Gəncənin icra başçısının “sağ əli”nin əməlləri barədə yeni faktlar - İTTİHAM
Tarix: 13-11-2017, 08:53 | Çap et
Baş Prokurorluq Gəncə İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin sektor müdiri Gülnar Günəşlinin idarə rəisi Məharət Mustafayevin ona qarşı qanunsuzluqları araşdırdığı bir vaxtda yeni əməlləri üzə çıxıb.
Redaksiyamıza müraciət edən Rusiya vətəndaşı Tutu Gürzalı qızı Əhmədova M.Mustafayevin 100 min dollar pul aldığını, əvəzində torpaq ayrılacağını, lakin aldadıldığını deyir. 57 yaşlı Tutu Əhmədovanın sözlərinə görə, 2013-cü ildə vətənə dönüb və əlindəki 100 min dollar vəsaitlə torpaq almaq fikrinə düşüb. Həmin vaxt Gəncə şəhəri, Nizami rayonunun icra başçısı olan Məharət Mustafayevlə alqı-satqı haqda danışıq aparıb. İcra başçısı qadına torpaq sahəsini göstərib, heç bir sənəd verilmədən əlindən 100 min dollarını alıb. M.Mustafayev sonrakı 1 il ərazində torpağın sənədlərini T.Əhmədovaya verəcəyini bildirib: “Torpağı alarkən həyat yoldaşımın dostu Asim Kazımovdan və Eynulla Kərimovdan kömək istəmişdim. Onlar da məni Nizami rayonunun icra başçısı olan Məharət Mustafayevlə tanış etmişdilər. Aparıb ”Avtozavod" qəsəbəsindəki həmin torpağı mənə göstərdilər ki, pulunu ver, bura sənindir. Açığı həmin ərazini çox bəyəndim və razılaşdım. 160 sot torpaq idi. Asim Kazımov və E.Kərimovun iştirakı ilə əlimdəki vəsaiti Məharət Mustafayevə verdim. Birinci dəfə 50 min dollar, ardından 20 min və 30 min dollar ödədim. Bu alqı-satqıdan sonra E.Kərimov Məharət Mustafayevin yanında makler kimi işə başladı. Pulu ödəsəm də, torpağın sənədlərini mənə vermədilər. Oğlum Rusiyada tək qaldığı üçün onun yanına qayıtmağa məcbur oldum. 1 neçə ay sonra qayıtdım və torpağın sənədlərini istədim. Məharət Mustafayevlə görüşdük. Mənə dedi ki, Rusiya vətəndaşı olduğun üçün sənin adına torpaq satıla bilməz, qohumlarından birinin şəxsiyyət vəsiqəsini gətir, torpağı onun adına sənədləşdirək. Bacım qızının vəsiqəsini aparıb verdim. Lakin yenidən məni süründürməçiliyilə saldılar və sentyabr ayında qayıdıb Rusiyaya oğlumun yanına getməyə məcbur oldum. Bacım qızının vəsiqəsi də Məharət Mustafayevdə qaldı".
1 il keçdikdən sonra icra başçısı vəzifəsindən azad edilib və torpaq məsələsi də həll olunmamış qalıb: “2014-cü ilin oktyabrında isə eşitdim ki, yenə torpaq məsələsi üstündə Məharət Mustafayev kimisə vurub və ona görə də onu prezidentin əmri ilə vəzifədən azad ediblər. Bu müddət ərzində nə mənim aldığım torpağı sənədləşdirmədi, nə də pulumu qaytarmadı. Mən isə Rusiyada əməliyyat olunduğum üçün ölkəyə qayıda bilmədim. 2015-ci ildə Azərbaycana gəldim və Məharət Mustafayevlə görüşdüm. O artıq vəzifədən çıxarılmışdı və heç yerdə işləmirdi. Dedi ki, mütləq sənin pulunu qaytaracağam. Qaytara bilməsəm, Bakıdakı 2 otaqlı evimi adına keçirərəm, üstünü də sonra dollarla ödəyərəm. Onun səs yazısı da məndə var. Bu söhbətdən sonra yenidən Rusiyaya dönməli oldum və 2016-cı ildə qayıtdım. Baş Prokurorluqda çalışan bir tanışımızla məsləhətləşdim ki, əgər Məharət Mustafayev pulumu ödəməsə şikayət edəcəyəm. Bu söhbət hansısa formada onun qulağına çatdı və mənə zəng etdi. Məharət Mustafayev məni Gəncəyə dəvət etdi, xahiş etdi ki, heç yerə müraciət etməyim. Söz verdi ki, birinci mərhələdə 40 min dollarımı qaytaracaq, müəyyən müddətdən sonra isə qalan 60 min dolları ödəyəcək. Daha sonra, Alıyev Qürbət Mikayıl oğlu vasitəsilə mənə 20 min manat göndərdi. Mən isə 40 min dollar gözləyirdim. 20 min manat isə o zaman 12 min dollar edirdi. Məharət Mustafayevə zəng edib narazılığımı bildirdim. O isə mənə hədə-qorxu gəldi ki, bu puldan başqa heç nə ödəməyəcək. Dedi ki, hara istəsən şikayət et, bu ölkədə heç kim məni həbs edə bilməz”.
T.Əhmədova Məharət Mustafayev tərəfindən təhdidlərə məruz qaldığını da diqqətə çatdırıb: “Məni təhdid etdi ki, burada özünü, Rusiya isə oğlunu öldürtdürərəm. O hazırda Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsindədir. 1 ildən çoxdur ki, Bakıdayam, oğlumun və öz həyatım üçün qorxuram. Məharət Mustafayev məni hədələyir, 88 min ABŞ dolları pulumu da qaytarmır”.
T.Əhmədovanın sözlərinə görə, ona qarşı təhdidlərin, dələduzluğun araşdırılması üçün Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə müraciət edib: “Şikayətimi araşdırılması üçün Gəncə Prokurorluğuna göndərdilər. Orada məndən izahat aldılar. 2 gün sonra işi rədd etdilər. Bundan sonra məhkəməyə müraciət etdim. Gəncə Apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədov şikayətə baxdı. Orada Məharət Mustafayev qızımın adına 1 hektar torpaq verdi. Etiraz etməyimin heç bir faydası olmadı. Sonradan bildim ki, bu torpağın verilməsi haqda sənədlər saxtadır. Faktiki olaraq mənə qarşı 2-ci dəfə dələduzluq edilib. Məhkəmə Məharət Mustafayevin göstərişi ilə şikayətim üzrə xitam qərarı çıxardı. Yazdılar ki, barışıq əldə olunub. Həmin qərarı mübahisələndirirəm. 4 yetim saxlayıram, Məharət Mustafayevin başıma açdığı oyunlar, təhdidlərindən sonra şəkər xəstəliyi tapmışam. Məharət Mustafayev Gəncədə mənə öz evimdə yaşamağa imkan vermir. Təhdid edirlər. Qorxudan müxtəlif ünvanlarda yaşayıram. Rusiya vətəndaşıyam, ona görə də prezident Vladimir Putinə də şikayət ünvanlamışam. Azərbaycanın baş prokuroru Zakir Qaralovdan kömək istəyirəm. Bizi Məharət Mustafayevin zülmündən qurtarın. Pulumuzu alıb bizə versinlər”.
İşdə adı çəkilən, vaxtilə Məharət Mustafayevin yanında işləmiş E.Kərimov da sabiq müdirinin əməllərindən zərərçəkənlərdəndir. Deyir ki, Tutu Əhmədovanın torpaq işini həll edərkən, Məharət Mustafayevlə tanış olub: “Təklif etdi ki, onun alqı-satqı işlərinə yardımçı olum. Bir müddət onunla işlədim. Gördüm ki, qanunsuz əməlləri var, yanından uzaqlaşdım. 1 neçə nəfərdən torpaq satmaq üçün ümumilikdə 92 min dollar pul alıb Məharət Mustafayevə vermişdim. Həmin vətəndaşlardan da Tutu Əhmədova kimi pulu alıb torpağını vermirdi. Onunla vətəndaşlar arasında mən qalmalı olurdum. Məcbur qalıb evimi və maşınımı satdım, 92 min dolları zərərçəkənlərə ödədim. Ancaq hələ də həmin pulu Məharət Mustafayevdən ala bilmirəm. Sonuncu dəfə məni ”Ramada Plaza"ya çağırdı, ağır sözlərlə təhqir etdi, mənə əl qaldırdı. Təhdid etdi ki, adam tutub üzünə durduracam, səni həbs etdirəcəm".
E.Kərimov Məharət Mustafayevin daha bir qanunsuzluğunun üstünü açıb: “Pulunu alıb torpaq vermədiyimiz adamlardan biri məni çox narahat edirdi. Məharət Mustafayevdən onun torpağının sənədini verməyi xahiş etdim. O isə 2016-cı ildə, 2013-cü il tarixinə saxta möhürlə bir sənəd düzəldib mənə təqdim etdi. Sonra həmin sənədin üstündə məni saxladılar və 20 gün həbs yatdım. Bu günə qədər Tutu Əhmədovanın da pulunu vermir. Bu adamın əlindən gecə-gündüzümüz yoxdur. Baş Prokurorluqdan xahiş edirik ki, bu məsələni də nəzarətə götürüb Məharət Mustafayevin bizə qarşı qanunsuz əməllərinin nəhayət ki, araşdırılmasına göstəriş verilsin”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
• Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33 |
|
|
|
• Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
|