“Şüşəli bazar” sahibinin ölümündə Ziya Məmmədov izi - İDDİA
Tarix: 4-12-2017, 09:00 | Çap et
Bakıda iş adamı Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik rəsmən açıqlanmayıb. Olay iş adamının Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisindəki şəxsi mənzilində qeydə alınıb. Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mərhum Bakının Yasamal rayonu ərazisində yerləşən və “Şüşəli bazar” kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi idi. “Şüşəli bazar” sovet dönəmində Bakının Yasamal rayonunda tikilmiş ən məşhur ticarət obyektlərindən olub. Vaxtilə yüzlərlə insanın çalışdığı bazar 2005-ci ildə fəaliyyətini dayandırıb, satıcılar və işçilər buranı tərk edib. Q.Quliyev həmin dövrdən işsiz qalıb. Onun bazarı qanunsuzluqla əlindən alınmasına görə o dövrdə müxtəlif qurumlara müraciətlərinin olduğu deyilir. Bildirilir ki, Q.Quliyevin mübarizəsi nəticəsiz qalıb. 2010-cu ildə obyekt hasara alınıb. 2012-ci ilin aprel ayında isə bazar dağıdılıb.
Araşdırmalarımız nəticəsində o da məlum olub ki, ticarət mərkəzinin layihəsi “ARGON” MMC-yə məxsus olub. Mərkəzin tikintisini isə “GLASS Plaza” MMC sifariş verib.
O da məlum olub ki, sabiq nazir Ziya Məmmədova məxsus olmuş Bakı Beynəlxalq Avtovağzal Kompleksinin, ZQAN Holdinqin inzibati binasını, “Delfin” oteli, “Kəhrəba” restoranını və “Baghlan Group” FZCO-nun ofisinin layihəsi də “ARGON” MMC-yə məxsusdur. Bu, bazar sahibinin intiharında müəyyən ipucları verir. Belə iddialar var ki, “Şüşəli bazar” mübahisəsində və onun dağıdılmasında Ziya Məmmədovun iştirakı var. Məhz onun ucbatından Qulu Quluyevin bazarı əlindən çıxıb və müflis olub, sonda isə depressiyaya düşərək canına qıyıb.
Ziya Məmmədovun adı Q.Quluyevin intiharına qədər də çoxsaylı ölüm işlərinə qarışıb. İş adamı Füzuli Qasımovun Yasamal rayonunda yerləşən ofislərdən birində müəmmalı ölümündən sonra da sabiq nəqliyyat nazirinin adı gündəmə gəlmişdi. Məlum olmuşdu ki, F.Qasımovun Ziya Məmmədovun ailə şirkəti, oğlu Anar Məmmədovun idarə etdiyi “Garant holdinq”lə məhkəmə çəkişməsi olub. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilmişdi ki, 1974-cü il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyiti 2015-ci il martın 11-də, səhər saat 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdəki iş otağında aşkar olunub. Odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş nəticəsində ölməsi ilə əlaqədar Yasamal rayon prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlansa da, sonradan iş xitam olundu. Yaxınları isə onun intihar etməsinə şübhə ilə yanaşırdılar. Deyirlər ki, F.Qasımovda silah olmayıb. Bu, şübhələrin heç də əsassız olmadığını söyləməyə əsas verir. F. Qasımovun tikinti obyektlərini əsasən sementlə təchiz etdiyi bildirilir. Qeyd edilir ki, onun tərəfdaşlarından biri ilə aralarında maliyyə məsələləri ilə bağlı ciddi mübahisə yaranıb. F.Qasımov tərəfdaşından yaranmış 500 min dollarlıq borcun qaytarılmasını tələb edib. Müəmmalı ölümündən əvvəl ciddi problemləri, daha konkret desək, bəzi biznes tərəfdaşları ilə pula görə mübahisələri yaranıbmış. Həmin tərəfdaşlarının F.Qasımova 500 min dollar borcu varmış. Mübahisə də buna görə yaranıbmış. F. Qasımov Bakıda tanınmış iş adamlarından olub. Ona məxsus olan və Goranboyda yerləşən “Goranboy gips” 2 il əvvəl zorakılıqla əlindən alınıb, buna görə iş adamının külli miqdarda borcu yaranmışdı. “Yeni Müsavat” 2012-ci ildə “Nazir oğlunun şirkəti ”Goranboy Gips"i ələ keçirdi" sərlövhəli yazıda bu haqda məlumat verib. Həmin yazıdan bəzi hissələri təqdim edirik.
Həmin vaxt Füzuli Qasımov qəzetimizə demişdi: “Ziya Məmmədov milyardlarını artırmaq üçün qabağına çıxan obyektləri ələ keçirir. Müəssisəmizin işini zor gücünə dayandırdılar. Bu adamlar üçün məhkəmə qərarları sadəcə kağız parçasıdır. Bütün qanuni vasitələrdən istifadə edib bizə qarşı atılan qanunsuz addımlara qarşı mübarizə aparacağıq”.
F.Qasımovun rəhbərlik etdiyi “Goranboy Gips” ASC tikinti materialları bazarında xüsusi çəkisi olan müəssisə olub. Müəssisə 1992-ci ildə işə başlayıb, 2001-ci ildə II Özəlləşdirmə Proqramı zamanı özəlləşdirilib. 2006-cı ildə F.Qasımov qondarma ittihamla saxlanılıb, ASC-nin fəaliyyətdə olduğu ərazidəki gips karxanası iki mərhələdə F.Qasımovdan alınaraq “ZQAN Holdinq”ə (hazırda “Garant” Holdinq adlanır - E.M.) daxil olan “Azbentonit” MMC-yə verilib. Müəssisənin 50 faiz səhmi təzyiqlə ondan alınaraq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan “ZQAN”a verilib. Bir müddət əvvəlsə ASC-ni Qasımovdan tam almaq üçün qarşı tərəf addımlar atmağa başlayıb. Belə bir vaxtda F.Qasımov müəmmalı şəkildə ofisində dünyasını dəyişmişdi.
Maraqlıdır ki, sabiq nazirin adı hallanan çoxsaylı cinayət işləri bu gün də araşdırılmamış qalmaqdadır. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44 |
|
|
|
• Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41 |
|
|
|
• 2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36 |
|
|
|
• Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
• Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24 |
|
|
|
• Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20 |
|
|
|
• Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16 |
|
|
|
• Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15 |
|
|
|
• Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09 |
|
|
|
• Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59 |
|
|
|
• Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58 |
|
|
|
• İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52 |
|
|
|
• “Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50 |
|
|
|
• İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42 |
|
|
|
• Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41 |
|
|
|
• Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40 |
|
|
|
• Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38 |
|
|
|
• Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38 |
|
|
|
• “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35 |
|
|
|
• Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30 |
|
|
|
• “Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20 |
|
|
|
• Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18 |
|
|
|
• SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14 |
|
|
|
• Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00 |
|
|
|
• Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54 |
|
|
|
• İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43 |
|
|
|
• Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41 |
|
|
|
• Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36 |
|
|
|
• Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34 |
|
|
|
• İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27 |
|
|
|
• Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26 |
|
|
|
• Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15 |
|
|
|
• "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14 |
|
|
|
|