"Onunla da dəfələrlə danışsam da, nəticəsiz qaldı" - GİLEY
Tarix: 1-12-2017, 08:51 | Çap et
Son vaxtlar aliment ödəməkdən boyun qaçıran ataların sayı artıb. Bu isə boşanan qadın və övladları üçün ciddi problemə çevrilib. Çünki elə qadınlar var ki, övladlarını həmin alimentlə dolandırır. Alimenti ala bilməyəndə isə maddi çətinlik çəkir. Qanunvericiliyə görə icraçılar borclu şəxslərin ölkədən getmə hüququnu məhdudlaşdıra, əmlakına həbs qoya, borcu əmək haqqına yönləndirə bilərlər. Borclu şəxs həbsxanada olduqda və ya ölkədən kənara çıxdıqda isə aliment borcu nənə və ya babadan alınır. Ailə Məcəlləsində və digər hüquqi aktlarda alimentin ödənilməsindən azad edən heç bir müddəa yoxdur. Amma son illərin mənzərəsi onu göstərir ki, boşanmış kişilərin çoxu alimenti ödəməkdən yayınır.
Bununla belə məhkəmə icraçıları da öz vəzifələrini yerinə yetirmirlər. İllərlə yığılıb qalmış aliment borclarının öhdəsindən nə məhkəmə, nə də qanunlar gələ bilir. Alimentin ödənilməsi üçün isə alternativ yol yoxdur. Ölkə qanunlarına görə, aliment ödəməyən şəxs ən sərt formada, hətta həbs olunmaqla belə cəzalandırılır. Sözügedən məsələ ilə bağlı Nəsimi rayon Mir Cəlal küçəsi, 31 ünvanında yaşayan İlhamə Kərimova “Cümhuriyət” qəzetinə müraciət edib.
Şikayətçi müraciətində 2008-cı ildə həyat yoldaşı Ağsu rayon sakini Mehman Kərimovdan məhkəmə qaydası ilə boşandığını və himayəsində biri qız, biri oğlan olmaqla iki övladının olduğunu deyib. İlhamə Kərimovanın sözlərinə görə, 2013-cü ildən bu günə kimi keçmiş həyat yoldaşı məhkəmə qərarı ilə nəzərdə tutulmuş alimenti ödəmir: “2008-cı ildə məhkəmə qərarı ilə boşanmışıq. Keçmiş yoldaşım 2013-cü ilə qədər aliment ödəsə də, 4 ildir ki, bu pulu verməkdən imtina edir. Məhkəmə icraçıları da bu məsələyə müdaxilə edə bilmirlər. Bir sözlə Ağsu rayonu məhkəmə qərarlarının icra şöbəsi məhkəmə qərarlarını icra etmək istəmir, süründürməçiliklə məşğuldur. Dəfələrlə bu işlə əlaqədar Ağsu rayonuna getmişəm. Ağsu rayon məhkəmə qərarlarının icra şöbəsinin əməkdaşları Rövşən, Elman, Xəyyam və Elçin - bu məsələnin icrası ilə məşğul olduqlarını bildirsələr də, məhkəmə tərəfindən verilmiş qərarın icrası üçün üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmirlər. Birinci aliment işi ilə Rövşən müəllim məşğul olurdu. O müddətdə keçmiş həyat yoldaşım 28 gün həbs olundu.
Həbs müddəti başa çatdı və o, sərbəst buraxıldı. Amma alimentdən xəbər çıxmadı. Sonra iş Elman müəlimə verildi. Onunla da dəfələrlə danışsam da, nəticəsiz qaldı. Sonra iş Xəyyam müəllimə verildi. Xəyyam müəllim hər telefon danışığımızda alimentin veriləcəyinə dair müxtəlif vədlər verirdi. Hətta keçmiş yoldaşımın axtarışa verildiyini, bu işlə yaxından maraqlandığını da deyirdi. Nəticəsiz qalan bu məsələdən yorulub, Ədliyyə Nazirliyinin əməkdaşı Nüsrət müəllimlə görüşdüm. Vəziyyəti ona anladandan sonra o, Xəyyam müəllimə zəng etdi və işə dərhal baxılması tapşırığını verdi. Üstündən iki həftə keçdi, yenə bir xəbər çıxmadı. Məcbur olub iradlarımı Nüsrət müəlimə bildirdim. O, isə dedi ki, iş baxılması üçün yeni məhkəmə icraçısı olan Elçinə tapşırılıb. Elçin müəllimlə danışanda bildirdim ki, belə çıxır bu dəfə də onunla 5-6 ay danışacam, amma iş elə dəyişməz qalacaq. Amma o mənə məsələni həll edəcəyinə dair söz verdi. Həmin məhkəmə icraçısının da vəd etdiyi müddət ötüb, amma ortada nəticə yoxdur.
Mənə elə gəlir ki, məhkəmə qərarının icrasına nəzarət etməli olan bu şəxslər kimlərəsə havadarlıq edirlər. Əziyyət çəkən isə mənəm. İki tələbə övladımla çətin vəziyyətdəyəm. Onların təhsil xərclərini, dolanışığı və digər xərcləri ödəyə bilmirəm. Hər övladıma görə 100 manat aliment kəsilib. Amma bunu görmürük. Anlamıram tez-tez dəyişən məhkəmə icraçıları bütün günü evimin ətrafında dolanan Mehman Kərimovu tapa bilmirlər ki, onu axtarışa verirlər? Dəfələrlə sərxoş vəziyyətdə evimə gəlib məni təhqir edir... Aliment məsələsi həll edilmirsə, o zaman qanunu pozan məmurlar cəzalandırılsın. Mehman Kərimovu alimenti ödəmədiyinə görə inzibati mənsuliyyətə cəlb edib, sonra da azad etmək məsələni həll etmək deyil. Konkret bu adam alimenti ödəməlidir. Bunun bir yolu olmalıdır”.
Ağsu Rayon Məhkəmə Qərarlarının İcrası şöbəsinin əməkdaşı Elçin Əmirov şikayətlə bağlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Mehman Kərimov qeydiyyatda olduğu ünvanda yaşamadığına görə onunla əlaqə qurmaq mümkün olmur: “Biz artıq onu axtarışa vermişik. Hər icraçı öz rayonu üzrə cavabdehdir. O burada yaşamırsa, xanım ərizə yazmalıdır və mən onu Bakıya göndərməliyəm. Yaxud da ki, axtarışa verilməlidir ki, faktiki yaşadığı yerdən polis onu tapıb gətirsin. Amma konkret olaraq o adam axtarışa verilib, yəqin ki, 5-10 günə nəticə məlum olacaq. O şəxs bir dəfə də inzibati şəkildə həbs olunub.
Axtarış nəticəsində tutulub gətiriləcək və qanun çərçivəsində onunla bağlı tədbir görüləcək. Barəsində inzibati məsuliyyət, cərimə və ya cinayət məsuliyyəti seçilə bilər. Amma bu şəxsin faktiki olaraq 4 minə yaxın aliment borcu var. Ona yenidən cərimə kəsilməsi düzgün deyil. Ola bilsin ki, 30 sutkalıq həbs olunsun. Amma hər şeydən əvvəl xanım onun cinayət məsuliyyətinə cəlb olunması üçün bizə müraciət etməlidi. Mən il yarımdı bu işlə məşğulam. Xanım isə mənə yeni müraciət edib. Mənim bundan əlavə də aliment işlərim var. Hamısı da problemlidir. Əgər vətəndaş mənə müraciət etmirsə, mən onun dalınca düşə bilmirəm. Hamısını nəzarətdə saxlamaq mümkün olmur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44 |
|
|
|
• Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41 |
|
|
|
• 2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36 |
|
|
|
• Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
• Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24 |
|
|
|
• Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20 |
|
|
|
• Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16 |
|
|
|
• Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15 |
|
|
|
• Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09 |
|
|
|
• Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59 |
|
|
|
• Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58 |
|
|
|
• İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52 |
|
|
|
• “Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50 |
|
|
|
• İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42 |
|
|
|
• Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41 |
|
|
|
• Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40 |
|
|
|
• Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38 |
|
|
|
• Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38 |
|
|
|
• “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35 |
|
|
|
• Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30 |
|
|
|
• “Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20 |
|
|
|
• Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18 |
|
|
|
• SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14 |
|
|
|
• Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00 |
|
|
|
• Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54 |
|
|
|
• İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43 |
|
|
|
• Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41 |
|
|
|
• Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36 |
|
|
|
• Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34 |
|
|
|
• İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27 |
|
|
|
• Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26 |
|
|
|
• Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15 |
|
|
|
• "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14 |
|
|
|
• Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11 |
|
|
|
|