2025-ci il bürclər üçün nə vəd edir? .....                     Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir .....                     Bəşər Əsəddən sonra ilk Yeni il... .....                     Pullarınızı kibercinayətkarlardan belə qoruyun: .....                     Ucuz qiymətə satılan geyimlər .....                     İrəvan iki yoldan birini seçməlidir .....                     Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir .....                     “Azəriqaz”dan deyirlər ki... .....                     Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı .....                     “Bizim üçün üzrlə yanaşı, həqiqətlərin üzə çıxması vacibdir” .....                     Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı .....                     Rusiyanın vurduğu DAHA BİR ZƏRBƏ... .....                     Hüseyn Həsənov pis vərdişindən qurtulduğunu açıqladı .....                     "Bu antenanı dəyişməyə şirkətin pulu yoxdur?" .....                     Amili təfəkküründə olan yetərsiz MOLLA SİYASƏTİ... .....                     ABŞ-la siyasətimizin DAVAMI... .....                     “Kim dostdur, kim dost deyil, bunu gördük” .....                     “Premium Bank” `gözüyumulu` şəkildə milyon veribsə... .....                     Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib .....                     Naxçıvanda ilin ilk körpələri əkiz olub .....                     "Anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər” .....                     "Kaspi" qəzeti 144 illiyini qeyd edir .....                     Bakıdan İrəvana Yeni il ismarışı .....                     Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb .....                     Bayram günlərində işləyən banklar .....                     Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... .....                     "Deyir, dükan düzdür... siz səhvsiniz..." .....                     Əli Əsədov yenə də BUNU ETMƏDİ... .....                     "Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” .....                     "Çalışın, bu şirkətdən UZAQ OLUN..." .....                     Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? .....                     Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... .....                     ` World Telecom` yeni ilə yeni narazılıqla... .....                     Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... .....                     Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT .....                     Münasibətləri Bayden administrasiyası korladı... .....                     Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal .....                     Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib .....                     Vanqanın 2025-ci il proqnozları: .....                     “Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb .....                 

“Görünür, şantajla bizdən pul qoparmaq niyyətindədir” - QALMAQAL
Tarix: 5-01-2019, 11:17 | Çap et
“Görünür, şantajla bizdən pul qoparmaq niyyətindədir”
“ALKE İnşaat və Sənaye” ASC ( indiki adı "AKELİK GROUP"ASC) sabiq əməkdaşı Şahin Cəfərovun və “Azərsu” ASC-nin sifarişi ilə adıçəkilən şirkətin icra etdiyi “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin sabiq topoqrafı Ramazan Biçerin bizə təqdim etdiyi, sənəd və fotolarda öz təsdiqini tapan faktlar əsasında araşdırmamız davam edir.

Ötən yazılarımızda Şahin Cəfərovla Ramazan Biçerin sözügedən şirkətin işindəki nöqsanlar, eləcə də 6,5 milyonluq yeyinti faktı ilə bağlı fikirlərini sizə çatdırmışdıq. Bu dəfə isə “ALKE İnşaat və Sənaye” ASC–nin (indiki adı "AKELİK GROUP"ASC) hüquqşünası Ramiz Nuriyevin mövqeyini öyrənməyə çalışdıq. Daha doğrusu, R.Nuriyev redaksiyamıza zəng vurub bizi şirkətin ofisinə dəvət etdi ki, gedib yerində araşdırma aparaq.

“Qoy bizi məhkəməyə versinlər, yol verdiyimiz qanunsuz əməllərə görə qanun qarşısında cavab verək”

Ramiz Nuriyevin əməkdaşımıza söylədiklərini olduğu kimi təqdim edirik:

“Sizi ofisimizə dəvət etməkdə məqsədimiz adıçəkilən məsələ ilə bağlı mövqeyimizi bildirməkdir. Zənnimizcə, qəzetinizdə şirkətimizlə bağlı dərc etdiyiniz yazılar birtərəflidir.

Məqalələrdən birində Banu Oğuz yazır ki, telefon danışığı zamanı səsimdəki təşviş açıq-aydın hiss olunurdu. Halbuki, təşvişə düşmək, yaxud qorxmaq üçün heç bir səbəbim yoxdur. Heç bir qanunsuz iş görmürəm, o üzdən heç bir narahatçılığım da yoxdur. Şahin Cəfərovla da, mətbuat nümayəndələri ilə də istənilən vaxt görüşüb söhbət etməyə və müvafiq sənədləri təqdim etməklə məsələyə aydınlıq gətirməyə hazıram.

Şirkətimizin sabiq əməkdaşı Şahin Cəfərova gəldikdə isə, onun işdən çıxarılmasında heç bir qanunsuzluğa yol verilməyib. Biz onunla xidməti müqavilə imzalamışdıq. Layihənin vaxtı başa çatdıqda da onunla haqq-hesab edib həmin müqaviləyə xitam verdik. Şahin Cəfərov sizinlə müsahibəsində layihə bitməmiş kobud şəkildə işdən qovulduğunu qeyd edib. Onun bu fikri həqiqətə uyğun deyil.

Bir də ki, istənilən şirkət, yaxud idarədə müxtəlif səbəblərdən əməkdaşla əmək müqaviləsinə, yaxud xidməti müqaviləyə xitam verilə bilər, həmin əməkdaşın keçmiş iş yeri və rəhbərliklə bağlı hansısa şikayəti, yaxud iradı da ola bilər, bu tamamilə normal haldır. Amma həmin şikayət və iradları ilk olaraq işlədiyi şirkətə bildirməlidir. O, bu günə qədər bizə rəsmi qaydada müraciət etməyib. Əgər müraciət etsəydi, hökmən onu qəbul edib dinləyərdik.

Başqa bir tərəfdən, əgər Şahin Cəfərovla Ramazan Biçer şirkətimizin işindəki qanunsuzluqları sübut edəcək faktlara sahibdirlərsə, nədən hüquq mühafizə orqanlarına deyil, qəzetə müraciət edirlər? Biz hüquqi dövlətdə yaşayırıq. Qoy bizi məhkəməyə versinlər, yol verdiyimiz qanunsuz əməllərə görə qanun qarşısında cavab verək.

Şahin Cəfərov notarial qaydada ərizə yazıb və bildirib ki, şirkətimizdən heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaq.

Şahin Cəfərov sizinlə müsahibəsində özünü qanunlardan xəbərdar bir şəxs kimi təqdim edir, üstəlik Ramazan Biçerin hüquqlarını müdafiə etməyə hazır olduğunu da bildirir. Əgər bu insan həqiqətən belə məlumatlıdırsa, öz hüquqlarını bilirsə və onları müdafiə etmək iqtidarındadırsa, onu şikayət ərizələrini geri götürməyə, yaxud saxta müqavilə imzalamağa necə məcbur etmək olardı?

Bu gün əksər müxbir və qəzetçilər nədənsə belə düşünür ki, ölkədə fəaliyyət göstərən bütün şirkətlər, dövlət qurumları xalqın düşmənidir, burda çalışanlar xalqın pulunu yeyir. Kimsə həmin qurumlardan şikayət edirsə, haqlı tərəf odur. Hesab edirəm ki, bu tamamilə yanlış fikirdir.

Baxın, şirkətin sabiq əməkdaşı Şahin Cəfərov notarial qaydada ərizə yazıb və bildirib ki, şirkətimizdən heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaq. İndi o gündə bir fikrə düşəcək, bu gün ərizə verəcək, sabah gedib həmin ərizəni ləğv etdirəcək, siz də o adam haqqında geniş məqalələr yazıb şirkətimizin imicinə zərbə endirəcəksiniz?

Əslində, bütün bu məsələlər birbaşa məhkəmə predmetidir. Ağlı başında bir insan notarial qaydada ərizə yazır, üç ay sonra isə fikrini dəyişir, yazdıqlarını təkzib edir, təhdid edildiyini bildirir və əvvəlki ərizəsini ləğv etdirir... Sizi bilmirəm, şəxsən mən bunu demaqoqiya adlandırıram. Sizin qəzet də hansısa demaqoqun fikri ilə bizim şirkətimizin işgüzar nüfuzuna xələl gətirən silsilə yazılar dərc edir.

“Adıçəkilən layihələrin icraçısı biz yox, Türkiyənin Alke İST AŞ şirkətinin Azərbaycan filialıdır”

Daha bir məsələyə aydınlıq gətirmək istəyirəm. Şahin Cəfərovla Ramazan Biçer bizim şirkəti Xaçmaz və Zərdab layihələrinin icraçısı kimi təqdim edir və bizi dövlətin pulunu mənimsəməkdə günahlandırır. Əvvəla, qeyd edim ki, adıçəkilən layihələrin icraçısı biz yox, Türkiyənin Alke İST AŞ şirkətinin Azərbaycan filialıdır. Həmin şirkətin bizim şirkətlə heç bir əlaqəsi yoxdur. Onun öz rəhbərliyi, öz VÖEN nömrəsi var, biz sadəcə işgüzar tərəfdaş olmuşuq. Öz ofisimizdə onlara otaq da vermişdik, o üzdən ünvanımız eyni idi. Həmin şirkətin əməkdaşlarını tanımağımız da təbiidir. Özü də biz büdcə təşkilatı deyilik ki, dövlətin pulunu mənimsəyə bilək.

Şirkətimizin təsisçisi Süleyman Babayevin Ramazan Biçeri təhqir etməsi ilə bağlı heç bir məlumatım yoxdur. Hətta belə bir hadisə olubsa belə, bu Ramazan Biçerlə Süleyman Babayevə aid məsələdir və bizim şirkətimizə heç bir aidiyyatı yoxdur. Ramazan Biçerin Süleyman Babayevlə hansısa problemi varsa, bunu məhkəmədə həll etsin, şikətimizin adını hallandırmasın.

Yeri gəlmişkən, bizdə Ramazan Biçerin də notarial qaydada təsdiqlənmiş ərizəsi var. O da həmin ərizə ilə çalışdığı şirkətə qarşı heç bir iddiası olmadığını bildirir.

Türkiyənin Alke İST AŞ şirkətinin Azərbaycan filialının sabiq əməkdaşının ərizəsinin bizdə olma səbəbinə gədikdə isə qeyd etməliyəm ki, şirkətlərimizin adı oxşar olduğundan və bir müddət eyni məkanı paylaşdığımızdan Alke İST AŞ şirkətinə ünvanlanan məktublar çox vaxt yanlışlıqla bizə çatdırılır, biz də onları həmin şirkətə yönləndiririk.

Onu da deyim ki, Ramazan Biçer Türkiyənin Azərbaycandakı səfirliyinə şikayət ərizəsi ilə müraciət etmişdi, səfirlik Əmək Müfəttişliyindən bu məsələni araşdırmağı xahiş etmişdi. Təbii ki, müfəttişlik də şirkətə məktub yolladı, şirkətdən Ramazan Biçerin qeyd etdiyim ərizəsinin surəti müfəttişliyə, müfəttişlikdən isə səfirliyə göndərildi və mövzu bağlandı.

“Nə Şahin Cəfərovu, nə də Ramazan Biçeri heç kəs zor gücü ilə, başına tapança dirəyib hansısa sənədə qol çəkdirməyib, onlarin hər ikisi bunu öz xoşları ilə ediblər”

Biz demokratik dövlətdə yaşayırıq. Bizim ölkədə hər bir vətəndaşın hüquqları qorunur. Təbii ki, bəzən məmur özbaşınalığı ilə də üzləşirik, amma ümumilikdə qanunlar işləyir.

Bir də ki, nə Şahin Cəfərovu, nə də Ramazan Biçeri heç kəs zor gücü ilə, başına tapança dirəyib hansısa sənədə qol çəkdirməyib, onlarin hər ikisi bunu öz xoşları ilə ediblər. Özünüz düşünün, onlar çalışdıqları şirkətlərdən əmək haqlarını almasaydılar, belə bir ərizəyə imza atardılarmı? Mən əminliklə “atmazdılar” deyirəm.

Ümumiyyətlə, şirkət daxilində mümkündür ki, bir insanı hansısa bir vəzifəyə təyin edəsən, sabah başqa bir sahədə sənə lazım olar, baxarsan ki, işi bilir, kompüterdə işləməyi bacarır, deyərsən ki, hələlik bu işlə məşğul ol. Necə ki, Şahin Cəfərova Hacıqabul layihəsində müvəqqəti maliyyəçi işi tapşırılmışdı. Bunda qəbahətli heç bir yoxdur.

Şahin Cəfərov iddia edir ki, mən Xaçmaz layihəsinin icraçılarına əmək haqqı paylamışam. Amma belə bir şey olmayıb. Mənim ümumiyyətlə o layihə ilə heç bir əlaqəm olmayıb. Hacıqabulda da Şahin Cəfərovun dediyi kimi 7 dəfə deyil, vur-tut 2 dəfə olmuşam.

Şahin Cəfərovun haqqında danışdığı Hacıqabul layihəsi əslində şirkətimiz tərəfindən şəxsi sifariş kimi icra edilib. Materialı da sifarişçi verib. Biz isə öz texnikamızdan, işçi qüvvəmizdən istifadə edərək həmin layihəni həyata keçirmişik. Dediyim odur ki, bu layihə dövlət sifarişi deyil. Bir aya yekunlaşmalı olan layihə müxtəlif səbəblərdən bir ilə yaxın çəkdi. Kənd yeridir, orda bankomat tapmaq müşkül məsələdir, o üzdən məcbur olub işçilərə əmək haqlarını nəğd pulla paylamışıq. Bu məsələni bu qədər şişirtmək nəyə lazım idi axı?

“Bu cür hərəkətlər şirkətimizin işgüzar nüfuzuna xələl gətirir, burda çalışan 500-ədək əməkdaşı işsiz qalmaq təhlükəsi ilə üz-üzə qoyur”

Bir daha qeyd edirəm ki, bu gün biz "AKELİK GROUP"ASC kimi fəaliyyət göstəririk. Nizamnaməmizdə deyilir ki, "AKELİK GROUP"ASC “ALKE İnşaat və Sənaye” ASC-nin hüquqi varisidir. O üzdən şirkətin adı dəyişsə də, VÖEN nömrəsi əvvəlkidir.

Süleyman Babayev şirkətimizin baş direktoru deyil, səhmdarı, təsisçisidir, idarə heyətinin sədri Madar Quliyevdir, biz isə heyət üzvləriyik( baş direktor ştatı isə ümumiyyətlə yoxdur).

Dediyim odur ki, şirkətimiz mülki məcəlləyə əsasən idarə olunur. Həmçinin bizim də öz nizamnaməmiz var və şirkətimizin işi həmin nizamnaməyə əsasən tənzimlənir. Biz öz işimizdə heç bir qanunsuzluğa yol vermirik. Bütün əməkdaşlarla əmək müqaviləsi bağlanıb, əmək haqları da bank hesablarına köçürülür. Layihələrin icrası üçün pul ayıran banklar ayrılan vəsaitin necə və hara xərcləndiyinə ciddi şəkildə nəzarət edir. Şahin Cəfərovun verdiyi yanlış məlumatlarsa sadəcə su bulandırmaqdır. Görünür, şantajla bizdən pul qoparmaq niyyətindədir.

Onu da vurğulamaq istəyirəm ki, sizə təqdim edilən boru və quyu fotoları əslində istintaq üçün sübut sayıla bilməz. Çox adam çox şəkil çəkə bilər. Bir də ki, istehsal prosesində müəyyən əyər-əskiyin, nöqsanların olması adi haldır. Amma iş prosesində bütün bu nöqsanlar aradan qaldırılır.

Bizim şirkət ölkədə qeyri-neft strukturunun inkişaf etdirilməsi istiqamətində əməli fəaliyyət göstərir. Bu cür hərəkətlərsə, artıq qeyd etdiyim kimi, şirkətimizin işgüzar nüfuzuna xələl gətirir, burda çalışan 500-ədək əməkdaşı işsiz qalmaq təhlükəsi ilə üz-üzə qoyur”.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2025-ci il bürclər üçün nə vəd edir?
Bu gün, 18:12
Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir - ŞƏRH
Bu gün, 18:08
Bəşər Əsəddən sonra ilk Yeni il... - belə qeyd etdilər...
Bu gün, 17:56
Pullarınızı kibercinayətkarlardan belə qoruyun: -10 MƏSLƏHƏT
Bu gün, 17:54
Ucuz qiymətə satılan geyimlər - Onlar hansı materiallardan hazırlanır?
Bu gün, 17:51
İrəvan iki yoldan birini seçməlidir - İNCƏLƏMƏ
Bu gün, 17:45
Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir
Bu gün, 17:43
“Azəriqaz”dan deyirlər ki... - "Bu mövcud qaydaların tələbidir..."
Bu gün, 17:41
Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı - GƏLİŞMƏ
Bu gün, 17:12
“Bizim üçün üzrlə yanaşı, həqiqətlərin üzə çıxması vacibdir” – SABİQ NAZİR
Bu gün, 17:06
Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı - AKTUAL
Bu gün, 17:03
Rusiyanın vurduğu DAHA BİR ZƏRBƏ... - NƏ ETMƏLİ?
Bu gün, 17:01
Hüseyn Həsənov pis vərdişindən qurtulduğunu açıqladı - VİDEO
Bu gün, 16:43
"Bu antenanı dəyişməyə şirkətin pulu yoxdur?" - GİLEY
Bu gün, 16:35
Amili təfəkküründə olan yetərsiz MOLLA SİYASƏTİ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 16:29
ABŞ-la siyasətimizin DAVAMI... - İNCƏLƏMƏ
Bu gün, 16:27
“Kim dostdur, kim dost deyil, bunu gördük” - Qafar Dəmirçi
Bu gün, 16:25
“Premium Bank” `gözüyumulu` şəkildə milyon veribsə... - ZƏRURİ QEYD...
Bu gün, 16:24
Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib - TƏFƏRRÜAT
Bu gün, 16:17
Naxçıvanda ilin ilk körpələri əkiz olub
Bu gün, 16:15
"Anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər” - FAKT BUDUR!
Bu gün, 15:25
"Kaspi" qəzeti 144 illiyini qeyd edir
Bu gün, 13:47
Bakıdan İrəvana Yeni il ismarışı - Barışıq əli bu il “dəmir yumruğ”a çevrilə bilər!
Bu gün, 13:39
Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb - Ölüsü də dəyərsiz... dirisi də...
Bu gün, 10:40
Bayram günlərində işləyən banklar - SİYAHI
Bu gün, 10:32
Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:28
"Deyir, dükan düzdür... siz səhvsiniz..." - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20
Əli Əsədov yenə də BUNU ETMƏDİ... - REAKSİYA
Bu gün, 10:15
"Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” - ETİRAZ
Bu gün, 10:11
"Çalışın, bu şirkətdən UZAQ OLUN..." - Ünvanı da dəyişdi, amma...
Bu gün, 10:02
Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? - "Böyük ehtimalla yeni ildə də..."
Bu gün, 09:56
Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:50
` World Telecom` yeni ilə yeni narazılıqla... - AXI NİYƏ?..
Bu gün, 09:41
Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... - bundan sonra HARA GEDƏCƏK?
Bu gün, 09:30
Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT - BU, BİZİK!!!
Bu gün, 09:24
Münasibətləri Bayden administrasiyası korladı... - Trampla isə...
Bu gün, 09:19
Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
Bu gün, 08:25
Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib
Bu gün, 08:14
Vanqanın 2025-ci il proqnozları: - Dəhşətli müharibə, təbii fəlakət və daha nələr...
Bu gün, 08:11
“Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb - FOTO
Bu gün, 08:08
Fransa hərbçiləri daha bir Afrika ölkəsindən çıxarılır
Bu gün, 08:00
Azərbaycanın 2025-ci il üçün ulduz falı: BİZİ NƏ GÖZLƏYİR? - Transformasiya və strateji dirçəliş ili
Bu gün, 07:58
Açıq etirafdan yayınma və ya “bu, ən sadə, təbii həll yolu idi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Qazax qardaşlarımız belə yad etdi... - DƏNİZ ÜRƏYİ...
Bu gün, 07:45
ABŞ bu günə kimi Ukraynaya 65,4 milyard dollar yardım ayırıb - Pentaqon
Bu gün, 07:39
“Paris – Bakı gərginliyi heç bir tərəfə fayda gətirmir” - Fransalı politoloq
Bu gün, 07:37
Yeni ildə mənzil bazarında qiymətlər belə olacaq – Bahalaşma gözlənir
Bu gün, 07:33
Karantin rejimi bu gündən UZADILDI - QƏRAR
Bu gün, 07:31
Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib - FOTO
Bu gün, 01:12
"Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb..." - prezident İlham Əliyev
Bu gün, 00:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru