Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                     Paşinyan Putinlə vidalaşır .....                     İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək .....                     Bakı İrəvandan istədiyini bu yolla alacaq .....                     Avropa yenə burnunu Ermənistana SOXDU: .....                     Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı .....                     Mərdan Əliyev vəzifəsindən azad edildi .....                     Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir .....                     Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" .....                     "Cənab Prezident mənə böyük etimad göstərib" .....                     Açıq mesajın şifrəsi .....                     Xamenei Azərbaycandan üzr istəməlidir! .....                     Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır .....                     “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib .....                     Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər .....                     Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq? .....                     “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” .....                     Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... .....                     İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi .....                     Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... .....                     Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib .....                 

Avropadan Bakıya mühüm jest - savaş haqqımız təsbit edildi
Tarix: 27-11-2017, 09:04 | Çap et
Avropadan Bakıya mühüm jest
Brüsseldə Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” sammiti başa çatdı. Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı sammitin yekun bəyannaməsində ölkəmiz də daxil, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsbit edildi. Erməni tərəfinin cəhdlərinə rəğmən, sənəddə məhz Azərbaycanı qane edən yanaşma əksini tapdı. Təşkilat tərəfdaş ölkə kimi Azərbaycanın da ərazi bütövlüyünü və suverenliyini dəstəklədi.

Bu, AB-nin Azərbaycana, Dağlıq Qarabağ probleminə yanaşmasında kifayət qədər mühüm jesti kimi yadda qalacaq. Hər necə olmasa, işğalçı tərəf ümidli idi ki, sənədə ərazi bütövlüyümüzü şübhə altına alacaq bəndin daxil edilməsinə nail olacaq. Söhbət sənədə Dağlıq Qarabağ erməniləri üçün “öz müqəddəratını təyinetmə” prinsipinin daxil edilməsindən gedirdi. Göründüyü kimi, düşmən tərəfin arzusu ürəyində qalıb.

“Brüssel sammitinin Azərbaycan üçün çox faydalı keçdiyini düşünürəm”. Bu sözləri “Şərq Tərəfdaşlığı” sammitinin yekununu dəyərləndirən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Birgə Bəyannamənin Qarabağ məsələsinə təsirinə gəldikdə, politoloq qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mübarizədə öz istəyinə nail oldu və bu, Bakı üçün çox vacib idi. “Hesab edirəm ki, ən böyük uğur məhz bundan ibarətdir”, - deyə o əlavə edib.

“Avropa bununla nümayiş etdirdi ki, o, dünyanın hər hansı bir nöqtəsində olan separatizmə qarşı mövqe sərgiləyir və separatizmin dirçəlməsinə imkan verməyəcək”.

Bu sözləri isə Axar.az-a politoloq Qabil Hüseynli Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində qəbul edilən Birgə Bəyannaməyə münasibət bildirərkən deyib. O bildirib ki, bu çox böyük, tarixi bir addım idi.

“Azərbaycan tərəfi bu sənədin təkmilləşdirilməsində iştirak edərək, orada olan lüzumsuz maddələrin çıxarılmasına nail oldu. Bütövlükdə dövlətlərin ərazi bütövlüyü prinsipi yekun bəyənnamədə özünün hərtərəfli əksini tapdı. Azərbaycan bu müqaviləyə imza atmaqla, özünün gələcək uğurlarına böyük töhfə verdi. Bundan sonra Dağlıq Qarabağ probleminin həllində ciddi hüquqi baza formalaşdırmaq mümkün olacaq. Azərbaycan eyni zamanda Şərq Tərəfdaşlığı proqramına rəsmən qatıldı və bununla da bir sıra imtiyazlar və üstünlüklər əldə etdi”, - deyə Hüseynli qeyd edib.

Politoloq onu da vurğulayıb ki, Azərbaycan özünün qərbyönümlü xarici siyasət xəttini bu imzanı atmaqla bir daha təsdiq etmiş olub: “Bundan sonra Azərbaycanın qarşısında yeni perspektivlər açılır. Bu müqaviləyə imza atmaqla Azərbaycan həm Avropa ölkələrinə vizasız gediş-gəliş məsələlərini tənzimləyəcək, həm də Avropa ilə imtiyazlı ticarət əlaqələrinin qurulmasında bir çox üstünlüklər əldə edəcək. Çünki indiyə qədər dövlət tərəfindən Avropadan yalnız lazım olan malların alınması və satılması həyata keçirilirdisə, bundan sonra gömrük rüsumlarının azaldılması nəticəsində Azərbaycanın ən modern və müasir texnologiyaları, sənaye, eləcə də ilkin tələbat məhsullarını əldə etməsi daha da asanlaşacaq. Bununla da Azərbaycan Qərb ölkələri ilə ticarət əlaqələrini xeyli artırmış olacaq”. O, bu müqaviləni imzalamaqla, Azərbaycanın AB-yə, NATO-ya yolunun açılacağını da söyləyib.

*****

Bu arada Avropa Birliyi Azərbaycana Dağlıq Qarabağla bağlı ikinci pozitiv jestini də edib. Məlum olub ki, Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğunun rəsmi internet səhifəsində bazara giriş haqqında məlumat bazasında AB şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət ilə bağlı xəbərdarlıq yerləşdirilib.

Xəbərdarlıqda deyilir: “Azərbaycan qanunvericiliyinə əsasən Dağlıq Qarabağ və/və ya ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa Birliyi şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev haqlı olaraq, bu xəbərdarlıq mətnindəki Azərbaycan qanunvericiliyinə istinad edilməsinin işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın yurisdiksiyasının tanınması anlamına gəldiyini deyib. Onun sözlərinə görə, Avropa Komissiyasının bu xəbərdarlığı AB-nin fiziki və hüquqi şəxslərinin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycanın legitim tələblərinin yerinə yetirilməsi istiqamətində atılmış ilkin addımdır.

XİN sözçüsü bunu da xatırladıb ki, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində AB tərəfindən Azərbaycanla bağlı siyasi qərarlar qəbul edilərkən AB-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin (EUSR) ofisinin rəyi əsas götürülür. EUSR öz fəaliyyətində Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinə (AB-yə üzv ölkələrinin səfirləri) hesabat verir və ondan tövsiyələr alır. “Bu isə o deməkdir ki, harada dərc olunmasından asılı olmayaraq yuxarıdakı xəbərdarlığa bütün AB üzv ölkələri birmənalı şəkildə riayət etməlidir. Əcnəbi hüquqi və fiziki şəxslərin işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi-ticari fəaliyyətindən çəkindərilməsinin vacibliyi ilə bağlı ölkəmizin üzv olduğu Avropa təsisatlarında aparılan müzakirələr zamanı yuxarıdakı xəbərdarlıqdan istifadə edilməsi prinsipial mövqeyimizin irəlilədilməsi istiqamətində yardımçı rol oynaya bilər”, - deyə Hikmət Hacıyev qeyd edib.

Bəzi məlumlara görə, işğal altındakı Dağlıq Qarabağda qanunsuz biznes fəaliyyəti göstərən şirkətlər əsasən Fransaya aiddir. Fransa isə AB-nin aparıcı dövlətlərindən biri, üstəlik, vasitəçi ölkədir - ATƏT-in Minsk Qrupunun həmsədridir. Demək, xəbərdarlıq ilk növbədə ona ünvanlanıb. Bəs nəticə çıxarılacaqmı? Bunu yəqin ki, zaman göstərəcək. Yeri gəlmişkən, bu günlərdə Dağlıq Qarabağdakı kriminal rejimin başçısı Bako Saakyan başının dəstəsi ilə Fransada olub, görüşlər keçirib, işğal rejimini daha da möhkəmlətmək üçün orada ianələr toplayıb. Rəsmi Paris isə bu qanunsuzluqlara faktiki olaraq, reaksiya verməyib.

*****

Ötən həftəsonu AB-nin Azərbaycanla bağlı qeyd etdiyimiz iki mühüm qərarı Azərbaycan diplomatiyasının nəfinə yazıla bilər. Bu, həmçinin təcavüzkara aydın mesajdır ki, öz radikal mövqeyindən əl çəkməzsə, davamlı sülhə və iqtisadi inkişafa nail ola bilməyəcək, işğal altındakı Dağlıq Qarabağ bölgəsi də “qara dəlik” kimi dünyaya inteqrasiya olunmayacaq - Ermənistan AB ilə çərçivə sazişi imzalasa belə.

Ən önəmlisi odur ki, Avropa bununla Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa eləmək üçün son variant olaraq hərb yoluna əl atmaq haqqını da tanıyır. Bu isə həm də işğalçı Ermənistana xəbərdarlıqdır. O Ermənistan ki, orada blokada şəraitinin məntiqi diktəsi olaraq əhalinin iqtisadi durumu və dolanışığı ilbəil daha da ağırlaşır. Bunu erməni iqtisadçı ekspertləri də etiraf edirlər.

“Ermənistanda 2018-ci ildə vətəndaşların yaşayış səviyyəsi daha da ağırlaşacaq”. Ölkənin tanınmış iqtisadçısı Vilen Xaçatryan 2018-ci il üçün nəzərdə tutulun dövlət büdcəsinə münasibət bildirərkən belə deyib (Report). Onun sözlərinə görə, mövcud durumda müəyyən edilən büdcə siyasəti həyata keçirilməlidir.

“Məsələn, inflyasiya varsa, təqaüdlər və maaş, eləcə də əhalinin aztəminatlı təbəqəsinin sosial yardımları artırılmalıdır. Bunların heç birinə Ermənistanda əməl edilmir. İndeksasiyanın tətbiq edilməməsi isə 2018-ci ildə ölkə əhalisinin yaşayış səviyyəsini ağırlaşdıracaq, alıcılıq qabiliyyəti aşağı düşəcək. Bu isə öz növbəsində deflyasiya yaradacaq”, - deyə o qeyd edib.

Aydındır ki, erməni iqtisadçının söylədikləri səbəblər yox, nəticələr kateqoriyasına aiddir. Nədən ki, əsas səbəb həlli uzanan Qarabağ məsələsidir. Konfliktin nizamlanması uzandıqca Ermənistanın blokadası da davam edəcək - burası şəkk-şübhəsizdir. Demək, işğalçı ölkənin iqtisadi, demoqrafik durumu da pisləşməkdə davam edəcək, ölkədən kütləvi köç dayanmayacaq, işğalçı ordu daha şərt şəkildə çağırışçı problemi yaşayacaq.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44
Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42
Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39
Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24
Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22
“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19
Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14
İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05
Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03
Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56
Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33
Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58
Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34
Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11
Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04
"Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03
Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00
İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru