Səfər Mehdiyev: Hardan... hara?! - İLGİNC
Tarix: 27-11-2018, 08:45 | Çap et
Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovla bağlı mübhəm məqamlar hələ də qalmaqdadır. Sabiq rektorun İspaniyaya sonuncu rəsmi səfəri zamanı baş vermiş qalmaqalla bağlı ortada açıq qalan kifayət qədər suallar var. İlkin iddialara əsasən Məhərrəmovun səfir oğlu olan Anar Məhərrəmov İspaniyada şərab biznesi ilə məşğul olurmuş. Bununla bağlı cumhuriyyet.az olaraq diqqət çəkdiyimiz məqam BDU-nun rektorunun işini itirməsinə səbəb olan skandal məhz uzun illər DGK-da yüksək vəsifə tutan və hazırda Gömrük Komitəsi Səfər Mehdiyevin sədlik etdiyi dönəmə təsadüf etməsidir. Yuxarıda qeyd etmişdik ki, 2 ton xam çaxırı Azərbaycandan çıxarmaq hər halda kiçik msahibkarlıq fəaliyyəti deyil. Bundan başqa bu həm də sonuncu daşıma olmayıb. Görünür Abel Məhərrəmov gömrükdəki tələbələrinə o qədər güvənib və onlara o qədər hökmü keçib ki, bu çaxır nəqlini həyata keçirə bilib. Səfər Mehdiyevin diplomu və rektorla dostluq tarixi DGK-nın rəsmi saytında komitə sədri haqqında məlumat var. Tərcümeyi-halında yazılan bir məqam xüsusilə maraqlı idi. Cumhuriyyet.az olaraq həmin məqamı olduğu kimi diqqətə çatdırırıq: – 1973-cü il martın 17-də Naxçıvan MR, Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. Orta təhsili başa vurduqdan sonra 1991-1993-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1993-1998-ci illərdə Türkiyənin EGE Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alaraq həmin universiteti beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir. Bu cümlədə bir natamamlıq var. Səfər Mehdiyevin 93-98-ci illərdə Naxçıvan Türkiyə arasında biznes əlaqələri qurub. Kiçik bizneslə məşğul olub. İzmirdə yerləşən bu ali təhsil ocağında təhsilini başa vurmayan Cənab Mehdiyev bu cümlədəki bir vergüldən sonra Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirir. Əcaba EGE Universitetində iqtisadiyyat təhsili alan bir tələbə BDU-ya necə “perevod” alıb və necə olub ki, iqtisadiyyat oxuyan bir tələbə hüquq fakultəsini bitirib. 1998-ci ildə artıq Abel Məhərrəmov BDU-nun rektoru təyin edilmişdi. Deməli Səfər Mehdiyevlə Abel Məhərrəmovun dostluğu elə 20 il əvvəldən başlayıb. 1998-ci ildə BDU-nun hüquq fakultəsini bitirən (hələ Səfər Mehdiyevin kimlərlə eyni auditoriya bölüşdüyü də suallarla doludur) DGK şefinin rəhbəri olduğu komitədə bir tələbə yoldaşı varmı? İnformasiyaya əsasən Mehdiyevin Abel Məhərrəmovun köməyi ilə hüquq diplomu almasının ardından da rektora gömrükdə yaşıl işıq yanıb. Nəhayət Mehdiyevin DGK sədri təyin edilməsindən sonra sabiq rektor bir qədər də arxayınlaşaraq gömrükçülərə Şeyxin təyyarəsinə 2 ton çaxır yüklətdirə bilib. Generalın kolxozdan başlayan fəaliyyəti General-leytenant Səfər Mehdiyev 12 ildən artıq idi ki Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini postunu tuturdu. Gömrük xidməti general-leytenantı 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda başlayıb. Bir müddət sonra isə gömrük sistemində işə keçib. 1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb. Tezliklə S.Mehdiyevin bu sistemdə vəzifə pilləsi daha da böyüyüb. O, 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib. 2006-cı ilin fevral ayından Səfər Mehdiyevə daha yüksək etimad göstərilib və o, komitə sədrinin birinci müavini vəzifəsinə, 2018-ci ilin fevralında isə Dövlət Gömrük Komitəsinin sədri postuna təyin olunub. Qaranlıq keçmış və ya Komitə necə işğal olunub? Səfər Mehdiyev Gömrük Komitəsinin birinci müavini olduğu müddətdə əlindəki geniş imkanlardan istifadə edərək özünün bütün yaxın-uzaq qohumlarını işlə təmin edib. Yəni demək olar ki, DGK başdan-başa onun qohumlarından ibarətdir. Bildirilənə görə, Dövlət Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Yeri gəlmişkən bununla bağlı cumhuriyyet.az olaraq yerli mediuada gedən bir məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Səfər Mehdiyevin qaynatası zamanında mərhum prezident, ulu öndər Heydər Əliyevə qarşı səngərdə yer alıb. 1991-ci ilin sentyabrın 3-də keçirilmiş Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyev Naxçıvan Muxtar Respublikanın rəhbəri seçildi. Həmin dövrün stenoqramasına baxılarsa, Qulu Tarquliyev mərkəzin tapşırığı ilə Heydər Əliyevə ”sən xalqa bəla gəlmisən” dediyi sözlərin şahidi olarıq. Bu gün Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, İlham Tarquliyev Gömrük Komitəsində müxtəlif vəzifələr tutmaqla qısa müddət ərzində bahalı maşınlar, dəbdəbəli villalar sahibidirlər”. Yazılanlara görə, Səfər Mehdiyevin qardaşları, bacısı övladları yüksək vəzifələrdə çalışırlar. Əksəriyyəti guya Gömrük Komitəsinə test üsulu ilə qəbul olunublar. Hətta iddia olunur ki, Səfər Mehdiyevin bacısının əri də Gömrük Komitəsində meydan sulayır, orta təhsillidir, heç bir savadı yoxdur. Kapital xəritəsi Zamanında qaynı İlham Tarquliyevi «Gilan» Holdinqdə inşaat sahəsinin maliyyə idarəsinin başına gətirən Səfər Mehdiyev qohumunu böyük talandan sonra oradan kənarlaşdırdı. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə səbəb İlham Tarqluiyevin yol verdiyi böyük yeyintiləri olub: “Əgər Kəmaləddin Heydərovun bundan xəbəri olsaydı, İlham Tarqluiyev Səfər Mehdiyevin əli ilə təkrar olaraq vəzifəyə gətirilə bilməzdi. Beləcə qohumunun cinayətlərinə rəğmən yenidən Səfər Mehdiyev qaynını fövqəladə hallar nazirliyinin tikinti şöbəsinə rəis gətirdirir”. Həmin məlumatlarda bildirilir ki, bu vəzifəyə keçəndən sonra İlham Tarquliyevin yeni talanları başlayır. Belə ki, zəlzələ, sel fəlakətləri zamanı dövlət büdcəsindən ayrılan milyonlarla vəsaiti xırıd edən İlham Tarqluiyev bunun müqabilində özünə böyük sərvət toplayır. Bu gün də talan davam etməkdədir. Bundan əlavə, Səfər Mehdiyev İlham Tarquliyevlə ortaq tikinti şirkəti yaradıb ki, bu gün də gömrüyə aid tikinti işləri onların şirkətinə verilir. Tendersiz, filansız… Ət monopoliyasında bacanaq Yeri gəlmişkən qeyd edək ki, S.Mehdiyev ölkədə monopoliyalarla bağlı əsas sorumlulardan biri hesab olunur. DGK-dakı bütün bölgüləri və alış-verişi də o, özü aparır. S.Mehdiyev haqqında səslənən iddialardan biri isə odur ki, Hindistandan ölkəmizə gətirilən bütün ət məhsulları onun monopoliyasındadır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə, hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı olan Gündüz adlı şəxs məşğul olur. “Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Adı çəkilən Gündüz həm də S.Mehdiyevin doğma bacanağıdır. Eyni zamanda Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovla quda olan Gündüz Xırdalandakı ət-toyuq idxalı müəssisəsinə rəhbərlik edir. Gündüzün oğlu isə Sumqayıtdakı tekstil fabrikinin başında durur. Başqa bir bacanaq da iş başında S.Mehdiyevin digər bacanağı Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük transport şirkətinin sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər. Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir. Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər. Görünən odur ki, dövlətin aidiyyatı qurumları S.Mehdiyevin gömrük sistemindəki bu maxinasiyalarına son qoymasa, onun bu cür qanunsuzluq və korrupsiya fəaliyyətləri hələ uzun illər də davam edəcək. Onun ölkəyə gətirilən viskilərin idxalına nəzarəti Mircavad adlı şəxsə həvalə etməsini barədə geniş araşdırmamız olacaq. Həmçinin, Mircavad adlı həmin şəxsin sahibi olduğu marketə işçi götürərkən, baş verən bir sıra ilginc məqamlar barədə məlumat verəcəyik. Qeyd edək ki, həmin işəgötürmə prosesi baş tutmasa da, Mircavad o hadisədən sonra 4 polisin müşaiyəti altında gəzir. Mənbə Səfər Mehdiyevin sərvətinin bir hisəsi barədə də məlumat verir. Onların bəzilərini diqqətinizə təqdim edirik: – Qusarda, Şamaxıda, Mərdəkanda villalar – Onkologiyanın yanında supermarket – Mərasim zalları – Gömrük Komitəsinin Hospitalının yanında diş klinikası – bacanağının oğlu işlədir – Badamdarda villası Və daha nələr, daha nələr…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Bu gün, 13:58 |
|
|
|
• "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Bu gün, 13:11 |
|
|
|
• Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Bu gün, 13:00 |
|
|
|
• Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Bu gün, 12:49 |
|
|
|
• İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Bu gün, 12:47 |
|
|
|
• Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Bu gün, 12:44 |
|
|
|
• Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Bu gün, 12:42 |
|
|
|
• AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Bu gün, 12:30 |
|
|
|
• Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Bu gün, 12:28 |
|
|
|
• Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Bu gün, 12:21 |
|
|
|
• "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Bu gün, 12:20 |
|
|
|
• Bayden korrupsiyada günahlandırılır
Bu gün, 12:00 |
|
|
|
• Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Bu gün, 12:00 |
|
|
|
• Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Bu gün, 11:42 |
|
|
|
• Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Bu gün, 11:34 |
|
|
|
• Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Bu gün, 11:31 |
|
|
|
• “Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Bu gün, 11:17 |
|
|
|
• İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Bu gün, 11:14 |
|
|
|
• İYİ Partiya DEM heyətini qəbul etmədi
Bu gün, 11:13 |
|
|
|
• AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Bu gün, 11:11 |
|
|
|
• Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Bu gün, 11:07 |
|
|
|
• Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Bu gün, 11:06 |
|
|
|
• Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Bu gün, 10:47 |
|
|
|
• Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Bu gün, 10:38 |
|
|
|
• “Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Bu gün, 10:36 |
|
|
|
• Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 10:33 |
|
|
|
• Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Bu gün, 10:29 |
|
|
|
• Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Bu gün, 10:26 |
|
|
|
• Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Bu gün, 10:15 |
|
|
|
• Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Bu gün, 10:10 |
|
|
|
• Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Bu gün, 09:59 |
|
|
|
• "Qoy yeni ildə də bizi güldürsün!" - REPLİKA
Bu gün, 09:52 |
|
|
|
• Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb
Bu gün, 09:47 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
Bu gün, 09:40 |
|
|
|
• 2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR - SİYAHI
Bu gün, 09:25 |
|
|
|
• Abşeronda satmadığı YER QALMAYIB... - İTTİHAM VAR...
Bu gün, 09:21 |
|
|
|
• "Qadına sahib çıxmaq kişinin borcudur"
Bu gün, 09:18 |
|
|
|
• Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• 14 saylı poliklinikada tibbi arayış zülmü - NARAZILIQ VAR...
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşın təcili tibbi yardım DƏRDİ... - AXI NİYƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Əmək pensiyasından tutulmalar nə qədər qanuni və əsaslıdır... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ - "Zavod-zad işlədirik?.."
Bu gün, 08:47 |
|
|
|
• "Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:37 |
|
|
|
• Keçmiş deputatdan rektora ATMACA... - "Şəkildən də görəcəksiniz ki..."
Bu gün, 08:34 |
|
|
|
• Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - KİV
Bu gün, 07:24 |
|
|
|
• Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Bu gün, 07:18 |
|
|
|
• “Bu halda Fransa təyyarələri vurula bilər” - Türk dövlətindən Parisə xəbərdarlıq
Bu gün, 07:12 |
|
|
|
• Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər - “Axios”
Bu gün, 06:56 |
|
|
|
• "Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı" - deputat
Bu gün, 06:34 |
|
|
|
|