"Xozeyn" ləqəbli tiktoker .....                     Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb .....                     Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                     Paşinyan Putinlə vidalaşır .....                     İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək .....                     Bakı İrəvandan istədiyini bu yolla alacaq .....                     Avropa yenə burnunu Ermənistana SOXDU: .....                     Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı .....                     Mərdan Əliyev vəzifəsindən azad edildi .....                     Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir .....                     Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" .....                     "Cənab Prezident mənə böyük etimad göstərib" .....                     Açıq mesajın şifrəsi .....                     Xamenei Azərbaycandan üzr istəməlidir! .....                     Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır .....                     “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib .....                     Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər .....                     Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq? .....                     “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” .....                     Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... .....                     İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi .....                 

İlham Əliyevin yazdığı ən yeni Azərbaycan tarixi... - Baş verənlər Azərbaycanın qüdrətini artırır
Tarix: 31-10-2017, 08:57 | Çap et
İlham Əliyevin yazdığı ən yeni Azərbaycan tarixi...
Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolunun açılışı münasibətilə Bakı beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edərək layihənin əhəmiyyətindən danışıb: “Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlib. Mən xüsusilə bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstan, Özbəkistan, Qazaxıstan baş nazirlərini, Tacikistan, Türkmənistan nazirlərini salamlayıram və bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm. Əziz qonaqlar! Sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tiflis-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 km-i Azərbaycanın ərazisindən keçir. Bakı-Tiflis-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur: Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tiflis-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir”.

“Bəziləri Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin uğurla başa çatacağına inanmırdılar. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihəni uğurla reallaşdırdı” - deyə prezident bildirib: “Layihəyə Orta Asiya ölkələri böyük maraq göstərir. Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir".

Dövlət başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi də böyük önəm daşıyır: “Azərbaycan bu istiqamətdə dəmir yolu şəbəkəsini yaradıb, digər ölkələrdə də bu istiqamətdə dəmir yolunun çəkilməsinə sərmayə qoyur. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji-nəqliyyat dəhlizləri istifadəyə veriləcək. Bakı-Tiflis-Qars dəmir yolundan Çin, Qazaxıstan, digər Orta Asiya ölkələri, Avropa ölkələri istifadə edəcək. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistandan başlayaraq Rusiyaya qədər ölkələri birləşdirəcək”.

İ.Əliyevin sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu qlobal layihədir: “Bu yoldan biz böyük vəsait əldə edəcəyik. Bir daha deyirəm ki, bu layihənin həyata keçirilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyi ilə başa gəlib. Biz heç yerdən kredit, yardım almadıq. Əminəm ki, Bakı-Tiflis-Qars dəmir yolunun yolu həmişə açıq olacaq”.

Sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov çıxış ediblər.

Daha sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, BTQ-nin açılış mərasimində iştirak etməkdən məmnundur: “BTQ-nin işə düşməsi ilə Orta dəhliz layihəsinin əsas hissəsi tamamlanır. Beləliklə, Londondan Çinə kəsintisiz dəmiryolu bağlantısının qurulduğunu elan edirik. Bu gün açılış mərasimi keçirilən BTQ yükdaşımalarda xərcləri önəmli miqdarda azaldacaq. Bu layihə hamımızın ortaq zəhmətidir. Azərbaycanlı qardaşlarım ”Zəhmətlə yeyilən soğan, minnətlə yeyilən baldan şirindir" deyirlər. Bu layihə zəhmətlə, alın təri ilə həyata keçirildiyi üçün çox qiymətlidir. BTQ-nin xalqlar üçün xeyirli olmasını arzulayıram".

Dövlət başçısı qeyd edib ki, BTQ ilə 1 mln. sərnişin və 6,5 mln. ton yük daşınması gözlənilir: “2034-cu ildən isə daşımalar 3 mln. sərnişin, 17 mln. ton yükə çatacaq. Bu layihə ən avantajlı imkanları təqdim edəcək. Çindən gələn yük 12-15 günə Avropa İttifaqı ölkələrinə çatacaq. Hazırda Çindən Avropaya daşınan yükün miqdarı 240 mln. tondur. Bu həcmin 10%-nin ortaq dəhlizlə daşınması belə, 24 mln. ton yük deməkdir”.

Sonra dövlət və hökumət başçıları Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çivlərini vurublar və yoldəyişən qurğunu işə salıblar. Bununla da Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salınıb.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşüblər.

Qeyd edək ki, BTQ-nin açılışı ilə bağlı ən maraqlı fikirlərdən birini də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta səsləndirib.

Vaxtilə bu layihənin reallaşmasının əleyhinə olan ölkənin səfiri deyib ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiyada daha yaxşı ticarət əlaqələrinin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır: “Bu gün açılışı olan BTQ Yeni İpək Yolunun mühüm hissəsidir. Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır”.

Yerli ekspertlər də Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini yüksək qiymətləndiriblər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, layihənin siyasi əhəmiyyəti də iqtisadi əhəmiyyəti qədər böyükdür: “Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin iqtisadi əhəmiyyəti haqqında çox danışılıb. Siyasi əhəmiyyəti də iqtisadi əhəmiyyəti qədər böyükdür. Birincisi, bu layihə ilə Azərbaycanın bölgədə statusu artır. Çünki Çindən çıxan mallar Azərbayan üzərindən keçməklə Avropaya, Böyük Britaniyaya qədər məsafə qət edəcəklər. Azərbaycan İpək yolu layihəsinin tərkib hissəsinə çevrilir. Bu, ölkəmizin siyasi statusunu da artırır. Hətta əvvəlcə bu layihənin reallaşmasını arzulamayan Amerika rəsmiləri də indi müsbət fikir səsləndirir. ABŞ əvvəlcə bu layihəni narahatlıqla qarşılamışdı. Hətta o zaman Konqres belə bir bəyanat vermişdi ki, heç bir Amerika şirkəti BTQ-nin maliyyələşməsində iştirak etməsin.

Ancaq bu, Azərbaycanı o qədər də narahat etmirdi. Çünki Azərbaycanın kifayət qədər maliyyəsi var idi, özümüz bu layihənin maliyyə xərclərini ödəyə bilirdik, Gürcüstana da çox aşağı faizlə kredit verdik. Ancaq indi nə baş verir? Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta çıxış etdi və bu layihənin Azərbaycan üçün böyük əhəmiyyətindən danışdı. ABŞ özü bu layihədə bilavasitə iştirak etməsə də, BTQ-nin fəaliyyəti onun üçün də əhəmiyyətlidir. Çünki Amerika və Avropa istəyir ki, Rusiyadan asılılıqları azalsın. Necə ki, ABŞ və Avropa Rusiyadan qaz asılılığını azaltmaq istəyir, o cümlədən yük daşıma ilə bağlı asılılığının da azalmasına çalışır. Çünki Rusiya özü də iddialıdır ki, Çinin bütün malları Rusiya üzərindən Avropaya daşınsın. Ancaq buna obyektiv maneələr var. Birincisi, Rusiya ərazisində ləngimələr çox olur. İkincisi, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdi və rahatlıqla bu malları Rusiya sərhədində qarşılamağa hazır deyil. Ancaq Azərbaycan Qərbin tərəfdaşıdır və daşınma ilə bağlı alternativ tərklif edir. Necə ki, Avropanın alternativ qazla təmin olunmasında Avropa və Amerika bizə dəstək verir, eynilə yüklərin daşınmasında və alternativ yollarla çatdırılmasında da bu iki tərəf bizim yanımızda olacaq. Bu da Azərbaycana ən böyük siyasi dəstəkdir”.

Ekspertin sözlərinə görə, layihənin digər siyasi əhəmiyyəti odur ki, Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirəcəklər: “Bu layihələrin təhlükəsizliyi də hər 3 dövlət üçün əhəmiyyətlidir. Bu isə o deməkdir ki, bu layihə hər 3 dövləti birləşdirir. Bakı-Tiflis- Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu xətti- 3 dövləti birləşdirən strateji layihələrdir. Yaxın gələcəkdə buna TAP və TANAP da əlavə olunacaq. Bu da Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı siyasi münasibətləri ən üst səviyyəyə qaldırır. Ermənistan faktiki olaraq mühasirədə qalır, bu layihələrdə iştirak edə bilmir və qazanc əldə edə bilmir”.

Politoloq vurğuladı ki, bu layihə vasitəsilə Azərbaycan türk birliyinə daha da yaxınlaşacaq: “BTQ-nin türkdilli dövlətlər üçün əhəmiyyəti xüsusilə böyükdür. Bu dövlətlər arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Dövlətlər arasında iqtisadi əlaqələr varsa, istər-istəməz onlar siyasi mənada da bir-birilərinə dəstək verirlər”.

İqtisadçı ekspert Vüqar Bayramov da qəzetimizə danışarkən vurğuladı ki, Bakı-Tiflis-Qars Azərbaycan üçün vacib layihələrdən biridir: “Bu layihənin reallaşması ölkəmiz üçün heç də asan olmadı. BTQ-nin çəkilməsi ideyası gündəmə gələn zaman inkişaf etmiş ölkələr bu xəttin reallaşmasına qarşı idi. ABŞ, Fransa kimi ölkələr BTQ-nin maliyyələşdirilməməsi ilə bağlı öz banklarına tövsiyə etdilər. Səbəb isə o idi ki, bu dəmiryol xətti Ermənistandan kənar keçirdi. O baxımdan BTQ-nin reallaşması heç də asan olmadı. Uzun zaman və vəsait tələb edirdi. Azərbaycan həmin vəsaiti öz daxili mənbələri hesabına ödədi ki, bu da dəmiryol xəttinin reallaşması üçün çox vacib idi. BTQ geosiyasi, geostrateji baxımdan Azərbaycan üçün vacib bir xətdir. Bu xəttin Azərbaycan iqtisadiyyatı üçün indiki dövrdə xüsusi önəmi var. Çünki postneft dövründə gəlir mənbələrinin şaxələnməsi olduqca vacibdir. Qeyri-neft sektorunun inkişafı üçün də nəqliyyat dəhlizlərinə ehtiyac var. Bu dəhlizlər olmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil. BTQ məhz bu nəqliyyat dəhlizinin formalaşması baxımından Azərbaycan üçün vacibdir. Ölkəmiz yalnız tranzit ölkə kimi deyil, həm də təchizatçı ölkə olaraq bu layihədə iştirak edəcək. Bu da beynəlxalq yükdaşımalarının həcmini artıracaq. Nəzərə alsaq ki, birinci mərhələdə 6,5 milyon ton yükün daşınması, təxminən 1 milyondan artıq sərnişinin dəmiryol xəttindən istifadə etməsi nəzərdə tutulur, bu, iqtisadi baxımdan çox önəmlidir. Xüsusən dünya bazarında neftin qiymətinin aşağı olduğu dövrdə bu xətdən istifadə olduqca vacibdir. Bu layihə dövlət gəlirlərini artırmaqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı iqtisadi əməkdaşlığın artırılmasına da töhfə vermiş olacaq”.

Sabiq nazir, iqtisadçı ekspert Fikrət Yusifov da vurğuladı ki, BTQ Azərbaycanın son illər ərazində regionda reallaşdırdığı ən böyük transmilli layihələrdən biridir: “Bu layihənin reallaşdırılması 10 il müddətində baş tutdu. BTQ Azərbaycana təkcə iqtisadi dividentlər deyil, həm də siyasi dividentlər gətirəcək. Bu dəmiryol xətti qədim İpək yolunun orta xəttinin bərpasıdır. Bu o deməkdir ki, Azərbaycan üzərindən Şərqdən Qərbə, Cənubdan Qərbə tonlarla yük daşınacaq. Nəticədə ölkəmizə böyük iqtisadi gəlirlər gələcək, yüzmilyonlarla valyuta əldə ediləcək. Azərbaycan regionun ən böyük tranzit yükdaşımaları dəhlizinə çevriləcək. Bizim digər bir uğurumuz isə odur ki, Ermənistan son illər regionda reallaşan bütün qlobal transmilli layihələrdən kənarda qalıb. Bu ölkə Dağlıq Qarabağda yaratdığı konfliktlə özünü həmin layihələrdən məhrum edib və yüz milyonlarla vəsaitdən məhrum olub. Layihənin uğurla başa çatması çox önəmlidir. Məsələnin daha mühüm tərəfi isə yeni açılmış Bakı-Tiflis-Qars dəmiryol xətti ilə yükdaşımalarının tarifləridir. Bu gün bölgədə tranzit yükdaşımaları sahəsində ciddi rəqabət var. Bu şəraitdə tariflərin müəyyənləşməsi mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının sərəncamı ilə bu məsələ də bir pəncərə sistemi ilə həllini tapacaq. BTQ-nin reallaşması gələcəkdə Naxçıvanla dəmir yolu əlaqələrinin yaranması deməkdir. İllərdir ki, Naxçıvan blokada şəraitində yaşayır. Bu dəmir yolu xəttinin açılması həmin blokadanın da müəyyən mənada aradan qaldırılması demək olacaq”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44
Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42
Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39
Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24
Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22
“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19
Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14
İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05
Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03
Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56
Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33
Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58
Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34
Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11
Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04
"Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru