran olmalıdır.
Ən az ÜSY alanların 5-liyi isə aşağıdakı şəkildədir: 1. Qobustan – 27 ailə; 2. Naftalan -59 ailə; 3. Oğuz – 68 ailə; 4. İsmayıllı – 79 ailə; 5. Zərdab – 84 ailə.
Doğrudan da maraqlı rəqəmlərdi. Xaçmazda əhali sayı 180 min nəfərdir, Şabranda isə 37 min nəfər. Və belə görünür ki, hər iki rayonda bu yardımı alan yoxsul ailələrin sayı eynidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2025-ci il bürclər üçün nə vəd edir?
Bu gün, 18:12 |
|
|
|
• Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir - ŞƏRH
Bu gün, 18:08 |
|
|
|
• Bəşər Əsəddən sonra ilk Yeni il... - belə qeyd etdilər...
Bu gün, 17:56 |
|
|
|
• Pullarınızı kibercinayətkarlardan belə qoruyun: -10 MƏSLƏHƏT
Bu gün, 17:54 |
|
|
|
• Ucuz qiymətə satılan geyimlər - Onlar hansı materiallardan hazırlanır?
Bu gün, 17:51 |
|
|
|
• İrəvan iki yoldan birini seçməlidir - İNCƏLƏMƏ
Bu gün, 17:45 |
|
|
|
• Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir
Bu gün, 17:43 |
|
|
|
• “Azəriqaz”dan deyirlər ki... - "Bu mövcud qaydaların tələbidir..."
Bu gün, 17:41 |
|
|
|
• Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı - GƏLİŞMƏ
Bu gün, 17:12 |
|
|
|
• “Bizim üçün üzrlə yanaşı, həqiqətlərin üzə çıxması vacibdir” – SABİQ NAZİR
Bu gün, 17:06 |
|
|
|
• Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı - AKTUAL
Bu gün, 17:03 |
|
|
|
• Rusiyanın vurduğu DAHA BİR ZƏRBƏ... - NƏ ETMƏLİ?
Bu gün, 17:01 |
|
|
|
• Hüseyn Həsənov pis vərdişindən qurtulduğunu açıqladı - VİDEO
Bu gün, 16:43 |
|
|
|
• "Bu antenanı dəyişməyə şirkətin pulu yoxdur?" - GİLEY
Bu gün, 16:35 |
|
|
|
• Amili təfəkküründə olan yetərsiz MOLLA SİYASƏTİ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 16:29 |
|
|
|
• ABŞ-la siyasətimizin DAVAMI... - İNCƏLƏMƏ
Bu gün, 16:27 |
|
|
|
• “Kim dostdur, kim dost deyil, bunu gördük” - Qafar Dəmirçi
Bu gün, 16:25 |
|
|
|
• “Premium Bank” `gözüyumulu` şəkildə milyon veribsə... - ZƏRURİ QEYD...
Bu gün, 16:24 |
|
|
|
• Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib - TƏFƏRRÜAT
Bu gün, 16:17 |
|
|
|
• Naxçıvanda ilin ilk körpələri əkiz olub
Bu gün, 16:15 |
|
|
|
• "Anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər” - FAKT BUDUR!
Bu gün, 15:25 |
|
|
|
• "Kaspi" qəzeti 144 illiyini qeyd edir
Bu gün, 13:47 |
|
|
|
• Bakıdan İrəvana Yeni il ismarışı - Barışıq əli bu il “dəmir yumruğ”a çevrilə bilər!
Bu gün, 13:39 |
|
|
|
• Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb - Ölüsü də dəyərsiz... dirisi də...
Bu gün, 10:40 |
|
|
|
• Bayram günlərində işləyən banklar - SİYAHI
Bu gün, 10:32 |
|
|
|
• Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:28 |
|
|
|
• "Deyir, dükan düzdür... siz səhvsiniz..." - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20 |
|
|
|
• Əli Əsədov yenə də BUNU ETMƏDİ... - REAKSİYA
Bu gün, 10:15 |
|
|
|
• "Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” - ETİRAZ
Bu gün, 10:11 |
|
|
|
• "Çalışın, bu şirkətdən UZAQ OLUN..." - Ünvanı da dəyişdi, amma...
Bu gün, 10:02 |
|
|
|
• Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? - "Böyük ehtimalla yeni ildə də..."
Bu gün, 09:56 |
|
|
|
• Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:50 |
|
|
|
• ` World Telecom` yeni ilə yeni narazılıqla... - AXI NİYƏ?..
Bu gün, 09:41 |
|
|
|
• Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... - bundan sonra HARA GEDƏCƏK?
Bu gün, 09:30 |
|
|
|
• Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT - BU, BİZİK!!!
Bu gün, 09:24 |
|
|
|
• Münasibətləri Bayden administrasiyası korladı... - Trampla isə...
Bu gün, 09:19 |
|
|
|
• Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
Bu gün, 08:25 |
|
|
|
• Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib
Bu gün, 08:14 |
|
|
|
• Vanqanın 2025-ci il proqnozları: - Dəhşətli müharibə, təbii fəlakət və daha nələr...
Bu gün, 08:11 |
|
|
|
• “Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb - FOTO
Bu gün, 08:08 |
|
|
|
• Fransa hərbçiləri daha bir Afrika ölkəsindən çıxarılır
Bu gün, 08:00 |
|
|
|
• Azərbaycanın 2025-ci il üçün ulduz falı: BİZİ NƏ GÖZLƏYİR? - Transformasiya və strateji dirçəliş ili
Bu gün, 07:58 |
|
|
|
• Açıq etirafdan yayınma və ya “bu, ən sadə, təbii həll yolu idi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53 |
|
|
|
• Qazax qardaşlarımız belə yad etdi... - DƏNİZ ÜRƏYİ...
Bu gün, 07:45 |
|
|
|
• ABŞ bu günə kimi Ukraynaya 65,4 milyard dollar yardım ayırıb - Pentaqon
Bu gün, 07:39 |
|
|
|
• “Paris – Bakı gərginliyi heç bir tərəfə fayda gətirmir” - Fransalı politoloq
Bu gün, 07:37 |
|
|
|
• Yeni ildə mənzil bazarında qiymətlər belə olacaq – Bahalaşma gözlənir
Bu gün, 07:33 |
|
|
|
• Karantin rejimi bu gündən UZADILDI - QƏRAR
Bu gün, 07:31 |
|
|
|
• Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib - FOTO
Bu gün, 01:12 |
|
|
|
• "Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb..." - prezident İlham Əliyev
Bu gün, 00:44 |
|
|
|
|