Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... .....                     “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” .....                     Məktəbdə direktor və kollektiv arasında QALMAQAL .....                     “Mənə hücumu o sifariş edib” .....                     Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar .....                     Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub .....                     "Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma... .....                     Azərbaycanın bütün şərtləri ədalətlidir .....                     "Casus işi" üzrə məhkəmə başladı: Martin Ryan hakim qarşısında .....                     Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü .....                     "Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır .....                     Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil .....                     İran hədəf, Ermənistan vasitə: .....                     Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür .....                     “Bu həddə çatdırmaq lazım deyil” .....                     Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib .....                     COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA .....                     "Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" .....                     Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... .....                     Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu .....                     Hava bəzi yerlərdə arabir yağıntılı olacaq .....                     Tanınmış həkimdən qadınlara: .....                     Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib .....                     Sabiq maliyyə nazirinə hökm oxundu .....                     Xalq artistinin nəvəsi vəfat etdi .....                     Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... .....                     2024-cü ildə hansı ölkə xoşbəxt olub? .....                     Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... .....                     SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb .....                     Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb .....                     "Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" .....                     "Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... .....                     Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib .....                     Əsl erməni faciəsi və qəddarlığı... .....                     Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... .....                     Petrosyanın açıq etirafları... .....                     Novayaepoxa.com və Yenicag.info saytları .....                     Yəqin icra başçısı bundan xəbərsizdir... .....                     Bakı həbsxanasında .....                 

Məhkəmə hakimindən prezidentə şikayət olundu... - Müraciət
Tarix: 1-11-2018, 09:13 | Çap et
Məhkəmə hakimindən prezidentə şikayət olundu...
Rubrika.Az saytında 8 oktyabr 2018-ci il tarixində Maşallah Bayramov və Cəmil Ələkbərovun müraciəti əsasında “Həkimlə hakimin iş birliyi” başlıqlı yazı dərc olunmuşdu. Bir daha xatırladaq ki, şikayət məktubunda C. Ələkbərov bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldığını, bunun faktlarla tam sübuta yetirilməsinə baxmayaraq, məhkəmənin işi birtərəfli apardığını, onu aldadan şəxsləri müdafiə etdiyini bildirir.
C. Ələkbərov bildirir ki, “Bakı Medikal Plaza” Klinikası baş həkiminin sabiq müavini Qasımov Feyzulla və onun oğlu-qanunsuz hüquq xidmətləri göstərən, özünü hüquqşünas kimi təqdim edən, əvvəllər də dələduzluğa görə həbs olunan, hal-hazırda Bakı Şəhər Baş Polis İdarəsində barəsində dələduzluq maddəsi ilə istintaq gedən Rafael Qasımov əvvəlcədən əlbir olaraq onu və atasını vakansiya elan olunan yüksək vəzifələrə işə düzəltmək adı ilə aldadaraq 50 min dollar pulu öz kabinetlərində ondan alıblar. Feyzulla Qasımov zərərçəkənlərin etimadını qazanmaq üçün “əlim hər yerə çatır, Səhiyyə naziri ilə bağda tez-tez görüşürəm, oğlum Rafael hüquqşünas işləyir, sənədləşmə işlərində bizə kömək edəcək. Onun özünü də bu yaxınlarda icra başçısı qoyacaqlar, əmrin gözləyirik” deyərək onları aldadaraq əvvəlcədən planlaşdırılmış ssenari üzrə pullarını almışdır. Daha sonra zərərçəkənlər filmlərdə olduğu kimi növbəti aldatma səhnəsi ilə üz-üzə qalıblar. Özünü Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi Gülmirzə Poladov kimi təqdim edən şəxs Hüseyn Ələkbərova (C.Ələkbərovun atası) dəfələrlə zəng vuraraq Feyzullanın xahişi əsasında bu işlə məşğul olduğunu, nazirin də məsələdən xəbərdar olduğunu və bu yaxınlarda onları qəbul edəcəyini bildirib. F. Qasımov dəfələrlə onları nazirin qəbulu adı ilə Səhiyyə Nazirliyinə göndərib, lakin zərərçəkənlər saatlarla orda gözləməli olsalar da , sonra “nazirin qonağı var ,qəbul qaldı başqa vaxta” bəhanəsi ilə əliboş geri dönməli olublar. Lakin Gülmirzə Poladovun zəngləri və qurulan tamaşa nəticəsiz qalmayıb- zərərçəkənlər inanaraq 50 min dolları F. Qasımova veriblər. Pulu aldıqdan sonra G. Poladovdan zənglərin kəsildiyini görən zərərçəkənlər şübhələniblər və məsələni araşdırmaq üçün Səhiyyə Nazirliyinə gediblər. Bu zaman aydın olub ki, əslində onlara zəng edən heç G. Mirzəyev deyilmiş. “G.Poladovun otağına yaxınlaşıb hər dəfə bizə zəng olunan nömrəyə zəng vuranda telefonda cavab verənin əsl G.Poladov olmadığını başa düşdük. Çünki əsl G.Poladov otağında öz müavini ilə söhbət edirdi. Biz aldadıldığımızı anladıq. Məlum oldu ki, bizə G.Poladov adı ilə zəng vuran Feyzullanın hüquqşünas oğlu Rafael Qasımovdur. İfşa olduqlarını görən dələduz ata-bala yalvarmağa, pulu qaytarmaq üçün vaxt istəməyə başladılar.”
Zərərçəkənlərin şikayəti əsasında Xətai RPİ-də cinayət işi başlansa da cinayətkarlara qarşı heç bir tədbir görülməmiş, onlar azadlıqda qalmağa davam ediblər. Heç bir tədbir görülmədiyi üçün bu dəfə C. Ələkbərov Bakı şəhər prokuroru İlqar Abbasova müraciət edib, 2 dəfə özünün, müavinlərinin qəbulunda olub. Nəticədə iş Xətai RPİ-dən alınaraq Bakı şəhəri Baş Polis İdarəsinə verilib. Müstəntiq Rauf Məmmədov işə yenidən baxaraq cinayəti tam sübuta yetirib və Feyzulla Qasımov həbs olunub. İşin ssenari üzrə getmədiyini görən dəstənin başqa bir üzvü prosesə qoşulub. “Feyzullanın kürəkəni, BDU-nun hüquq fakültəsinin sabiq dekan müavini, professor Məhəmməd İmanlı prosesə qoşuldu. Məhəmməd İmanlı Bakı Şəhəri Baş Polis İdarəsinə gələrək müstəntiqin yanında cinayəti etiraf etdiyini və dəymiş 50 000 dollar ziyandan 20000 AZN ödəmək istədiyini, qalan pulu isə 1 aya ödəyəcəklərinə dair yazılı iltizam verdi. Nəticədə mən Feyzulla Qasımovun ev dustaqlığına buraxılmasına etiraz etmədim və o ev dustaqlığına çıxdı.”-deyə C. Ələkbərov bildirir.
F. Qasımov ev dustaqlığına çıxdıqdan sonra pulu ödəməkdən qəti şəkildə imtina edir. Məhəmməd İmanlı isə bildirib ki, “Feyzullanı türmədən çıxarmaq üçün belə etdik, sənə veriləsi pul yoxdur. Get bildiyini elə.” Şikayətçilər bildirir ki, ibtidai istintaq zamanı işin məhkəməyə getməməsi, həmçinin Feyzulla Qasımovun guya adına xələl gəlməməsi üçün onlara F. Qasımovun kürəkəni Məhəmməd İmanlı və oğlu Qasımov Rafael tərəfindən 30000 AZN pul ve mülki qaydada borc müqaviləsi təklif olunub. Onların növbəti ssenarisinə görə bu yolla cinayət işi polis idarəsində xitam olunmalı idi. Lakin bu dəfə zərərçəkənlər növbəti tələyə düşmür və qurama borc müqaviləsini imzalamaqdan imtina edərək pulun tamamını- 57552 AZN-i tələb edir.
C. Ələkbərov bildirir ki, bu dəfə ona təzyiqlər etməyə başlayıblar: “Razı olmayacağım təqdirdə bu 30000 AZN - i hansı hakimin qarşısına qoysalar Feyzullanı təmizə çıxaracağını, onların sözü ilə desək " açıb buraxacağını" dedilər.
Şikayətçilər Cəmil Ələkbərov və Maşallah Bayramov bildirir ki, Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə artıq bir ilə yaxındır ki, işə baxılsa da proses artıq demək olar ki, heç kəsə məlum olmayan səbəblərdən qəsdən uzadılır, süründürməçilik baş alıb gedir. Məhkəmə artıq yekunlaşsa da 2 aydır ki, çıxışlar mərhələsi uzadılır. Artıq dövlət ittihamçısı çıxış edərək dələduzluq faktının dəlillərlə sübuta yetirildiyini bildirərək 6 il həbs cəzası tələb edib. Lakin, məhkəmə prosesi “ötür-ötür” oyununa çevrilib, hər dəfə bir bəhanə ilə məhkəmə prosesi təxirə salınır.
“Süründürməçilik artıq bizi cana gətirib. Artıq bizdə belə qənaət yaranıb ki, Rafael Qasimovun mənə dediyi “Cəmil 30000 manat pulu götürüb bizdən əl çək, Məhəmməd İmanlı professordu, məhkəmə işçiləri hamısı onun tələbələri, dostlarıdır. Bu pulları hansı hakimin "qabağına atsa" atamı buraxacaq” sözləri içimizdə çox ciddi şübhələr yaradır. Çünki, dələduzluq faktı təkzibolunmaz dəlillərlə sübuta yetirilsə də məhkəmə açıq aşkar qarşı tərəfi müdafiə edir, işi qəsdən uzadır. İşin bu qədər uzadılmasının bir tərəfi də odur ki, müddət F. Qasımovun həbs müddətindən gedir. Qeyd etdiyimi kimi, hakim Cavid Hüseynovun məhkəmə prosesinə müdaxilə edə bilməsək də açıq şəkildə prosesin uzadılmasını açıq büruzə verir. Məhəmməd İmanlı prosesin belə gedişatından “ilhamlanaraq” deyir ki, məhkəmədə tamamilə bəraət alacam, hətta Cəmilə verdiyim 20 min manatı da geriyə alacam.
Onlar hər vasitə ilə şahidə təzyiq edirlər ki, öz ifadəsini dəyişsin. Şahidi dilə tutur, qorxudurlar ki, pulu F. Qasımova yox, Cavanşir adlı şəxsə verdiyini desin və bu yolla onu xilas etsinlər. Lakin, şahid faktı təkzib etmir və ifadəsini dəyişmir”-deyə şikayətçilər bildirirlər.
Redaksiyamıza zərərçəkənlər tərəfindən təqdim edilən səs yazısında Məhəmməd İmanlının şahidi dilə tutması öz əksini tapıb. Səs yazısında M.İmanlı şahidə bildirir ki, F.Qasımovu xilas etmək üçün o, pulu Cavanşirə verdiyini desin. Şahid isə bildirir ki, F. Qasımovla görüşəndə o pulların məhz ona neçə dəfəyə, harada, necə verildiyini bildirəcək. Şahid israr edir ki, “mən əsl həqiqəti F. Qasımova deyəcəyəm ki, pul sənə verilib, harada verilib, necə verilib.” Səs yazısında M. İmanlı vaxtın daraldığını, F. Qasımovun xilasının məhz şahidin ifadəsini dəyişməyində olduğunu həyacanla bildirir.
Şikayətçilər bildirir ki, onlar bu mütəşəkkil dəstənin heç də ilk qurbanları deyillər. Onların qurbanlarından biri də Vidadi Axundov olub. Onun şikayətindən sonra Rafael Qasımov Nəsimi RPŞ tərəfindən həbs olunub və dəymiş ziyanı ödəndikdən sonra ev dustaqlığına buraxılıb. Bu dəstənin daha bir qurbanı isə Dilqəm Eyvazovdur.
Qeyd edək ki, onlar digər zərərçəkən Maşallah Bayramovun oğlunu Prezident Aparatına işə düzəltmək adı ilə 34.000 ABŞ dolları pulunu almışlar. Bu faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində istintaq gedir. Lakin şikayətçilərin bildirdiyinə görə, onlara məlum olmayan səbəbdən bu “istintaq işi” də uzadılır.
“Biz ölkə başçısına, Birinci Vitse-prezident Mehriban xanıma, bütün hüquq-mühafizə orqanlarına müraciət edirik. Bu təhlükəli dəstəyə “dur” deyilməyənə qədər onların qurbanlarının sayı hər gün çoxalacaq. Hələ çox günahsız insanlar onların toruna düşərək qurban gedəcək. Yenə də qeyd edirəm ki, özləri dedikləri kimi artıq hakimlə də “anlaşmaya getməsi” bir insan olaraq mənim də içimdə şübhələr yaradır. Əks təqdirdə nədən sübuta yetirilmiş cinayət əməli C. Hüseynov tərəfindən aylardır ki, uzadılır. Bəlkə hakmiə bu qədər dələduzluq faktı azlıq edir, o yeni qurbanların olmasını da arzulayır.
Xahiş edirik ki, məsələni nəzarətə götürəsiniz. Onların azadlıqda qalması neçə-neçə vətəndaşın növbəti “qurban” olması təhlükəsini yaradır!” deyə müraciət müəllifləri kömək istəyirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Bu gün, 15:32
Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Bu gün, 15:22
“Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Bu gün, 15:16
Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Bu gün, 15:13
“Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Bu gün, 15:10
Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar - “Sağlığında yaxınlaşmayanlar indi şou göstərirlər”
Bu gün, 15:06
Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub - SƏRƏNCAM
Bu gün, 14:58
"Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma... - REPLİKA
Bu gün, 14:55
Azərbaycanın bütün şərtləri ədalətlidir - ŞƏRH
Bu gün, 14:52
"Casus işi" üzrə məhkəmə başladı: Martin Ryan hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 14:51
Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü - İsrafil Kərimovun yazısı
Bu gün, 14:47
"Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır
Bu gün, 14:44
Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil -RƏY
Bu gün, 14:02
İran hədəf, Ermənistan vasitə: - Cənubi Qafqazdakı təhlükəli ssenari
Bu gün, 14:00
Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür
Bu gün, 13:58
“Bu həddə çatdırmaq lazım deyil”
Bu gün, 13:04
Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib
Bu gün, 13:00
COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA – Bu ölümcül virus nədir, necə QORUNAQ?
Bu gün, 12:58
"Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55
Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... - Bakının cavabı ləngimədi
Bu gün, 12:47
Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu - GƏLİŞMƏ
Bu gün, 12:46
Hava bəzi yerlərdə arabir yağıntılı olacaq - belə deyirlər...
Bu gün, 12:42
Tanınmış həkimdən qadınlara: - Etməyin, çox iyrənc görünürsünüz!
Bu gün, 12:39
Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib - "Hürriyet"
Bu gün, 12:37
Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
Bu gün, 12:32
Xalq artistinin nəvəsi vəfat etdi - FOTO
Bu gün, 12:30
Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... - QAŞINIRLAR...
Bu gün, 12:29
2024-cü ildə hansı ölkə xoşbəxt olub?
Bu gün, 12:27
Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... - "Ölüm anında ani düşündüm ki..."
Bu gün, 12:22
SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb
Bu gün, 12:16
Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:03
"Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" - Tahir Kərimli AYNA-nı tənqid etdi
Bu gün, 11:57
"Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... - keçmiş nazir ŞƏRH EDİR
Bu gün, 11:51
Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib
Bu gün, 11:47
Əsl erməni faciəsi və qəddarlığı... - ƏLAHƏZRƏT FAKT!
Bu gün, 11:46
Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Bu gün, 11:45
Petrosyanın açıq etirafları... məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır
Bu gün, 11:37
Novayaepoxa.com və Yenicag.info saytları 8 yaşında
Bu gün, 11:35
Yəqin icra başçısı bundan xəbərsizdir... - YOXSA...
Bu gün, 11:32
Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18
İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16
“Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09
Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04
"Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01
Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Bu gün, 10:59
Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Bu gün, 10:58
“Lukaşenko məndən üzr istədi, dedi, zavodu vur” – Zelenski
Bu gün, 10:57
Prezident təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Bu gün, 10:55
Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır - DTX əməliyyatı
Bu gün, 10:54
Beynəlxalq “IQ” testinə görə Azərbaycan Gürcüstandan çox geridə qaldı... - Ermənistan isə...
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru