Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                     Paşinyan Putinlə vidalaşır .....                     İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək .....                     Bakı İrəvandan istədiyini bu yolla alacaq .....                     Avropa yenə burnunu Ermənistana SOXDU: .....                     Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı .....                     Mərdan Əliyev vəzifəsindən azad edildi .....                     Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir .....                     Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" .....                     "Cənab Prezident mənə böyük etimad göstərib" .....                     Açıq mesajın şifrəsi .....                     Xamenei Azərbaycandan üzr istəməlidir! .....                     Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır .....                     “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib .....                     Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər .....                     Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq? .....                     “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” .....                     Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... .....                     İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi .....                     Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... .....                     Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək .....                     Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... .....                     Ermənistan sülh istəmirsə, bizə də lazım deyil .....                     Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü .....                 

Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir - “Başçı mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə...”
Tarix: 14-11-2017, 08:32 | Çap et
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
“Ramiz Yediyarov 2013-cü ildə obyektimin qarşısını kərpiclə hördürdü. Şikayət etdim, özünə də xəbər göndərdim ki, bu mənim işimə ziyan edir. Qışın günü gətirib hördürdüyü daş hasarın önünə ağaclar əkdirdi. 6 ildir ki, normal fəaliyyət göstərməyimizə mane olur. Gədəbəy dağlıq rayondur, düşmənlə üz-üzəyik. Rayonu tərk edib heç hara getmək fikrimiz olmayıb. Başımızı aşağı salıb işimizi görürük, başçı imkan vermir” - rayon sakini Fəxrəddin Fərəməz oğlu Bağırov belə deyir.

Başçıdan sahibkara qarşı “troya atı” gedişi və fiaskosu

Onun sözlərinə görə, Ramiz Yediyarov başçı təyin olunandan sonra ona da xəbər göndərib: “Gəlib köməklik istədilər, dedik ki, imkanımız çatandan etməyə hazırıq. Amma bizdən gücümüzdən 10 dəfə artıq kömək istədilər, edə bilmədik. Bundan sonra illərdir ki, bizim işimizə ən müxtəlif maneələr törədilir. Ramiz Yediyarov 2013-cü ildə gətirib obyektimin qarşısına çəkdirdiyi kərpic hasarın üstünə cənab prezidentin sözləri yazılmış plakat yapışdırdı. Bunu həmin vaxt etdi ki, mən həmin hasarın sökülməsi ilə bağlı müxtəlif qurumlara, ölkə rəhbərliyinə şikayətlər edirdim. Dedim ki, prezidentin sözləri yazılan plakatla işimə ziyan vurduğunu düşünürsə, mən bunu ziyan bilmirəm. Günlərin birində isə həmin plakatı gecə yarısı kommunal xidmət əməkdaşları oğurlatdırdı. Bunu ona görə etdirmişdi ki, sonradan desinlər ki, guya plakatı mən sökdürmüşəm və mənim həbsim üçün əsas yaransın. Plakat oğurluğunun videosu obyektin nəzarət kameralarına düşmüşdü və həmin videonu da əlavə etməklə müvafiq qurumlara şikayət etdim. Bundan sonra Ramiz Yediyarov xəbər göndərdi ki, mənimlə işi olmayacaq, barış təklif etdi. Razılaşdıq. Amma hasarı yenə də sökmədi.

“Şikayətimə cavab yazdı ki...”

2017-ci ildə mənim obyektimin qarşısına çəkilən hasarın sökülməsi ilə bağlı şikayətimə cavab yazır ki, hasarı guya özüm çəkdirmişəm. Ətrafından da dedilər ki, sökə bilər. Mən də sökdürdüm. Gədəbəydəki bütün dövlət idarələrini üstümə qaldırdı. Obyektimə basqın təşkil etdirdi. Ölkə rəhbərliyinin bu işdən xəbər tutmaması üçün məni təcrid etməyi planlaşdırırdılar və hansısa bəhanə edib müvəqqəti həbs edəcəklər. Ona görə də basqından əvvəl və basqın vaxtı obyektimə yaxınlaşmadım. Axşam düşdükdə isə rayonu tərk edib əvvəl Gəncəyə, sonra isə Bakıya gəldim".

“Başçı mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə...”

Sahibkar deyir ki, rayon icra hakimiyyəti tərəfindən özünə qarşı törədilmiş cinayətlərlə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib:

“Hörmətli cənab prezidentin ”Sahibkarlıq sahəsində yoxlamaların 2021-ci ilədək dayandırılması" haqda 3 noyabr 2017 -ci il tarixli fərmanının mürəkkəbi qurumayıb. Rayon icra hakimiyyəti başçısının mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə, açıq cinayət əməllərinə yol verməklə dayandırması rayondakı olan-qalan sahibkarları da dəhşətə gətirib. Mənə qarşı qanunsuzluqla bağlı ölkə rəhbərliyinə hər müraciətimdən sonra Ramiz Yediyarovun mənə qarşı yol verdiyi cinayətlər daha da şiddətlənib. Əgər əvvəl obyektimin qapı və pəncərələri hörülmüşdüsə, ilk müraciətdən sonra ağır texnika ilə obyektimin yan divarları uçuruldu, obyektin qarşısından ikinci bir hasar çəkildi, obyektin içərisinə hücum edilərək işçilər uzaqlaşdırıldı və faktiki olaraq obyekt qəsb edildi. Bütün bunlarla bağlı ölkə rəhbərliyinə 2-ci müraciətimdən sonra isə Ramiz Yediyarov ölkə tarixində bənzəri olmayan daha ağır cinayətə yol verdi. Belə ki, obyektimin yeganə yolunun darvazalarını sökərək yerini hasarlatdı. Nəticədə mənə aid olan bütün maşın, texnika, mallar obyektin içində qalmaqla obyektə giriş tamamilə bağlanıb. Əvvəlcədən deyim ki, obyektdə baş verə biləcək yanğın və digər hadisələrlə bağlı məsuliyyət bütünlüklə başçının üzərinə düşür".

Sahibkar deyir ki, Gədəbəydə hər kəs Ramiz Yediyarovun ona qarşı cinayətlərinin nə ilə sonuclanacağını böyük maraqla izləyir: “Mənə qarşı hikkəli addımlar faktiki olaraq bütün sahibkarları çaşqın duruma salıb. Bu gün mənim başıma açılan müsibəti Ramiz Yediyarov rayonda istənilən sahibkarın başına gətirə bilər. Çünki bu adam ölkə rəhbərliyinin sahibkarlığın inkişafı ilə bağlı atdığı addımlara zidd hərəkətləri ilə az qala öyünür. Obyektim qızılçıxarma şirkətinin lap yaxınlığındadır, orada işləyən xarici vətəndaşlar bu cür açıq cinayəti görüb ölkəmiz haqda hansı təsəvvürə sahiblənirlər? Bunu Yediyarov düşünürmü? Yol verilən cinayətin rayona sərmayə yatırmaq istəyən nə qədər yerli və xarici investoru fikrindən daşındırdığını bu şəxs anlayırmı? Ölkə rəhbərliyindən xahiş edirəm ki, bir sahibkar olaraq mənə qarşı törədilən açıq-aşkar cinayətin araşdırılmasına göstəriş verilsin. Obyektimin yolu tamamilə bağlanıb, giriş yoxdur, içəridə sement, boya zavodlarına məxsus istifadə müddəti məhdud olan, nisyə alınmış on min manatlarla qiyməti olan mal qalıb. Obyektin işçiləri işlərindən olublar, özüm təhkükəsizliyimizə təminat olmadığına görə rayonu tərk etmişəm”.

“Onun kimə güvəndiyini bilmirəm”

Sahibkar deyir ki, başçının göstərişi ilə ona qarşı törədilən cinayət ölkədə Konstitusiya gününə təsadüf edib: “49 yaşım var. Biri 8 aylıq olmaqla, 2 körpə uşağım var. Mən Yediyarova görə bu yaşımda rayondan köçməliyəm? Ramiz Yediyarovun və onun adamlarının cinayət əməllərinin əks olunduğu çoxlu sayda foto və videoqeydləri də təqdim edirəm. Bu qeydlərdən sonra obyektin işığı kəsilib ki, həmin vaxt əraziyə gələrək cinayətə birbaşa rəhbərlik edən icra başçısı nəzarət videokameralarının obyektivlərinə tuş gəlməsin. Başçı ölkə rəhbərliyinin fərman və sərəncamlarına məhəl qoymur. Onun kimə güvəndiyini bilmirəm. Ümid edirəm ki, müraciətlərim ölkəmizin inkişafı üçün gecə-gündüz çalışan ölkə rəhbərliyinin diqqətindən kənar qalmayacaq”.

Sahibkar obyektinin qanuni sənədlərinin olduğunu və həmin sənədlərin qanuniliyi haqda R.Yediyarovun iddialarının doğru olmadığını da diqqətə çatdırıb. Redaksiyamıza həmin sənədləri də təqdim edib.

P.S Məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti rəsmilərinin və Ramiz Yediyarovun da mövqeyini dərc etməyə hazırıq.
\\musavat.com\\

Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44
Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42
Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39
Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24
Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22
“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19
Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14
İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05
Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03
Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56
Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33
Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58
Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34
Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11
Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04
"Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03
Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00
İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54
Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52
Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51
Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru